Qazaxlar qəzada yaralananlara 800 litr qan verib
Icma.az xəbər verir, Unikal.az saytına əsaslanaraq.
Aktauda baş vermiş təyyarə qəzası qurbanları üçün Qazaxıstanın bütün qan mərkəzlərində 1,5 mindən çox insan 800 litr qan verib.
"Unikal" xəbər verir ki, bu barədə Qazaxıstanın səhiyyə naziri Akmaral Əlnəzərova "İnstagram" səhifəsində açıqlayıb.
Onun sözlərinə görə, bir neçə dəqiqə ərzində qəza yerinə gələn təcili tibbi yardım briqadalarının koordinasiyalı və vaxtında tədbirləri nəticəsində təyyarə qəzasında yaralanan 29 nəfərin həyatını xilas etmək mümkün olub.
Nazir həmçinin qeyd edib ki, müxtəlif bölgələrdən olan qazaxıstanlılar da biganə qalmayıblar və təbii fəlakətə dərhal reaksiya veriblər: "İki gün ərzində respublika üzrə qan mərkəzlərində 1,5 mindən çox insan 800 litr qan verib".
Ağarza Elçinoğlu
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:104
Bu xəbər 28 Dekabr 2024 15:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















