Icma.az
close
up
RU
Qərib Məzarlar PƏRVİZ YƏHYALI YAZIR PƏRVİZ YƏHYALI YAZIR

Qərib Məzarlar PƏRVİZ YƏHYALI YAZIR PƏRVİZ YƏHYALI YAZIR

Gununsesi saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

(Ceyhun bəy Hacıbəyli səhifəsi)

Vətən həsrəti, doğma yurdda qalan əzizlərinin taleyi, işğal altında inləyən ölkəsi və maddi ehtiyacın amansız məngənəsindəki sıxıtı hələ son deyilmiş. İndi, 1940-cı ilin yazında onun sığındığı Paris dəhşətli təlatümlər burulğanında çapalayaraq, hər şeydən əlini üzmək, bütün gələcəyə ümidlərini belə əlindən almağa cəhd edirdi. Artıq müharibə kabusu Senanın sahillərində gəzişir, küçə və meydanları dolaşırdı. Sabahkı günə nagumanlıqla pərən-pərən düşmüş arzularını əsgər çəkmələrinin döyəclədiyi küçəlrdə atan insanlar hara gedəcəklərini belə bilmirdilər. Altı həftəlik Almaniya-Fransa müharibəsi iyun ayının 22-də başa çatdı. Hitlerin dilindən “ Fransa öz qürurunun doğulduğu yerdə diz çökdü” ifadəsilə Fransa hökumətinin məğlubiyyətini rəsmiləşdirdi. General Vilhelim Keitelin imzası ilə Almaniya 1918- ci ilin 11 noyabr tarixindəki Kompeyin sövdələşməsinin qisasını aldı. Amma bu o demək deyidir ki, Hitler Almanıyası Fransanı büsbütün məğlub etdi. Təslim aktını ayaq üstə imzalamağa məcbur edilən fransız hökumətinin məğlubiyyəti ilə bütövlükdə Fransa xalqının məğlubiyəti arasındakı fərq yerlə göy arasındakı fərq kimi idi. Hətta cənubdakı oyuncaq Vişi hökuməti də Fransa xalqının iradəsini əks etdirmirdi.

Azad Fransa uğrunda müqavimət hərəkatı və bütün fransasevər sağlam qüvvələr işğalla barışa bilməzdi. Azərbaycan xalqının böyük oğlu, alovlu vətənpərvər mühacirətdə yaşadığı illərdə vətəndaşı olduğu ölkənin mütərəqqi fikirli insanları ilə həmrəy olduğunu bəyan edən Ceyhun bəy Hacıbəyli müqavimət hərəkatının lideri Şarl de Qolun sərəncamında olan qüvvələrdə qulluq edən əziz-xələf oğlu Ceyhun bəydən nigaran olsa da məktubla ona tutduğu yolun düz olduğunu yazıb, çatdlrmışdır. Ceyhunun anası Zöhrə xanım narahatlığı, atası Ceyhun bəyin, kiçik qardaçı Temuçinin nigarançılığı həmin dövrdə məişət qayğılarını belə yada salmağa imkan vermirdi. Faktiki işğal altında olan Parisdə yaşayan Hacıbəylilər ailəsi Fransa Müqavimət Hərəkatının cəbhədəki döyüşləri barədə çətinliklə məlumat əldə edirdilər. Poçt xidməti almanların nəzarətində olduğu üçün Ceyhunun ailəsinə göndərdiyi məktub belə ələ keçsəydi onların güllələnməsi qaçılmaz idi.

Hacıbəylilər ailəsinin kirayədə qaldıqları evin qapısını 1941-ci ilin yayında hər an qorxusunda olduqları acı xəbər döydü. Fransa Müqavimət Hərəkatının hərbi təyyarəçisi Ceyhun Hacıbəyli Fransanın Cənubi-Qərbindəki Puatye rayonu səmasında düşmən qüvvələr tərəfindən vurulmuşdur. Fransanın azadlığı uğrunda həlak olan gənc azərbaycalı təyyarəçi Ceyhun Hacıbəylinin cəmi 23 yaşı vardı. Azərbaycan Xalq Cümhuriyyətinin süqurundan sonra Parisdə AXC nümayəndə heyyətinin tərkibində fəaliyyət göstərən və mühacir həyatı yaşamağa məcbur olan Ceyhun bəy Hacıbəylinin yanına getməyə müvəffəq olan Zöhrə xanım iki yaşlı kiçik Ceyhunu da min bir çətinliklə bu ölkəyə gətirmişdir.
1918- ci ildə Bakıda doğulan kiçik Ceyhun və 1921-ci ildə Parisdə dünyaya göz açan qardaşı Temuçin bütün məhrumiyyətlərə baxmayaraq Zöhrə xanımla ata Ceyhun bəyin sabaha olan inamı, ailə xoşbəxtliklərinin qayəsi idi.

Böyük mübariz, vətəninin müstəqilliyini canı qədər istəyən Ceyhun bəy Hacıbəylinin 1920-ci il 28 aprel faciəsindən sonra həyatda aldığı ikinci ən ağır zərbə, övlad itkisi onu dəhşətli dərəcədə sarsıtdı. Ceyhun bəy ali musiqi təhsili almaq istəyinin gerçəkləşməməsi və ya oğlunu təhsil haqqını ödəyə bilədiyinə görə Parisdə oxuduğu məktəbdən xaric edilməsidən müttəssir olması təəssüfünün övlad itkisi ilə müqayisəyə gəlməz dərəcədə fərqli olduğunun fərqində idi.
Tarixən Puatye çox döyüşlərə meydan olub. Hələ 732-ci ildə cəng meydanı kimi çoxsaylı qurbanlarla torpağı qanla suvarılıb. Yüz illik müharibə dönəmində 1346-cı ildə ağır məğlubiyyətə şahidlik edib. Lakin onun qismətinə səmalarını fəth edən, ağlazığmaz çətinliklərlə oxuyub, çalışıb qürbətdə özünü təsdiq edən cəsur türk oğlunun qəhrəmanlığına da şahidlik etmək yazılıbmış.

Çox təəssüf ki, Fransanın azadlığı uğrunda qəhrəmancasına həlak olan təyyarəçi Ceyhun Hacıbəylinin Orleand bölgəsinin Blois şəhərində qoyulmuş büstünü görmək nə atası Ceyhun bəyə nə də anası Zöhrə xanıma qismət olmayıb.

İyirmi üç yaşlı Ceyhun Zöhrə xanımla Ceyhun bəyin şah əsəri idi. Onların çətinliklər bahasına yetişdirdiyi övladları haqsızlığa üsyan edərək, vətəndaşı olduğu ölkənin qüruru naminə qəhrəmancasına həlak oldu. Belə bir gənc məhz onların ailəsində tərbiyyə alıb, formalaşa bilərdi. Çünki Ceyhun bəy Şuşadan başlayan həyat yolunda daim ədalətin tərəfində durub. Həyat onu çətinlikləri ilə sındırmağa, əyməyə müəssər ola bilməyib.

Ceyhun bəy Hacıbəyli 15 fevral 1891-ci ildə Əbdülhüseyn bəy və Şirinbəyim xanımın ailəsində dünyaya göz açıb. İlk təhsilini Şuşada Haşım bəy Vəzirovun direktoru olduğu məktəbdə almışdır. Daha sonra o Bakıda təhsilini davam etdirmiş və 1907- ci ildə Əli bəy Hüseynzadənin “Səadət” məktəbində müəllim işləmişdir. Ümumiyyətlə Ceyhun bəy Hacıbəyli 71 illik həyatında müəllim, publisist, tərcüməçi, redaktor, aktyor, jurnalist, elmi fəaliyyət, siysətçi fəyaliyyəti ilə misilsiz xidmətlərə imza atmışdır. Yazıçı kimi də qələm sınayan ədib 1910-cu ildə “Hacı Kərim” povestini qələmə almışdır. Onun ilk mətbu hekayəsi 1907- ci ildə “Tərəqqi” dərgisində işıq üzü görüb. Daha sonra Ceyhun bəy “İttihad”, “Kaspi”, “irşad”, “Baku” qəzetlərində əməkdaşlıq edib.

Ceyhun bəy Hacıbəyli Murtuza Muxtarovun maddi dəstəyi ilə Sank-Peterburq Dövlət Universitetində təhsil alır, sonra isə Fransada əvvəl Sorbonna universitütində və nəhayət Ali Poltexnik Elmlər məktəbində oxuyur.

Hələ 1908-ci ildə qardaşı Üzeyir bəyin Şərqdə ilk olaraq səhnəyə qoyduğu “leyli və Məcnun” operasında İbn Səlam və Nofəl rollarını məharətli aktyor ifası ilə oynayan Ceyhun bəyin ali musiqi təhsili almaq istəyi heç vaxt reallaşmır. O, Bakıya 1917- ci idə dönür. Elə həmin ildə ata-baba yurdu Şuşaya gələrək bacısı Abuhəyat xanımın təşəbbüsü ilə el qızı Zöhrə xanım Hacıqasımova ilə ailə həyatı qurur.

Azərbaycan Xalq Cümhuriyyəti qurulanda Ceyhun bəy Hacıbəyli qardaşı Üzeyir bəylə bu tarixi qələbəni nəyin ki, alqışlarla qarşılayır, eləcə də öz bilik və bacarıqlarını dövlətin möhkəmlənməsinə sərf edirlər. O, Dövlətin rəsmi orqanı olan “Azərbaycan” qəzetinin redaktoru olur. Fransız, İngilis, alman, rus dillərini mükəmməl bildiyinə görə Parisə yollanacaq nümayəndə heyyətinin tərkibinə qoşulan, Ceyhun bəyə Fətəli xan Xoyskinin imzası ilə general rütbəsi verilir.

Ceyhun bəy Hacıbəylinin Parisdə Paris Sülh Konfransındakı məsləkdaşları ilə birgə apardığı mübarizə AXC-nin xarici siyasətindəki ən böyük uğurla sonunclanaraq 11 yanvar 1920- ci ildə cümhuriyyətin hüquqi cəhətdən tanınması ilə nəticələnir. Təəssüf ki, aprel işğalı ilə Rusiya tərəfindən çökdürülən AXC tarixə qovuşur. Bundan sonra Ceyhun bəyin məşəqqətli mühacir həyatı başlayır.

O mühacirətdəki illərdə yorulmaq bilmədən Azərbaycan həqiqətlərini həm elmi həm də publisist dildə dünyaya çatdırmaqla böyük və fədakar yaradıcılıq yolu keçir. Onun bu illərdə yazdığı “Azərbaycan mətbuat tarixi”, “İslam əleyhinə təbliğat və onun Azərbaycandakı metodları”, “Qarabağın dealekti və folkloru” əsərləri ciddi araşdırmalarının və gərgin axtarışlarının nəticəsidir.

Ceyhun bəy Hacıbəyli Parisdə “Qafqaz”, Münhendə çıxan “Azərbaycan” jurnallarının redaktoru olur. “Azadlıq” radiostansıyasının Azərbaycan redaksiyasının qurucularından biri kimi məhsuldar fəaliyyət göstərir. Fransada çıxan “Fiqaro” mətbu orqanında əməkdaşlıq edən Ceyhun bəy yorulmadan vətən təəssübünü və həqiqətlərini dünyaya bəyan edir. Və bütün mübarizə ilə yaşadığı həyatı boyu bir an belə olsa Azərbaycanın yenidən müstəqilliyinə qovuşacaq inamını itirmir.

Tez-tez mühacirətdə yaşayan məsləkdaşları ilə görüşən Ceyhun bəy ömrünün son illərində fərəh dolu uşaqlığını, qayğısız Şuşalı günlərini yuxularında gördüyünü dilə gətirərmiş. Vətəndə qalan ailə üzvlərindən, çox nigaran qaldığını, qardaşı Üzeyir bəyin ilıər əvvəl dünyadan köçməsinin acısını bir gün belə olsun düşünmədən ötüşməzmiş.
Azərbaycan xalqının böyük və mübariz oğlu Ceyhun bəy Hacıbəyli vəfatından 3 gün əvvəl dostu Mustafa Vəkiloğluna yazdığı məktubla özünün sanki xalqına vəsiyyətini çatdırıb. Onun arzusu bütün qüvvələrin birləşərək müstəqilliyə aparan yolda həmrəy olması idi.

İllər sonra Ceyhun bəy Hacıbəylinin arzuları çin oldu. Azərbaycan yenidən müstəqilliyinə qovuşdu. Onun 22 oktyabr 1962-ci ildə Parisin Sen-Klu qəbiristanlığında torpağa tapşırılan nəşi böyük arzularını qəbir evində özü ilə saxlamadı. Ceyhun bəy Hacıbəylinin ruhundakı vətən azadlığ istəyinin indi göylərdə gülümsədiyi şəksizdir.

Pərviz Yəhyalı

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:35
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 24 Oktyabr 2025 22:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Türkiyə Universitetləri — Dünyada Tanınan Müasir Təhsil 2025

24 Oktyabr 2025 16:02see256

Bu həftə saatlar qış vaxtına qurulacaq

24 Oktyabr 2025 16:17see217

NBA çempionu həbs edildi SƏBƏB KONKRET

23 Oktyabr 2025 22:41see198

ABŞ Vahid Ələkbərovun şirkətinə daha bir sanksiya tətbiq etdi

23 Oktyabr 2025 08:54see184

PMS imtahanının I mərhələsi üzrə qeydiyyat başlanıb

23 Oktyabr 2025 18:42see149

Astana Sammiti və regional nizamın yeni düzəni

23 Oktyabr 2025 09:36see146

Qızıl indi də ucuzlaşır bazarda vəziyyət necədir? VİDEO

23 Oktyabr 2025 22:25see145

TRAMP İSRAİLİ HƏDƏLƏDİ “Mən ərəb ölkələrinə söz vermişəm...”

23 Oktyabr 2025 17:40see144

İsveç hökuməti 1990 cı illərdən bəri ən böyük vergi islahatını planlaşdırır

25 Oktyabr 2025 03:10see143

İlk qadın gəmi kapitanı ekranda

23 Oktyabr 2025 10:17see139

Azərbaycanda mal əti bahalaşdı Yeni QİYMƏTLƏR

23 Oktyabr 2025 08:36see136

Məktəb direktorlarının təyinatında YENİ QAYDALAR

24 Oktyabr 2025 00:24see132

ABŞ dövlət katibi Qəzzada sülh planının müzakirəsi üçün İsrailə səfər edib

23 Oktyabr 2025 21:42see132

“Heç heçə edə bilərdik” Qurban Qurbanov

23 Oktyabr 2025 12:19see131

İnanılmaz dərəcədə zəngin olacaq 3 bürc

24 Oktyabr 2025 03:20see130

Makrondan Trampa DƏSTƏK:Rusiyaya sanksiya dönüş nöqtəsidir

24 Oktyabr 2025 07:18see130

HƏMAS dan Qəzza açıqlaması: Yerinə yetirmişik

24 Oktyabr 2025 19:42see125

ABŞ bizim düşmənimizdir Medvedev

23 Oktyabr 2025 12:20see125

Hər gün mixək çubuğu çeynəyin...

24 Oktyabr 2025 05:57see124

Tramp Kolumbiya və Meksikanın narkokartellərin nəzarəti altına keçdiyinə inanır

24 Oktyabr 2025 05:19see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri