Icma.az
close
up
RU
“Qazımız, liftimiz yoxdur, 12ci mərtəbələrə ayaqla qalxırıq” Açıqlama

“Qazımız, liftimiz yoxdur, 12ci mərtəbələrə ayaqla qalxırıq” Açıqlama

Olke.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakıda inşa edilmiş Yasamal Yaşayış Kompleksindəki 29 saylı binanın sakinləri bu binada lift və qazın olmamasından şikayətçidir.

Ölkə.az xəbər verir ki, “Qafqazinfo”ya müraciət edən sakinlər 6 ildir ki, 12 mərtəbəli binada yaşadıqlarını, lakin kommunal problemlərinin həll edilmədiyini bildirirlər.

Şikayətçi Ravil Hacıyevin sözlərinə görə, MİDA-nın Yasamal Kompleksindəki bu bina layihənin icra şərtlərinə əsasən investora təqdim edilib: “Vətəndaşların mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə yaradılmış Mənzil İnşaatı Agentliyinin 2017-ci ildə özəl investorların müsabiqə yolu ilə dövlət-özəl tərəfdaşlığına cəlb edilməsi təmin edilib və müsabiqə nəticəsində 3 çoxmənzilli binanın tikintisi “Kat Holding”ə həvalə edilib. Həmin şirkət 1 binanı (27 saylı bina) tikib MİDA-ya təhvil verib. Lakin özlərinin satışını həyat keçirdiyi digər 2 binada (28 və 29 saylı) işləri tamamlaya bilmədilər. Şirkət daxilində hərc-mərclik halları nəticəsində cinayət işi başlandı. Çox şikayətlərdən sonra 28-ci binanın lifti quraşdırıldı, lakin bizim yaşadığımız 29 saylı binanın lifti və qaz xətti hələ də quraşdırılmayıb. Binada heç bir iş getmir”.

R.Hacıyev bildirib ki, sakinlər 2018-2019-cu ildə həmin binadan ev alıblar: “Kirayələrdə qalmaqdan bezən əksər sakinlər qaz xəttinin olmamasına və liftin quraşdırılmamasına baxmayaraq buraya köçməyə başladı. Bina 12 mərtəbəlidir və hər gün biz 11-12-ci mərtəbələrə dəfələrlə ayaqla qalxıb-düşməyə məcbur oluruq”.

Digər şikayətçi Mərziyə Hüseynova isə bildirib ki, “Kat Holding” binaya qaz xətti çəkmək və lift quraşdırmaqla bağlı hər hansı iş görmür: “Bizim mənzil hüququmuz pozulur, vətəndaşlarla bağlanmış müqavilə şərtlərinə əməl edilmir. Dəfələrdə şikayət etsək də, həmişə bəhanə olunub ki, məhkəmə bitsin, problem həll olunacaq. Lakin MİDA rəhbərliyinə göstəriş verilsə, problem qısa zamanda həll oluna bilər. Artıq bizim səbrimiz tükənib, aidiyyəti qurumlardan və şəxslərdən tələb edirik ki, 29 saylı binada işlərin tamamlanmasına göstəriş versinlər”.

Məsələ ilə bağlı MİDA-ya sorğu ünvanladıq. Saytımıza cavab olaraq bildirildi ki, tikinti şirkəti binalarda inşaat işləri başa çatmamış mənzilləri satıb: “KAT Holding” MMC (bundan sonra – cəmiyyət) Yasamal Yaşayış Kompleksində yaşayış binalarının tikintisi üzrə keçirilmiş investisiya müsabiqəsinin qalibi olub. İnvestor və sifarişçi olaraq cəmiyyətin payına düşən 28 və 29 saylı yaşayış binalarının tikintisinin başa çatdırılmamasına baxmayaraq, həmin binalarda yerləşən mənzillər müxtəlif şəxslər tərəfindən əldə edilib. Həmin binalarda yerləşən mənzilləri əldə etmiş vətəndaşların, həmçinin Cəmiyyətin həmtəsisçisinin şikayətləri əsasında Baş Prokurorluq tərəfindən Cəmiyyətin digər təsisçi və keçmiş direktoru barəsində cinayət işinin icraatına başlanılıb və bu şəxslər birinci instansiya məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirli bilinərək azadlıqdan məhrumetmə cəzasına məhkum ediliblər. Hazırda iş Bakı Apellyasiya Məhkəməsinin icraatındadır. Cəmiyyət ayrıca təsərrüfat subyekti olduğu və öz öhdəlikləri üzrə şəxsən məsuliyyət daşıdığı üçün vətəndaşlara cəmiyyət ilə aralarında yaranmış mübahisənin qanunvericiliyə uyğun həll edilməsi tövsiyə olunub".

Qeyd edək ki, “Kat Holding” MMC-nin təsisçisi Ələkbərov Elçin Bəşir oğlu barəsində 2021-ci ildə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb. Buna səbəb isə holdinqdə pay sahibi olan Litva Respublikasının vətəndaşı Pocius Povilasın və vətəndaşların şikayəti olub.

Məlum olub ki, E.Ələkbərov həmin Cəmiyyətin digər vəzifəli şəxsləri ilə qabaqcadan əlbir olaraq, MMC tərəfindən inşa edilmiş binalarda olan mənzilləri almaq üçün Cəmiyyətə müraciət etmiş ayrı-ayrı şəxslər tərəfindən ödənilmiş pul vəsaitinin 1 milyon 380 min manatını hesaba mədaxil etməyərək mənimsəyib.

Faktla bağlı Cinayət Məcəlləsinin 179.4 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən mənimsəmə külli miqdarda törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə E.Ələkbərova ittiham elan edilib və o həbs olunub, həmçinin E.Ələkbərov və onun ailə üzvlərinin adına rəsmiləşdirilmiş əmlaklar üzərinə məhkəmə qərarları ilə həbs qoyulub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:126
embedMənbə:https://olke.az
archiveBu xəbər 31 Dekabr 2024 01:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see212

Bazel III standartlarına uyğunlaşdırmaq

09 Yanvar 2026 11:34see206

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see201

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see194

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see190

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see188

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see185

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see177

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see166

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see154

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see151

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see149

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see146

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see144

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see141

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see139

“Mən neftin qiymətini aşağı saldım, bu, hər kəs üçün əladır” Trampdan Venesuela etirafı

09 Yanvar 2026 09:21see139

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see139

Bir sıra TV və radioların yayımı dayandırılacaq RƏSMİ

09 Yanvar 2026 13:59see138

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri