Icma.az
close
up
RU
MTK qazinin obyektini gecə ilə niyə söküb? RƏSMİ AÇIQLAMA

MTK qazinin obyektini gecə ilə niyə söküb? RƏSMİ AÇIQLAMA

Avtosfer saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Vətən müharibəsi qazisi Sərxan Bünyadovun Suraxanı rayonu Yeni Günəşli qəsəbəsi Samir Cəfərov küçəsində obyekt kimi işlətdiyi qaraj qanunsuz olaraq sökülüb. 

Avtosfer.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu iddia ilə ictimai fəal Haldun Novruzzadə sosial şəbəkə hesabında çıxış edib. 

Onun sözlərinə görə, peşəsi elektrik olan S.Bünyadov müharibədən əvvəl kirayə götürdüyü qarajda çalışıb. Müharibədən qayıdandan sonra Suraxanı RİH tərəfindən ona qaraj tikmək üçün yer verilib. Qazi isə sənədlərini toplayaraq həmin ərazidə işləmək üçün tikintiyə lisenziya alıb və orada özünə kiçik obyekt inşa edib. Dövlət Məşğulluq İdarəsindən ona elektrik avadanlıqları verilib, bir qismini isə özü kreditlə alıb.

“Qarajın yanında “Məkan” MTK adlı bir şirkət bina tikməyə başladı. İçi Sərxan qarışıq heç bir kompensasiya təklif etmədən qaraj sahiblərinə deyilib ki, çıxın buradan, buranı almışıq. Halbuki o insanların əllərində sənədlər var. Onlar etiraz ediblər, səhəri gün Sərxan gəlib görüb ki, gecə ilə qarajını buldozerlə söküblər, bütün avadanlıqları, əşyaları hamısı qırıq-qırıq olub, qalıb dağıntıların altında...”, - H.Novruzzadə qeyd edib.

Hadisə ilə əlaqədar Daxili İşlər Nazirliyinin 102 xidmətinə və Suraxanı RİH-ə müraciət olunduğunu qeyd olunub. 

Problemlə əlaqədar Suraxanı Rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq. Qurumdan sorğumuza cavab olaraq bildirildi ki, hazırda məsələ ilə əlaqədar araşdırma aparılır: 

“Sözügedən ərazi müvafiq qurum tərəfindən çoxmənzilli yaşayış binasının tikintisi üçün MTK-ya ayrılıb və ayrılmış ərazi hüdudları daxilində MTK tərəfindən qaraj götürülüb. Hazırda tərəfimizdən məsələ ilə bağlı araşdırma işləri aparılır. Müvafiq tədbirlər görüləcək”.



Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:254
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 11 Dekabr 2024 20:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see290

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see254

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see241

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see240

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see229

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see226

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see224

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see216

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see212

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see212

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see212

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see201

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see198

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see188

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see187

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see184

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see182

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri