Icma.az
close
up
RU
Qazinin çimərlikdəki obyektini niyə söküblər? Rəsmi açıqlama

Qazinin çimərlikdəki obyektini niyə söküblər? Rəsmi açıqlama

Qafqazinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Şıxov”da yenicə qurduğum çimərlik ərazisini heç bir əsas göstərilmədən darmadağın etdilər”. 

Bu iddia ilə “Qafqazinfo”ya Vətən Müharibəsi qazisi Röyal Məmmədov müraciət edib. 

Üçüncü qrup əlilliyi olan R.Məmmədov bildirib ki, iş yeri söküldüyü üçün ziyana düşüb: “Qazi olduğumu, müharibədə iştirak etdiyimi heç zaman bildirməmişəm. Ancaq indi deyirəm ki, qazinin xırda biznesini dağıdırlar. Mən səhhətimlə bağlı ağır işdə çalışa bilmərəm. Bunun üçün qərara gəldim ki, kiçik biznes qurum. Vəsaitin yarısını kredit götürdüm, yarısını isə dövlətdən aldığım müavinəti uzun müddət yığmaqla ödədim. Ümumilikdə 50 min manat xərc çəkdiyim bu işi indi Səbail İcra Hakimiyyəti heç bir səbəb göstərmədən dağıdır”. 

Müharibə iştirakçısının sözlərinə görə, çimərlik işi üçün Rahib adlı şəxsdən ərazi icarəyə götürüb: “Bu işi qurmamışdan əvvəl icazə prosesini maraqlandım. Həmin ərazidə “Qağayı” çimərliyinin sahibi bildirdi ki, bu yerlər ona aiddir. İcarəhaqqını verməklə burada işləyə biləcəyimi dedi. Yəni lazımi bütün icazələr onun tərəfindən alınmışdı. Həmin şəxslə müqavilə imzaladıq. Bundan sonra mən ərazidə tikinti işlərinə başladım. Bu müddətdə heç kəs müdaxilə etmədi.

VÖEN və digər bütün sənədlərim yerində olduğu üçün Rahib də mənə problem yaşanmayacağını bildirdi. Lakin iş başlayandan 3 gün sonra bu halla rastlaşdıq. Mənim çimərliyimlə birgə “Qağayı” da söküldü. Lakin dedikləri bir söz oldu ki, müqavilə imzaladığım şəxsin çimərliyində antisanitar vəziyyət aşkarlanıb. Ancaq bu mənim əmlakımın dağıdılmasına əsas vermir. Qurumun bununla bağlı heç bir sənədi yox idi”.

Məsələ ilə bağlı Səbail Rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq. Qurumdan sorğumuza cavab olaraq bildirildi ki, Salyan 32 ünvanında “Şıx çimərliyi” adlanan ərazidə araşdırılma aparılıb: “Sakinlər və turistlər tərəfindən edilmiş çoxsaylı şikayətləri nəzərə alaraq aparılan araşdırmalarda ərazidə gündəlik qanunsuz çimərlik fəaliyyətinin olması aşkar olunub. Qeyd olunan çimərlik sahəsi natəmizlik, antisanitar vəziyyət və böyük həcmdə məişət tullantılarının yığıldığı əraziyə çevrilib. Sözügedən ərazinin qanunsuz fəaliyyəti barədə müvafiq qurumlara tərəfimizdən müraciətlər də ünvanlanıb.

Yuxarıda qeyd olunanları nəzərə alaraq bildiririk ki, çimərlik sahəsində yığılan məişət tullantıları ərazidən təmizlənib və kustar üsulla hazırlanmış primitiv qanunsuz konstruksiyalar yığışdırılaraq ərazi əvvəlki vəziyyətinə qaytarılıb.

Həmçinin onu da qeyd edirik ki, yaxın sahədə İDEA tərəfindən yaradılmış müasir tələblərə cavab verən ictimai çimərlik fəaliyyət göstərir, sakinlərimizi və turistlərimizi yay çimərlik mövsümündə istirahətlərini orada keçirməyə dəvət edirik”.

Qeyd edək ki, Məmmədov Röyal İsgəndər oğlu “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Şücaətə görə”, “Vətən uğrunda” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunub.

Fidan Etibar 



Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:232
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 19 İyul 2025 13:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see526

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see304

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see295

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see294

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see286

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see269

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see267

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see264

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see251

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see248

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see238

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see234

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see233

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see233

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see231

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see230

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see226

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see219

“Çıraq” platformasından indiyədək hasil edilən neft və qazın həcmi açıqlanıb

07 Noyabr 2026 10:27see218

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see218
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri