Icma.az
close
up
RU
Qazaxıstanlı ekspert: Zəngəzur dəhlizi Orta Dəhlizi tamamlayacaq alternativ quru marşrutu olacaq

Qazaxıstanlı ekspert: Zəngəzur dəhlizi Orta Dəhlizi tamamlayacaq alternativ quru marşrutu olacaq

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Bakı, 20 noyabr, AZƏRTAC

Azərbaycanın əsas hissəsini Naxçıvanla, daha sonra Türkiyə ilə birləşdirəcək Zəngəzur dəhlizi Orta Dəhlizi tamamlayacaq alternativ quru marşrutu olacaq.

AZƏRTAC xəbər verir ki, bu fikri Qazaxıstan Xarici İşlər Nazirliyi nəzdində Xarici Siyasət Araşdırmaları İnstitutunun eksperti Almat Toyekinin “Kazinform” agentliyinin saytında dərc olunmuş məqaləsində ifadə edib.

Qazaxıstanlı ekspert bildirib: “Vaşinqtonda əldə olunmuş razılaşma beynəlxalq TRIPP (Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu) layihəsinin həyata keçirilməsinə hazırlıqla nəticələndi. Bu layihə, həmçinin modernləşdirilmiş Zəngəzur dəhlizi kimi də tanınır. Layihənin məqsədi Azərbaycanla Naxçıvan arasında, daha sonra isə Türkiyə ilə birbaşa əlaqəni təmin etmək və Orta Dəhlizi tamamlayan alternativ quru marşrutu yaratmaqdır”.

Almat Toyekin qeyd edib ki, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Vaşinqton sənədini “tarixi əhəmiyyətli nailiyyət” adlandıran ilk şəxslərdən biri olub. “Sazişlərin imzalanmasından cəmi iki ay sonra 30 ildə mümkün görünməyən bir hadisə baş verdi: Azərbaycan Ermənistan üçün tranzit məhdudiyyətlərini aradan qaldırdı və yeni logistika sxemi ilə daşınan ilk yük Qazaxıstan taxılı oldu. Qazaxıstan taxılını daşıyan ilk qatar Ermənistana çatdı. On beş vaqondan ibarət pilot göndəriş təkcə yeni logistika marşrutu açmaqla kifayətlənmədi, həm də regionundakı bütün ölkələrin maraqlarını nəzərə alan nəqliyyat dəhlizinin yaranmasını qeyd etdi və Qazaxıstan bu sahədə əsas aktora çevrilir”, -deyə ekspert vurğulayıb.

Qazaxıstanlı politoloq bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev Astanaya səfəri zamanı Ermənistana Qazaxıstan taxılının tədarükü üçün Azərbaycan ərazisindən tranzit dəhlizləri açmağa hazır olduğunu bildirib və bu, artıq həyata keçirilib. “Bu addım bir daha təsdiqləyir ki, Vaşinqtonda imzalanan sənəd nəzərəçarpacaq praktik nəticələrini verməyə başlayır. Ümid edirəm ki, Azərbaycan ilə Ermənistan arasında münasibətlər tədricən yaxşılaşacaq, sərhədlər açılacaq, diplomatik münasibətlər qurulacaq” -deyə Almat Toyekin qeyd edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:67
embedMənbə:https://azertag.az
archiveBu xəbər 20 Noyabr 2025 12:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda müqəddəs Ramazan ayı nə vaxt başlayır?

04 Yanvar 2026 10:12see376

Amerikanı kim kəşf edib? Əlbəttə ki, ermənilər!

04 Yanvar 2026 13:20see215

Cəlilabadda “KamAz”la “Hyundai” toqquşdu KONKRET

04 Yanvar 2026 22:07see205

Maduro əməliyyatının sirləri açılır: Xeyli kubalı ölüb

04 Yanvar 2026 15:52see200

Əliyev fiziki cəhətdən güclüdür, işin incəliyini bilir Tokayev

05 Yanvar 2026 09:19see174

Bakıya bu tarixdə qar yağacaq Dəqiq gün AÇIQLANDI

04 Yanvar 2026 06:07see173

Görünməz təhlükə: Arktika buzundakı çatlar və duman iqlim bombası yaradır

04 Yanvar 2026 21:26see172

Birbank ın bu xidməti niyə işləmir?

05 Yanvar 2026 08:08see171

Nofəl Şahlaroğlu: Pula görə etdiyimi görsən, ürəyin bulanar

03 Yanvar 2026 23:35see164

ABB də xəbərdarlıqsız komissiya

05 Yanvar 2026 06:43see161

Baktelekom abunəçilərinin NƏZƏRİNƏ: Tarif paketləri dəyişir

05 Yanvar 2026 04:33see155

Ukraynada kadr islahatlarının gerçək səbəbi: Zelenskinin yeni hərbi siyasi strategiyası

03 Yanvar 2026 22:08see146

CAR da qorxunc qətl: Gənc oğlan ayin zamanı ata anasının gözü qarşısında güllələndi

04 Yanvar 2026 12:17see145

Elman Qəmbərov general Vaqif Axundova tələ qurmuşdu Polkovnik SİRLƏRİ AÇDI

04 Yanvar 2026 17:04see145

Bu gün Fövqəladə Hallar Nazirliyi işçilərinin peşə bayramıdır

04 Yanvar 2026 05:26see144

Qarabağ Antalyada Özbəkistan və Polşa klubları ilə qarşılaşacaq

03 Yanvar 2026 23:33see144

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

05 Yanvar 2026 14:13see143

Zelenski Trampla görüşəcək

04 Yanvar 2026 00:10see142

Maduro Nyu Yorka gətirilib Fotolar

04 Yanvar 2026 09:15see139

Ekspertlər ən etibarlı 10 krossoveri açıqladı SİYAHI

04 Yanvar 2026 00:03see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri