Icma.az
close
up
RU
Qazaxıstanda əməyin mühafizəsi sahəsində yeni modelə keçid müzakirə olunub

Qazaxıstanda əməyin mühafizəsi sahəsində yeni modelə keçid müzakirə olunub

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bakı, 5 iyun, AZƏRTAC

Beynəlxalq Əmək Təşkilatının (BƏT) “Qazaxıstanda mədən sektorunda sosial dialoq vasitəsilə əməyin mühafizəsinin təşviqi” layihəsi çərçivəsində “Risk qiymətləndirmə metodologiyasının təkmilləşdirilməsi üçün təkliflərin hazırlanması” mövzusunda üçtərəfli seminar keçirilib.Tədbir Qazaxıstan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əməyin Mühafizəsi üzrə Respublika Elmi-Tədqiqat İnstitutunun ev sahibliyi ilə təşkil edilib. Seminarda “Qazaxıstanda kompensasiya modelindən riskə əsaslanan yanaşmaya və sosial müdafiənin yeni modelinə keçid mexanizmləri” müzakirə olunub.

Bu barədə AZƏRTAC-a Dövlət Əmək Müfəttişliyi Xidmətinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, seminarda Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, nazirlik yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin və xidmətin tabeliyindəki Əməyin Mühafizəsi Mərkəzinin nümayəndələri, Qazaxıstan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndələri, BƏT-in Qazaxıstandakı milli koordinatoru Daulet Arğandıqov, əmək mühafizəsi üzrə beynəlxalq ekspert Yekaterina Kuznetsova və digər mütəxəssislər iştirak ediblər.

İki gün davam edən seminar çərçivəsində əməyin mühafizəsi sahəsində yeni yanaşmalar müzakirə olunub.

Seminarın ilk günündə mövcud sistemin təhlili aparılıb. İstehsalat obyektlərinin attestasiya olunması, kompensasiyalar və peşə siyahılarına baxış keçirilib. Yeni sistemin əsas prinsipləri təqdim olunaraq peşə risklərinin inteqral və fərdi qiymətləndirilməsi, işəgötürənlərin stimullaşdırılması yolları, keçid zamanı işçilərin hüquqlarının qorunması və yeni keçid modeli üzrə təkliflər müzakirə olunub.

Bundan əlavə, Azərbaycan nümayəndə heyətinin “Əmək Resurslarının İnkişafı Mərkəzi” ASC-nin nümayəndələri ilə görüşü olub. Görüşdə Əməyin Mühafizəsi Mərkəzinin fəaliyyət istiqamətləri və əməyin mühafizəsi sahəsində görülən işlər barədə məlumat verilib. Müəssisələrdə əməyin mühafizəsi üzrə standart, norma və qaydaların tətbiqinə göstərilən dəstək vurğulanıb və yeni qəbul edilmiş standartlarla bağlı iştirakçılar məlumatlandırılıb.

Həmçinin əmək risklərinin rəqəmsal xəritəsi barədə məlumat verilib və əmək münaqişələrinin profilaktikası üçün alət kimi skorinq modelləri nümayiş olunub. Görüşdə iştirakçılar arasında sual-cavab sessiyası təşkil edilib, gələcək əməkdaşlıq və təcrübə mübadiləsi üzrə fikir mübadiləsi aparılıb.

Seminarın ikinci günü peşə risklərinin qiymətləndirilməsi metodikasının layihəsi üzərində geniş iş aparılıb. Risklərin fərdi və ümumi qiymətləndirilməsi metodları müqayisə edilərək yeni təkmilləşdirilmiş metodika üzrə təkliflər paketi hazırlanıb və Milli Fəaliyyət Planının əsas istiqamətləri müəyyənləşdirilib.

Seminar çərçivəsində Qazaxıstan və digər iştirakçı ölkələr arasında əməyin mühafizəsi sahəsində qarşılıqlı əməkdaşlığın gücləndirilməsi və davamlı görüşlərin keçirilməsi barədə razılıq əldə olunub.

Qeyd edək ki, seminardan sonra Azərbaycan nümayəndə heyətinin Qazaxıstanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əməyin Mühafizəsi üzrə Respublika Elmi-Tədqiqat İnstitutunun baş direktoru Ləzzət Meyraşevna Aktaeva və əməkdaşları ilə də görüşü olub. Görüş zamanı qarşılıqlı təcrübə mübadiləsi ilə bağlı müzakirələr aparılıb, nümayəndə heyəti İnstitutun fəaliyyəti barədə məlumatlandırılıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:156
embedMənbə:https://azertag.az
archiveBu xəbər 05 İyun 2025 13:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see315

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see280

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see273

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see268

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see262

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see259

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see258

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see243

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see237

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see233

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see225

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see224

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see223

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see221

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see218

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see216

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see211

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see197

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see191

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri