Qazaxıstanda siqaret çəkənlərin nisbəti 15% ə düşüb
Icma.az, Newscenter.az portalına istinadən məlumatı açıqlayır.
Qazaxıstanda tütün istehsalının həcminin kəskin artmasına baxmayaraq, ölkədə siqaret çəkənlərin payı 15%-ə düşüb.
Newscenter.az xəbər verir ki, bu barədə Energyprom.kz yazıb. Bildirilir ki, 2026-cı ilin yanvar-iyun aylarında ölkədə 14,2 milyard siqar, cherut, siqarillo, siqaret və papiros istehsal edilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 35,2% çoxdur.
2024-cü ilin yanvar-iyun aylarında istehsal həcmi 7,6 milyard ədəd, 2025-ci ildə isə 10,5 milyard ədədə çatıb.
2026-cı ilin yanvar-may aylarında Qazaxıstan fabrikləri daxili bazarda satış və ixrac daxil olmaqla siqaret və papiroslara olan tələbatın 89,9%-ni təmin edib. Bir il əvvəl bu rəqəm 73,5% olub.
İstehsal olunan məhsulların əsas hissəsi ixrac edilib. 2026-cı ilin yanvar-may aylarında xaricə 6,7 milyard siqaret və papiros göndərilib. Bu, ötən illə müqayisədə 3,7 dəfə çoxdur. Əksinə, daxili bazarda satış həcmi 39,9% azalaraq 5,8 milyard ədəd təşkil edib.
İstehsal həcmlərinin artmasına baxmayaraq, Qazaxıstanda siqaret çəkənlərin nisbəti azalır. 2026-cı ilin məlumatlarına görə, 15 yaşdan yuxarı əhalinin 15,1%-i siqaret çəkir. 2025-ci ildə bu rəqəm 17,5%, 2024-cü ildə 20,7%, 2023-cü ildə isə 19,4% təşkil edib,
Ölkədə kişilərin 30,5%, qadınların isə 4,9%-i siqaret çəkir. 2025-ci ildə bu rəqəmlər müvafiq olaraq 34% və 5%, 2024-cü ildə isə 39,8% və 7,6% olub.
Süleyman
Bu mövzuda digər xəbərlər:Siqaret çəkənlərin NƏZƏRİNƏ KONKRET
02 Noyabr 2025 13:01
Elektron siqaret çəkənlərin nəzərinə!
03 Mart 2026 15:59
Elektron siqaret çəkənlərin sayı açıqlandı
08 Oktyabr 2025 17:41
Avtomobildə siqaret çəkənlərin NƏZƏRİNƏ KONKRET
10 Yanvar 2026 17:33
Siqaret çəkənlərin övladlaırına ötürdüyü TƏHLÜKƏ
30 Sentyabr 2025 14:47
Baxış sayı:198
Bu xəbər 29 İyul 2026 08:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















