Qazaxıstanlı elmi işçi Orta Dəhlizi tarixi məsuliyyət kimi qiymətləndirib
Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bakı, 29 sentyabr, AZƏRTAC
Qazaxıstan Orta Dəhliz layihəsini yalnız tranzit potensialı kimi deyil, həm də Xəzər dənizinin iki sahili və Şərq ilə Qərb arasında etibarlı, davamlı körpülər qurmaq baxımından tarixi məsuliyyət kimi qiymətləndirir. Layihə Qazaxıstan və qardaş üzv dövlətlər üçün beynəlxalq münasibətlərdə strateji cavab rolunu oynayır.
AZƏRTAC xəbər verir ki, bu sözləri Qazaxıstanın Prezidenti yanında Qazaxıstan Strateji Araşdırmalar İnstitutunun baş elmi işçisi Sanat Kuşkumbayev Bakıda keçirilən "Türk Dövlətləri Təşkilatı: qlobal nizamsızlıq dövründə regional aktor kimi” mövzusunda konfransın “İqtisadi qeyri-sabitlik dövründə TDT-nin dünya iqtisadiyyatına, ticarət və nəqliyyat əlaqələrinə töhfələri" adlı panel müzakirəsində söyləyib.
O bildirib ki, layihə qlobal ticarətin dayanıqlığına mühüm töhfə verən çoxşaxəli təşəbbüsdür və ənənəvi dəniz, quru yollarına etibarlı alternativ təqdim edir. Son illərdə karbon dövriyyəsi altı dəfə artıb, ortamüddətli hədəf illik 10 milyon ton yükləmə gücünə çatmaqdır. Vahid rəqəmsal operator və birgə müəssisələrin yaradılması yüksək səviyyədə əməkdaşlığı göstərir, müştərilərə fasiləsiz və proqnozlaşdırıla bilən xidmət təmin edir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:112
Bu xəbər 29 Sentyabr 2025 12:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















