Qazaxıstanda KTMT Kollektiv Təhlükəsizlik Şurasının iclası keçirilir AZƏRTAC
Icma.az bildirir, Azertag saytına əsaslanaraq.
Astana, 28 noyabr, AZƏRTAC
Astanada Qazaxıstan, Belarus, Qırğızıstan, Rusiya, Tacikistan və Özbəkistan prezidentlərinin iştirakı ilə KTMT Kollektiv Təhlükəsizlik Şurasının iclası keçirilir.
AZƏRTAC xəbər verir ki, tədbirin açılışında Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev çıxış edib. O bildirib ki, razılaşdırılmış fəaliyyət, qarşılıqlı etimad və dəstək ən mürəkkəb və irimiqyaslı vəzifələrin həllində kollektiv qabiliyyəti gücləndirir.
Qazaxıstanın dövlət başçısı əlavə edib: “Vurğulamaq lazımdır ki, KTMT sadəcə hərbi tərəfdaşlıq deyil, dövlətlərimizin suverenliyi və ərazi bütövlüyünü qorumaq üçün səylərimizi və resurslarımızı birləşdirən unikal mexanizmdir”.
Bundan əvvəl Astanaya Rusiya Prezidenti Vladimir Putin, Belarus Prezidenti Aleksandr Lukaşenko, Qırğızıstan Prezidenti Sadır Japarov və Tacikistan Prezidenti Emoməli Rəhmon gəlib. Ermənistanın baş naziri Nikol Paşinyan sammitə gəlməyib.
Sammitin yekunlarına dair tərəflər arasında bir sıra sənədlərin imzalanacağı gözlənilir.
Elşən Rüstəmov
AZƏRTAC-ın xüsusi müxbiri
Astana
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:65
Bu xəbər 28 Noyabr 2024 14:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















