Putin NATO dan Pribaltika və Finlandiyadan çıxmağı tələb edir
Icma.az bildirir, Azpost portalına istinadən.
Diplomatik mənbələr The Telegraph qəzetinə bildiriblər ki, Rusiyanın Ukrayna ilə bağlı danışıqlara Avropa ölkələrini cəlb etməkdə məqsədi növbəti danışıqlar raundundan NATO-nun genişlənməsi məsələsində güzəştlər əldə etmək üçün istifadə etməkdir.
Rusiya Prezidenti Vladimir Putin NATO-nun genişlənməsini müharibənin “əsas səbəbi” adlandırıb.
Kreml daha əvvəl eyham vurmuşdu ki, Rusiyanın əsas tələbləri yerinə yetirilərsə, Putin digər məsələlərdə kompromisə getməyə hazır ola bilər. Nəşrin yazdığına görə, Moskvanın əsas tələbləri faktiki olaraq Ukraynanın suverenliyini məhdudlaşdırmağa və NATO-nun şərqə doğru genişlənməsini azaltmağa yönəlib.
NATO qoşunları hansı ölkələrdən çıxarıla bilər?
Nəşrin ehtimalına görə, Putin NATO-nun Avropadakı hərbi mövcudluğunun 1997-ci il səviyyəsinə endirilməsini tələb edə bilər. Həmin dövrdən sonra keçmiş Şərq bloku ölkələri alyansa üzv olmağa başlayıblar.
Belə bir tələb NATO qüvvələrinin aşağıdakı ölkələrdən çıxarılması ehtimalını gündəmə gətirə bilər: Polşa, Estoniya, Latviya, Litva, Finlandiya.
Finlandiya 2023-cü ildə NATO-ya qoşulub. Sadalanan beş ölkənin hamısı Rusiya ilə həmsərhəddir.
“The Telegraph”ın diplomatik mənbələrə əsaslanan məlumatına görə, Moskva Ukrayna ilə bağlı danışıqlardan NATO-nun Avropadakı hərbi mövcudluğunu yenidən nəzərdən keçirmək üçün istifadə etməyə çalışa bilər.
Post navigationPrevious: Şamaxıda körpələr evi-uşaq bağçasının açılışı olub
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:82
Bu xəbər 26 Oktyabr 2026 23:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















