Icma.az
close
up
RU
Qazinin obyektini uçuran Səbail RİH dən AÇIQLAMA

Qazinin obyektini uçuran Səbail RİH dən AÇIQLAMA

Unikal.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Xəbər verdiyimiz kimi, Vətən müharibəsi qazisi Məmmədov Röyal İsgəndər oğlu “Şıxov”da yenicə qurduğu çimərlik ərazisinin Səbail Rayon İcra Hakimiyyəti tərəfindən heç bir əsas göstərilmədən söküldüyünü açıqlamışdı. 

"Unikal" xəbər verir ki, üçüncü qrup əlilliyi olan R.Məmmədov “Qafqazinfo”ya bildirib ki, iş yeri söküldüyü üçün ziyana düşüb: "Qazi olduğumu, müharibədə iştirak etdiyimi heç zaman bildirməmişəm. Ancaq indi deyirəm ki, qazinin xırda biznesini dağıdırlar. Mən səhhətimlə bağlı ağır işdə çalışa bilmərəm. Bunun üçün qərara gəldim ki, kiçik biznes qurum. Vəsaitin yarısını kredit götürdüm, yarısını isə dövlətdən aldığım müavinəti uzun müddət yığmaqla ödədim. Ümumilikdə 50 min manat xərc çəkdiyim bu işi indi Səbail İcra Hakimiyyəti heç bir səbəb göstərmədən dağıdır”. 

Müharibə iştirakçısının sözlərinə görə, çimərlik işi üçün Rahib adlı şəxsdən ərazi icarəyə götürüb: 2Bu işi qurmamışdan əvvəl icazə prosesini maraqlandım. Həmin ərazidə “Qağayı” çimərliyinin sahibi bildirdi ki, bu yerlər ona aiddir. İcarəhaqqını verməklə burada işləyə biləcəyimi dedi. Yəni lazımi bütün icazələr onun tərəfindən alınmışdı. Həmin şəxslə müqavilə imzaladıq. Bundan sonra mən ərazidə tikinti işlərinə başladım. Bu müddətdə heç kəs müdaxilə etmədi.

VÖEN və digər bütün sənədlərim yerində olduğu üçün Rahib də mənə problem yaşanmayacağını bildirdi. Lakin iş başlayandan 3 gün sonra bu halla rastlaşdıq. Mənim çimərliyimlə birgə “Qağayı” da söküldü. Lakin dedikləri bir söz oldu ki, müqavilə imzaladığım şəxsin çimərliyində antisanitar vəziyyət aşkarlanıb. Ancaq bu mənim əmlakımın dağıdılmasına əsas vermir. Qurumun bununla bağlı heç bir sənədi yox idi".

Məsələ ilə bağlı Səbail Rayon İcra Hakimiyyətindən bildirilib ki, Salyan 32 ünvanında “Şıx çimərliyi” adlanan ərazidə araşdırılma aparılıb: “Sakinlər və turistlər tərəfindən edilmiş çoxsaylı şikayətləri nəzərə alaraq aparılan araşdırmalarda ərazidə gündəlik qanunsuz çimərlik fəaliyyətinin olması aşkar olunub. Qeyd olunan çimərlik sahəsi natəmizlik, antisanitar vəziyyət və böyük həcmdə məişət tullantılarının yığıldığı əraziyə çevrilib. Sözügedən ərazinin qanunsuz fəaliyyəti barədə müvafiq qurumlara tərəfimizdən müraciətlər də ünvanlanıb.

Yuxarıda qeyd olunanları nəzərə alaraq bildiririk ki, çimərlik sahəsində yığılan məişət tullantıları ərazidən təmizlənib və kustar üsulla hazırlanmış primitiv qanunsuz konstruksiyalar yığışdırılaraq ərazi əvvəlki vəziyyətinə qaytarılıb.

Həmçinin onu da qeyd edirik ki, yaxın sahədə İDEA tərəfindən yaradılmış müasir tələblərə cavab verən ictimai çimərlik fəaliyyət göstərir, sakinlərimizi və turistlərimizi yay çimərlik mövsümündə istirahətlərini orada keçirməyə dəvət edirik".

Qeyd edək ki, Məmmədov Röyal İsgəndər oğlu “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Şücaətə görə”, “Vətən uğrunda” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunub.



Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:156
embedMənbə:https://unikal.az
archiveBu xəbər 19 İyul 2025 13:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see310

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see273

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see264

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see263

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see256

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see249

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see245

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see232

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see220

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see219

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see215

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see213

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see203

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see190

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see187

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see186

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see174

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see172

Videokolposkopiya ginekologiyada müasir müayinə. VİDEO

18 Oktyabr 2026 08:00see170

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri