Icma.az
close
up
RU
Qazi Komandan, qazi şəhərim və başımdakı hava... Rey Kərimoğlu yazır

Qazi Komandan, qazi şəhərim və başımdakı hava... Rey Kərimoğlu yazır

525.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Rey KƏRİMOĞLU

Zaman: 10 may 2025-ci il...

Məkan: İşğaldan azad olunmuş Ağdam rayonunda yenicə inşa edilmiş Muğam Mərkəzi...

Havalıyam...

Heç nə umrumda deyil! Ruhum göylərdədir, havalıyam. 2020-ci ildə Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə qəhrəman oğullarımız uzun illərin erməni işğalına son qoyan döyüşə başlayanda da sevincdən bax belə havalıydım... Bilirdim ki, torpaqlarımız mütləq azad olunacaq! Bilirdim ki, şəhidlərimiz, qazilərimiz olacaq, amma neyləmək olar, vətən torpağının azad olunması qurban istəyir. Amma o havalılığın içində bir narahatlığım da var idi: Görəsən, Prezidentimiz ermənilərin havadarlarını neytrallaşdıra biləcəkmi? İçimizdəki "ermənilər"i - xainləri necə edəcək? Çox şükür, hər şey yaxşı oldu. Bu gün Qarabağ tam azaddır. Və ən əsası, daha işğalçılar da yoxdur vətən torpağında... Çox sevincliydik. Biz qələbənin şokunu yaşayırdıq, düşmənlərimiz isə məğlubiyyətin. Bircəciyini yazım: Şuşa azad olunanda sevincdən lap dəli olmaq həddindəydim. İzah olunmaz möhtəşəm hisslər idi...

Zaman: 10 may 2025-ci il...

Məkan o məkandır.

Müzəffər Ali Baş Komandanımız işğaldan azad olunmuş Ağdam şəhərində yenicə inşa edilmiş Muğam Mərkəzinin açılışına gəlib. Biz bəxtəvərlər də o açılışda iştirak edirik. Hamımız həyəcanlıyıq, sevincliyik... Azərbaycanın Milli Qəhrəmanı Şirin Mirzəyevin xanımı Flora Qasımova, Azərbaycanın Milli Qəhrəmanı Muxtar Qasımovun xanımı Mətanət Qasımova, Vətən Müharibəsi Qəhrəmanı, Şuşaya rəsmi şəkildə bayraq sancan Yaşar Hüseynov, Aprel döyüşlərinin qəhrəmanı Raqub Orucovun xanımı Sevin Alıyeva, Şəhid anası Maya Quliyeva, digər Şəhid ailələrimiz, "Qarabağ qaziləri" birliyinin Ağdam filialının rəhbəri Şamil Əbilov başda olmaqla bir qrup Qazilərimizlə bir aradayıq. Alimlərimiz, ziyalılarımız - Rəşad Məcid, Boran Əziz, Aidə Qasımova, Nigar Gözəlova, Baxşeyiş Əsgərov, Sadir müəllim, Anar müəllim, Nazim müəllim, ağdamlı jurnalistlər Səadət və Vüsalə Məmmədova bacıları, Emin Musəvi, Səyyarə Səyyaf, Kamal Dəniz və sairə tanınmış ağdamlılarla bu xoş anları yaşadıq.

Kürsüyə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dəvət edilir. Həmişəki kimi möhtəşəm bir çıxış. Həm çıxış, həm də anlaya bilənlər üçün bir fəaliyyət proqramı. Düşmənlərimizə isə ciddi mesajlar. Sadəcə, möhtəşəm!

Və tədbirdəki çıxışının sonu: Yaşasın Ağdam! Yaşasın Azərbaycan!

Bütün zal ayağa qalxıb, ürəkdən Prezidentimizi alqışlayır. Ağdamlılar Prezidentə "Siz yaşayan, cənab Prezident" - deyir. Alqışla...

Prezident əyləşir. Tam sakitlikdir. Özümü saxlaya bilmədim, ayağa qalxıb Prezidentimiz əyləşən kürsüyə tərəf çevrildim, ucadan dedim: "Davamı var. Yaşasın Qazi, Müzəffər Ali Baş Komandanımız!" Yenə də alqışlar...

Bəli, İlham Əliyev həm də qazidir. Necə ola bilir ki, 44 günlük savaşında bölüyə, taqıma, tabora, briqadaya, korpusa rəhbərlik edən şəxslərə qazi (müharibə iştirakçısı) adı rəsmən verilə bilir, amma bu qələbənin memarına, Ali Baş Komandana yox?

Bu arada Azərbaycanın Birinci vitse-prezidenti, dəyərli Mehriban xanımın Qarabağa olan səfərləri haqqında müşahidələrimdən ikicə məqamı yazmasam olmaz. Yadınıza gəlir, cənab Prezidentimizlə Mehriban xanım işğaldan azad olunmuş Xudafərinə ilk səfəri? Heç vaxt gözümün qabağından getməyən iki mənzərədən biridir: Mehriban xanım Xudafərin körpüsünün tağlarına yaxınlaşıb baxır, sonra ehmallıca o tağları sığallamağa başlayır. İlahi, necə gözəl səhnə idi. Elə bil ana balasına sığal çəkir. Bu, həm də uzun illərin Xudafərin yarasına çəkilən bir sığal - məlhəm idi. İkinci məqam isə hər ikisinin Ağdam məscidinə ilk gedişlərində oldu. Hər ikisi ayaqqabılarını çıxarıb, girdilər məscidə. Bu, bizim dinimizə, inancımıza münasibət idi, sayğı və dəyər idi. Sonra Mehriban xanım əvvəlcədən səliqə ilə parçaya bükülmüş bağlamadan Quran kitabı çıxarıb, cənab Prezidentə verir. O isə Quranı öpüb, məsciddə hazırlanmış yerə qoyur. Anlayanlar bilir nə demək istədiyimi. Ən sadə, normal ailələrdə olduğu kimi, evin xanımı əri, kişisi üçün necə davranırsa, Mehriban xanım da Prezidentimizlə o şəkildə davranır bütün səfərlərdə. Bunlar ölkəmizdə min illərdir oturuşmuş ailə dəyərlərimizin qorunmasının vacibliyi barədə mesajlardır həm də.

Sonra muğam ifaçılarımızın gözəl bir konserti başladı...

Xalq artisti, dəyərli Mənsum İbrahimov, Xalq artisti Nəzakət Teymurova ilə birgə dahi Üzeyir Hacıbəylinin Leyli Məcnun operasından bir parça ifa etdi. Elə ilk andan Mənsum İbrahimovun həzin, şirin, gözəl avazı salona yayıldı, bu səs, ifa adamın ruhunu bədəndən etdi. Onun səsinin sehrinə düşməmək mümkün deyildi. Ardınca Xalq artisti Aygün Bayramovanın, Əməkdar artist Fehruz Səxavətin məlahətli, şirin səsi, tamaşaçıların ruhunu oxşadı. Əməkdar artistlərimiz Təyyar Bayramovun, Elnur Zeynalovun, Səbinə Ərəblinin və digərlərinin ifası da bir-birindən gözəl idi. Xalq artistləri Alim Qasımovun və Fərqanə Qasımovanın qeyri-adi ifaları da yaddaqalan oldu. Lap sonda isə Ağdam musiqi məktəbinin üç azyaşlımızın ifasındakı möhtəşəm "Qarabağ şikəstəsi" bütün salonu riqqətə gətirdi. Kövrəldim... Çevrilib arxada cənab Prezidentə baxdım. Gözləri dolmuşdu...

Havalıydım...

Konsert bitdi. Muğam Mərkəzinin həyətinı çıxdıq. Tədbirdə iştirak edən Ağdam qaziləri Prezidentlə görüşmək, şəkil çəkdirmək istəyirdik...

Cənab Prezidentimiz bizi görərək dedi: "Qəhrəmanlarımız da bizimlə bərabərdirlər. Onları alqışlayaq!"

Çox möhtəşəm anlar idi... İlk dəfə idi cənab Prezidentlə belə yaxından görüşürdüm, söhbət edirdim, əl sıxırdım. İlk hiss etdiyim, onun alicənablığı, yüksək mədəniyyəti, həssaslığı, hər kəsə diqqəti oldu. Və ən əsası, çox müsbət aurası var cənab Prezidentimizin.

Ayaqüstü bir neçə kəlmə demək imkanım oldu. Bunları deyə bildim: "Cənab Prezident, Siz bu millətə sahib çıxdınız. Mən özüm Birinci Qarabağ müharibəsinin qazisiyəm. Amma yiyəmiz olmadı o vaxt. Siz millətə sahib çıxdınız. Sizinlə fəxr edirik. Allah Sizi qorusun. Allah Sizi var eləsin!" Əslində demək istəyirdim ki, doxsanıncı illərdə də xalqımız döyüşdü, vuruşdu, amma yiyəsi, sahibi olmadı. Sizin kimi rəhbərimiz, komandanımız olmadı. Amma yuxarıda yazdıqlarımı deyə bildim. Qarabağ seyid ocaqlarının tanımış simalarından olan Seyid Lazım Ağanın nəvəsi, dəyərli Yusif Ağa ilə əl sıxıb görüşdü Prezident. Qazi, şair Avdal Qəhrəman isə Prezidentə ithaf etdiyi gözəl bir şeirini səsləndirdi.

Sonra Qazi komandanımız bizimlə xatirə şəkili çəkdirdi.

Maşına yaxınlaşarkən "Mən başçı ilə şəkil çəkdirmədim", deyib Ağdamın icra başçısı, belə bir ağır tədbirin yükü çiynində olan Vaqif Həsənova yaxınlaşdı. Vaqif müəllimin yaxınlığında dayanan yazıçı, millət vəkili Aqil Abbası da foto çəkdirməyə dəvət edərək əlavə etdi: "Aqil Abbas mənim qardaşımdır!"

Havalıyam...

Zaman: 1993-cü ilin yayı...

Məkan: Bakıdakı Şəhidlər xiyabanı.

Ağdam rayonu və doğulub boya başa çatdığım Şıxbabalı kəndi işğal edilib. Bu xəbəri alanda Ağdamda deyildim, cəbhədə aldığım yaralarla bağlı müalicədəydim... Hara gedim, kiminlə danışım, bilmirdim. Üz tutdum Bakıdakı Şəhidlər xiyabanına. İki gün orada gecələdim. Komandirim Şirin Mirzəyevin, Hidayət İbrahimovun, Allahverdi Qəmbərovun, Rövşən Camalovun, Vəzir Orucovun və digər döyüşçü şəhid qardaşlarımın məzarları ilə danışırdım. Məğlubiyyətin acısından dəli kimiydim, havalı idim. O gün - mayın 10-da Ağdamda da havalı idim, dəli kimiydim, ancaq qələbənin sevincindən dəli kimi idim, havalı idim...

P.S. Bu yazıda daş-daş, kərpic-kərpic tikilən Ağdam haqqında heç nə yazmadım. Yəni Ağdamın əzəmətini, ruhunu, suyunu, havasını öymədim, insanlarının mərdliyini, qəhrəmanlığını, özəlliyini yazmadım. Bir ağdamlı kimi yazmağım düz olmazdı. Amma bunu yazmaya bilmirəm: Ağdam mənim ruhumdur, canımdır, damarlarda axan qanımdır, havamdır...

Elə bunları yazanda da havalıyam...

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:56
embedMənbə:https://525.az
archiveBu xəbər 23 May 2025 16:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Saç ustası olduğu deyilən həkim DANIŞDI

22 Avqust 2025 09:52see190

Kişilər, çox kök yeməyin!?.

21 Avqust 2025 23:26see147

Mayor VƏFAT ETDİ görün kimi QARDAŞI imiş... FOTO

21 Avqust 2025 10:40see145

Aynişan: “Restoranda “steak” 200 manat idi, dedim, nə yaxşı ucuzdur” VİDEO

21 Avqust 2025 18:15see129

Şəmkirdə dönərdən zəhərlənən 20 nəfərin siyahısı açıqlandı YENİLƏNİB

21 Avqust 2025 01:39see125

Elzanın bu videosu tənqid edildi Video

21 Avqust 2025 15:18see125

Ukraynaya “Şahed” hücumu HHM lər işə salındı

21 Avqust 2025 01:24see122

Ərdoğan Makronla müzakirə apardı

21 Avqust 2025 19:21see122

Əlcəzairli boksçudan gözlənilməz qərar

21 Avqust 2025 05:18see121

İsti havada artan tərləmə və ağız qoxusunun səbəbləri nədir? Qoxunu hansı qidalarla önləmək olar?

20 Avqust 2025 23:51see121

Avropa Liqası: “Samsunspor” ilk oyunda “Panatinaikos”a uduzub

22 Avqust 2025 00:08see121

“Qalatasaray” onu 8 milyona satdı

21 Avqust 2025 06:16see118

Məşhur ağrıkəsici şizofreniya simptomları YARATDI

22 Avqust 2025 00:10see118

KL: Başakşehir ev, Beşiktaş ın səfər sınağı YENİLƏNİR

21 Avqust 2025 17:01see118

"ChatGPT" yenə çökdü, şikayətlər artır

20 Avqust 2025 20:47see117

“Wednesday” serialı qotika üslubunda olan paltarlara tələbatı artırıb...

21 Avqust 2025 00:45see114

Hillari Klinton Trampın xarici siyasətini təriflədi

21 Avqust 2025 07:22see113

ABŞ Rusiya və Ukraynanın danışıqlardakı mövqelərinin detallarını əldə edib

21 Avqust 2025 05:04see113

İlin ilk altı ayında Azərbaycanda 158 mindən çox şəxs sürücülük vəsiqəsi alıb

21 Avqust 2025 10:09see113

Rusiyada azərbaycanlı bloqerin şirkəti ləğv edildi KONKRET

21 Avqust 2025 00:19see113
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri