Icma.az
close
up
RU
Qazlı şirin içkilərin tərkibində olan dadlandırıcılar asılılıq yaradır Terapevt

Qazlı şirin içkilərin tərkibində olan dadlandırıcılar asılılıq yaradır Terapevt

Icma.az bildirir, Redaktor.az portalına istinadən.

Yay aylarında insan orqaniziminin ehtiyacı olan əsas maddələrdən biri də sudur. Kimi adi suya, kimi isə qazlı sərin içkilərə üz tutur.

Bəs hansı sulardan istifadə sağlamlıq üçün uyğundur?

Redaktor.az-a danışan həkim-terapevt Sübhan Hacıyev bildirdi ki, su insan orqanizminin hüceyrə səviyyəsində 90%-ni əhatə edən bir maddədir.

"Susuz həyat olmadığı üçün insanın da suya böyük bir ehtiyacı var. Təbii ki, bu yay aylarında daha da artır. Lakin hansı suyu içməyimiz daha önəmlidir. Çünki biz həkimlər adətən insanlarımıza sadə, otaq temperaturunda olan suları içməyi tövsiyə edirik. Bulaq suları və yaxud da ki, mineral sular içmək daha tövsiyə olunandır, daha orqanizm üçün rahat mənimsənilən, tərkibində bir çox mikroelementlərlə zəngin olduğu üçün bizim həm susuzluğumuzu yatızdırır, həm də maddələr mübadiləsi proseslərində yaxşı yöndən iştirak edir. Lakin əfsuslar olsun ki, insanlarımız bir çox hallarda qazlı şirin içkilərə üstünlük verirlər".

Həkimin sözlərinə görə, qazlı şirin içkilər birinci növbədə mədə-bağırsaq traktımıza mənfi təsir göstərir:

"Çünki qarın daxili təzyiqi artıraraq mədənin aqressiv faktorları olan pepsin, xlorid turşusu və s. kimi aqressiv faktorları qıcıqlandıraraq sonradan qastrit, qastroduodenit kimi xəstəliklərin başlanğıc səbəbi ola bilirlər. Bundan əlavə olaraq tərkibində olan dadlandırıcılar asılılıq yaradır və insan tez-tez həmin sulardan içmək istəyir. Bir də günümüzün bəlası olan energetik içkilər vardır ki, yayda bunlar daha da çox dövr edir. Lakin bunların içində olan bir çox kimyəvi elementlər ciddi şəkildə ürəyin ritm pozğunluğunu yarada bilir və çox qısa bir zamanda bu cür insanlar ürəyin ritm pozğunluğundan əziyyət çəkərək təcili tibbi yardım şöbələrimizə müraciət edərək sonradan gənc yaşlarında kardioloji problemi olan, xroniki xəstəlikləri olan xəstələrə çevrilirlər. Bütün bunları nəzərə alaraq insanlarımıza tövsiyəmiz sadə, qazlı olmayan mineral sulardan istifadə etmələridir".

Aytəkin TOFİQQIZI

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:142
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 07 Avqust 2025 15:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see362

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see361

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see353

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see347

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see340

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see330

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see325

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see313

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see312

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see309

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see299

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see297

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see292

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see279

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see277

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see267

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see258

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see244

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see201

Sabunçu rayonunda YAP ın yaradılmasının 34 illiyi münasibətilə ağacəkmə aksiyası keçirilib

20 Noyabr 2026 21:11see201
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri