Əməyin mühafizəsi sahəsində Türkiyə ilə gələcək əməkdaşlıq məsələləri müzakirə olunub
Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Bakı, 27 may, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin nümayəndə heyəti Türkiyəyə səfər edib.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, səfər çərçivəsində nümayəndə heyəti Türkiyənin Əmək və Sosial Müdafiə Nazirliyinin Əməyin Mühafizəsi və Təhlükəsizliyi Baş İdarəsinin rəhbəri İbrahim Esenkarla görüşüb.
Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Vəli Quliyev ölkəmizdə əmək münasibətlərinin tənzimlənməsi və əməyin mühafizəsi sahəsində son illərdə həyata keçirilən islahatlar barədə məlumat verib. O, iki ölkə arasında bu sahədə uğurlu əməkdaşlığın həyata keçirilməsinin məmnunluq doğurdğunu və əməkdaşlıq çərçivəsində aparılan təcrübə mübadilələrinin qarşılıqlı faydalı olduğunu vurğulayıb.
İbrahim Esenkar Azərbaycan və Türkiyə arasında sosial sahədə genişlənən əlaqələrin əhəmiyyətindən bəhs edib, əmək münasibətləri və iş yerlərində sağlam və təhlükəsiz əmək şəraitinin təmin olunması istiqamətində həyata keçirilən təcrübə mübadilələrinin əhəmiyyətini diqqətə çatdırıb.
Görüşdə əməyin mühafizəsi sahəsində hər iki ölkədə görülən işlər və bu sahədə gələcək əməkdaşlıq müzakirə olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:126
Bu xəbər 27 May 2025 14:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















