Qəbələ və Oğuzun kəndlərində elektrik enerjisinin verilişi nə vaxt BƏRPA OLUNACAQ?
Icma.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Ötən gündən başlayan güclü külək Qəbələ və Oğuz rayonunda fəsadlara səbəb olub. Hər iki rayonun bəzi kəndlərində elektrik enerjisinin verilişində fasilə yaranıb.
Məsələ ilə bağlı "Azərişıq" ASC-dən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, sözügedən ərazilərdə bir-iki saat ərzində elektrik enerjisinin verilişi bərpa olunacaq:
"Qəbələ və Oğuz rayonun bəzi kəndlərində güclü külək nəticəsində aşan ağaclar elektrik xətlərinin sıradan çıxmasına səbəb olub. Nəticədə rayonun bəzi kəndlərində elektrik enerjisinin verilişində fasilə yaranıb. Hadisə yerinə dərhal qəza xidməti cəlb olunub. Təmizlənmə işləri görülür. İşlər yekunlaşdıqdan sonra yaxın 1-2 saat ərzində elektrik enerjisinin verilişi bərpa olunacaq", - deyə məlumatda qeyd olunub.
Aygün Mirakif
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:123
Bu xəbər 14 Dekabr 2024 12:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















