Icma.az
close
up
RU
“Qəbələ” klubunun prezidenti: Yeni mövsümdə akademiyamızın yetirmələri ilə yanaşı, bir neçə legionerin transferi həyata keçiriləcək MÜSAHİBƏ

“Qəbələ” klubunun prezidenti: Yeni mövsümdə akademiyamızın yetirmələri ilə yanaşı, bir neçə legionerin transferi həyata keçiriləcək MÜSAHİBƏ

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakı, 19 may, AZƏRTAC

I Liqada çempion olan və Premyer Liqaya yüksələn “Qəbələ” klubunun prezidenti Fariz Nəcəfov AZƏRTAC-ın suallarını cavablandırıb. Həmin müsahibəni təqdim edirik:

- “Qəbələ” yenidən Premyer Liqaya qayıtdı. Uğurunuzu necə qiymətləndirirsiniz?

- Əvvəllər də qeyd etdiyim kimi, əsas məqsəd I Liqanı qələbə ilə başa vurmaq və bunu "Qəbələ"nin adına layiq şəkildə həyata keçirmək idi. Komandanın, məşqçilər heyətinin gördüyü uğurlu işin nəticəsində sona 7 tur qalmış vəsiqəni, 4 tur qalmış isə 1-ci yeri təmin etdik. Bu nəticələr özü hər şeyi deyir. Uğurumuzda əziyyəti olan hər kəsə, bizi dəstəkləyən azarkeşlərə bir daha təşəkkür edirəm.

- Ümumilikdə, komandanın I Liqadakı çıxışını necə dəyərləndirirsiniz? Ən çətin və ən həlledici məqamlar hansılar oldu?

- Çempionluğumuz kənardan asan görünə bilər. Əslində isə bu, bizim üçün heç də asan başa gəlmədi. I Liqada kifayət qədər güclü rəqabət var idi. Bu rəqabətin qarşısında ən az qol buraxan, ən çox qol vuran və iki dəfə məğlub olan komandanın işini, şübhəsiz, yüksək qiymətləndirirəm. Ən həlledici məqamlar, təbii ki, ən yaxın izləyicilərimizlə oyunlar idi. Hansı ki, bu matçlarda da komandamız üzərinə düşəni yüksək səviyyədə icra etdi. Yevlaxda "Karvan"la oyundakı qələbə ilə liderliyə yüksəldikdən sonra sona qədər bu pilləni qorumağımızı xüsusi qeyd edərdim.

- Büdcə, sponsorluq və ümumi maliyyə vəziyyəti baxımından yeni mövsümdə hansı yeniliklər gözlənilir?

- Bildiyiniz kimi, Premyer Liqa klubları üçün ayrılan məbləğ 500 min manat azalıb. Bunun işimizi bir qədər çətinə salacağı qaçılmazdır. Bununla belə, gələn mövsüm yüksək hədəflər uğrunda mübarizə aparmağa imkan verəcək büdcəni formalaşdırmağa çalışırıq. Bu yaxınlarda qida sponsorluğu barədə müqavilə imzaladıq və bu istiqamətdə də fəaliyyətimizi davam etdirəcəyik.

- Hazırkı heyət əsas liqada rəqabətə davam gətirəcək səviyyədədirmi? Güclənmə baxımından hansı planlarınız var?

- Premyer Liqa ilə I Liqa arasındakı səviyyə fərqi göz qabağındadır. Bu baxımdan heyətdə müxtəlif dəyişikliklərin olacağı mütləqdir. Akademiyamızın yetirmələri ilə yanaşı, bir neçə legionerin transferi həyata keçiriləcək.

- "Qəbələ" Futbol Akademiyasından yetişən oyunçulara yeni mövsümdə Premyer Liqada şans veriləcəkmi?

- Bizim hər zaman əsas prioritetimiz Azərbaycan futbolu üçün milli komanda səviyyəsində oyunçular yetişdirmək olub. Bu mövsüm I Liqada gənc futbolçularımızın bir çoxuna şans verildi. Premyer Liqada da məşqçilərimiz akademiyamızın yetirmələrinə diqqət ayıracaqlar.

- Azarkeşlər komandanın geri dönüşünü səbirsizliklə gözləyirdi. Onlara hansı mesajı vermək istərdiniz?

- Klubumuza azarkeşlik edən hər kəsə təşəkkür edirəm. Komandamıza daim dəstəkləyən həm səfər həm ev oyunlarında onun yanında olan sadiq azarkeşlərimizə isə xüsusi ilə minnətdaram. Növbəti mövsüm oyunlarımızda daha çox tərəfdar görmək istəyirik. Bunun üçün əlimizdən gələni edirik və edəcəyik.

- Növbəti mövsüm üçün əsas hədəfiniz nədən ibarət olacaq?

- "Qəbələ" həmişə çempionatda iddialı və sağlam rəqabət aparan komanda kimi tanınıb və yenə də eyni yolla davam edəcəyik.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:115
embedMənbə:https://azertag.az
archiveBu xəbər 19 May 2025 12:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yeni dərman zavodu açıldı

24 Noyabr 2025 09:43see304

Fahişəliklə məşğul olanlar 500 manat cərimə ediləcək KONKRET

24 Noyabr 2025 10:37see248

1 ay əvvəl ana olan aktrisa boşanır

24 Noyabr 2025 09:53see237

Facebook un zərərli sosial şəbəkə olduğu üzə çıxıb

24 Noyabr 2025 18:03see164

Əhməd Rəcəblidə partlayış oldu

24 Noyabr 2025 09:35see153

Masazırda yayılan kəskin qaz qoxusunun SƏBƏBİ açıqlandı RƏSMİ

24 Noyabr 2025 16:21see142

14 yaşlı Nərminənin ölümünə səbəb olan həkimlərə Yüngül cəza verildi

25 Noyabr 2025 10:28see140

“Asan İmza” indi “Azercell” tətbiqində

24 Noyabr 2025 12:05see139

Dekabrda Prezident Administrasiyasının vətəndaş qəbulu CƏDVƏLİ

24 Noyabr 2025 18:33see134

İki əsrə aid bina hər an çökə bilər Sakinlər TƏHLÜKƏDƏ VİDEO

24 Noyabr 2025 23:22see133

Karvan Yevlax ın baş məşqçi postundan istefa verməmişəm Azər Həşimov

25 Noyabr 2025 00:02see133

Samir Abasov Neftçi dən qalmaqallı şəkildə ayrıldı o, klubdan tam həcmli kompensasiya tələb edib!

24 Noyabr 2025 22:11see133

İstəsəm, 20 yaşında qız alaram, yeməyim qaymaq, baldır

24 Noyabr 2025 15:53see131

Uşağın məktəb proqramının çətin olduğunu necə anlamaq olar? 5 əlamət

25 Noyabr 2025 13:52see131

“Bu axşam bunu etmək mümkün olmayacaq” Vitaliy Borisovun ə AÇIQLAMASI

24 Noyabr 2025 15:26see127

Hikmət Hacıyev: Çoxşaxəli əməkdaşlıq aparır KONKRET

24 Noyabr 2025 13:41see127

Serbiyadan Azərbaycana birbaşa aviareyslər açılacaq

25 Noyabr 2025 01:22see126

Azərbaycanda Peşəkar Mühasib Sertifikatı əldə edənlərin sayı 6,2 mini keçib

24 Noyabr 2025 15:52see126

“Çelsi”nin keçmiş müdafiəçisi: “Liverpul” dağılıb”

25 Noyabr 2025 01:11see126

Ali Məhkəmə həbs edilmiş xəzinədarla bağlı qərarı ləğv etdi

25 Noyabr 2025 17:01see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri