Bakıdan Qaxa, Qaxdan Bakıya: Mənim şəhərim, mənim qaydalarım?
Icma.az bildirir, Bizimyol saytına əsaslanaraq.
Hacıbala müəllim 18 il Bakının "baş memarı" olub. Təsəvvür edin, illərlə meqapolisin səs-küyünə, göydələnlərinə, tıxaclarına rəhbərlik edən bir adam birdən-birə Qaxın o sakit, səfalı, adamın ruhunu dincəldən Ağçay kəndinə köçür. Yəqin elə bilib ki, kənddə də "hasar çəkmək", "ağac əkmək" və ya "yol çəkmək" məsələlərində Bakıdakı kimi "Hacıbala sərbəstliyi" olacaq.
Amma kəndin öz qanunları var. Kəndli üçün mer olmaq yox, yaxşı qonşu olmaq önəmlidir. Görünür, Hacıbala müəllim kənd sakinlərinə Bakı meriyasında öyrəşdiyi üsullarla "yol göstərmək" istəyib, kəndlilər də "Bura Bakı deyil, bura Ağçaydır!" deyib mövqelərini ortaya qoyublar.
İndi media bu köçün səbəbini axtarır. İcra nümayəndəsi deyir ki, "mənim xəbərim yoxdur, mən onu görməmişəm". Bu cavabın özü də bir klassikadır. Adətən Hacıbala müəllim vəzifədə olanda da bir çox şeylərdən "sonradan xəbər tuturdu". İndi isə vəziyyət tərsinə dönüb. Onun harada olmasından rəsmi şəxslərin xəbəri yoxdur.
Deyirlər, insan harada doğulsa, ora çəkir. Amma görünür, Hacıbala müəllimi harada işləyibsə, ora daha çox çəkir. 18 il rəhbərlik etdiyi Bakının səs-küyü, yəqin ki, kəndin mütləq sükutundan daha cəlbedici gəlib. Yaxud da, kəndlilərlə yaşanan o "məişət zəminindəki iğtişaş" əslində bir mədəniyyət toqquşmasıdır. Mer: "Bura park salaq!" Kəndli: "Ay müəllim, bura örüş yeridir, qoyun-quzu otlayır!"
Nəticədə isə, iddialara görə, "qovulma" kimi bir vəziyyət yaranıb. Əlbəttə, bu sadəcə bir iddiadır, amma Hacıbala müəllimin olduğu yerdə belə hekayələrin yaranması qaçılmazdır.
Hacıbala Abutalıbov Azərbaycan siyasi tarixinin ən maraqlı və ən çox yumor hədəfinə çevrilən simalarından biridir. Onun Qaxdan Bakıya "məcburi" qayıdışı bir daha göstərdi ki, vəzifə müvəqqətidir, amma qonşu haqqı əbədidir. İndi Bakı küçələrində hər hansı bir söküntü və ya tikinti görəndə diqqətli olun. Bəlkə də o hasarın arxasından Hacıbala müəllim boylanıb deyəcək: "Bura Bakıdır, mən də gəldim!"
Xoş gəldiniz, Hacıbala müəllim. Bakının tıxacı, tozu-torpağı sizin üçün Qaxın təmiz havasından daha doğmadırsa, deməli, əsl "Bakılı" elə sizsiniz!
Leyla Mirzə, Bizimyol.info
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:180
Bu xəbər 03 Aprel 2026 21:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















