Icma.az
close
up
RU
Qazımıza hələ çox isinəcəklər Pərviz Heydərovun yazısı

Qazımıza hələ çox isinəcəklər Pərviz Heydərovun yazısı

Azvision saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bu gün Azərbaycan qazı Cənub Qaz Dəhlizi vasitəsilə – “Cənubi Qafqaz Boru Kəməri“, “Trans-Anadolu Qaz Boru Kəməri” (“TANAP”) və “Trans-Adriatik Boru Kəməri” (“TAP”) ilə Avropaya çatdırılır. Halbuki bir vaxt bunların təşəbbüskarı və icraçısı rolunda çıxış etməkdə bizi heç bir Avropa ölkəsi dəstəkləmirdi. Ölkəmiz, adları çəkilən boru kəmərləri üzrə nəql vasitələrinin çəkilişi üçün yetərincə qaz ehtiyatları olmayan məmləkət hesab edilir, hətta, tənqid olunurdu.
Ancaq, məsələn, Avropa İttifaqı (Aİ) ilə 3 il bundan öncə imzalanmış Anlaşma Memorandumuna əsasən, 2027-ci ilə qədər Azərbaycanın Avropaya qaz tədarükünün iki dəfəyədək artırılması istəyi ortaya qoyularkən heç soruşan olmadı və bu gün də soruşan yoxdu ki, Sizdə bu qədər qaz varmı?!
Əlbəttə, ölkəmiz etibarlı tərəfdaş olduğundan üzərinə götürdüyü bütün öhdəlikləri yerinə yetirmək iqtidarındadır və yetirəcək də...
Yeri gəlmişkən, Azərbaycanda yaşıl enerji sahəsində atılan addımlar da bir tərəfdən həm də bu məqsədə xidmət edir. Belə ki, ölkəmizdə yaşıl enerjidən istifadə sahəsində imkanları genişləndirmək məqsədi daşıyan müvafiq investisiya qoyuluşları hesabına gələcəkdə ölkəmiz daha çox ölkələrə qaz ixrac etmək potensialına sahib olacaq ki, bu da, Avropanı enerji ilə təmin və bu sahədə təhlükəsizliyi təyin etmək baxımından rolumuzu indikindən bir neçə dəfə çox artıracaq.
Xatırladım ki, Azərbaycan 2023-cü ildə 23,8 milyard kubmetr, 2024-cü ildə isə 25,2 milyard kubmetr qaz ixrac edib. 2023-cü ildə Avropaya 11,8 milyard kubmetr qaz göndərən ölkəmiz qeyd olunan həcmi 2024-cü ildə 12,9 milyard kubmetrə çatdırıb. Bundan əlavə, 2024-cü ildə Türkiyəyə 9,9 milyard kubmetr, Gürcüstana isə 2,4 milyard kubmetr qaz ixrac edilib.
Ölkəmizin təsdiqlənmiş qaz ehtiyatları 2,6 trilyon kubmetr təşkil edir ki, “Abşeron”, “Ümid”, “Babək”, “Asiman” və “Qarabağ” yataqlarında aparılan kəşfiyyat işlərinin nəticəsində bu həcmin daha da artacağı gözlənilir.
Ona görə də, Prezident İlham Əliyev çıxışlarının birində inamla qeyd etmişdir ki, Bizə və tərəfdaşlarımıza bundan sonra ən azı hələ 100 il yetəcək qədər qaz ehtiyatımız var.

Pərviz Heydərov
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:71
embedMənbə:https://azvision.az
archiveBu xəbər 06 İyul 2025 17:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see256

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see202

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see175

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see159

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see157

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see149

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see147

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see143

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see140

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see137

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see136

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see136

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see136

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see134

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see132

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri