Icma.az
close
up
RU
Qəbələ Zirvə Görüşü ilə Türk dünyasının yeni inkişaf mərhələsi başlayır ŞƏRH

Qəbələ Zirvə Görüşü ilə Türk dünyasının yeni inkişaf mərhələsi başlayır ŞƏRH

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 8 oktyabr, AZƏRTAC

Türk Dövlətləri Təşkilatı bu gün dünyanın ən mühüm geosiyasi güc mərkəzlərindən birinə çevrilməkdədir. Ortaq tarix, dil və mədəni köklərə söykənən bu birlik, artıq sadəcə, əməkdaşlıq platforması deyil, qlobal miqyasda siyasi, iqtisadi və təhlükəsizlik baxımından önəmli amil kimi tanınır. Türk dövlətləri arasında sıx inteqrasiya, qarşılıqlı hörmət və birgə maraqlara əsaslanan münasibətlər bu təşkilatı XXI əsrin beynəlxalq nizamında xüsusi mövqeyə gətirib. “Regional sülh və təhlükəsizlik” mövzusuna həsr olunan 12-ci Zirvə Görüşü həm Türk dünyasının gələcək istiqamətini müəyyənləşdirən, həm də qlobal sabitlik və inkişaf baxımından yeni prioritetləri ortaya qoyan mühüm hadisə oldu.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Fəzail İbrahimli bildirib.

Zirvə Görüşünün Qəbələdə keçirilməsinin təsadüfi olmadığını vurğulayan deputat deyib: “Azərbaycanın bu gün Türk dünyasında oynadığı aparıcı rol, ölkənin regional sülh proseslərinin mərkəzində dayanması bu tədbiri daha mənalı etdi. Bu Zirvə Görüşü Türk birliyinin artıq praktik mərhələyə qədəm qoyduğunu göstərdi. Qlobal miqyasda geosiyasi dəyişikliklərin baş verdiyi bir zamanda Türk ölkələrinin ortaq səylərlə regional sabitliyə, enerji təhlükəsizliyinə və iqtisadi əməkdaşlığa yönəlməsi böyük əhəmiyyət daşıyır. Sammitin “Regional sülh və təhlükəsizlik” mövzusuna həsr olunması da Türk dövlətlərinin həm öz regionlarında, həm də beynəlxalq arenada məsuliyyətli aktor kimi çıxış etmək niyyətinin göstəricisidir. Prezident İlham Əliyevin ötən ilin fevralında andiçmə mərasimində Türk dünyası ilə bağlı səsləndirdiyi fikri bu gün artıq konseptual reallığa çevrilib. Azərbaycan Prezidenti TDT-nin bizim üçün əsas beynəlxalq təşkilat olduğunu vurğulayaraq demişdi: "Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz Türk dünyasıdır. Əgər kimsə hesab edir ki, biz başqa yerdə ailə axtarmalıyıq, deyə bilərəm ki, bizi heç yerdə gözləmirlər və bunu artıq gizlətmirlər...". Qəbələdəki Zirvə Görüşündə də Prezident İlham Əliyev vurğuladı ki, Türk Dövlətləri Təşkilatı artıq ciddi geosiyasi mərkəzə çevrilib. Təşkilatın beynəlxalq nüfuzu artmaqda, dövlətlər arasındakı əməkdaşlıq dərinləşməkdədir”.

Azərbaycanın TDT üzvləri arasında əməkdaşlığın dərinləşməsi prosesinə verdiyi töhfənin də diqqətəlayiq olduğunu deyən Fəzail İbrahimli əlavə edib: “Bu prosesdə Azərbaycanın rolu müstəsnadır. Azərbaycanın 2020-ci ildə qazandığı Qarabağ Zəfəri təkcə bir müharibənin qalibiyyəti deyildi. O, Türk dünyasında ruhun dirçəlişinə, özünəinamın bərpasına səbəb oldu. Bu Qələbə göstərdi ki, Türk dövlətləri yalnız mədəni qardaşlığa deyil, siyasi və hərbi həmrəyliyə də qadirdir. Türkiyənin o dövrdə göstərdiyi dəstək Türk dünyasının bütün üzvlərində həm qürur, həm də ortaq mənsubiyyət hissini artırdı”.

Deputat, həmçinin qeyd edib ki, ətrafımızda çox hadisələr, təhdidlər, hədələr, risklər var. Amma Türk dövlətlərin birgə addımları, perspektivə yönəlmiş qərarları göstərir ki, biz müdafiəmizi, təhlükəsizliyimizi daha çox gücləndirəcəyik. Bu baxımdan Avropa İttifaqında xüsusi çəkisi olan Macarıstanın Azərbaycanda Zirvə Görüşündə iştirakı olduqca önəmlidir. Türk Dövlətləri Təşkilatı təkcə regionun deyil, artıq qlobal siyasətin də oyunçusuna çevrilməkdədir.

F.İbrahimlinin sözlərinə görə, gənc və dinamik əhalisi, strateji yerləşməsi, enerji və ticarət yollarına nəzarəti ilə TDT gələcəkdə bölgələrarası balans yaradan, münaqişələrin qarşısını alan və beynəlxalq sabitliyə töhfə verən təşkilata çevrilə bilər. Bu potensialı reallığa çevirən əsas qüvvə isə Azərbaycan və Türkiyə tandemidir. Qəbələdəki Zirvə Görüşü, sadəcə bir görüş deyil, Türk dünyasının gələcək xəritəsini çəkən strateji toplantıdır. Qəbələ Zirvə Görüşü ilə Türk dünyasının yeni inkişaf mərhələsi başlayıb. Burada qəbul edilən qərarlar təkcə siyasi və iqtisadi deyil, həm də mənəvi birliyin, qarşılıqlı etimadın möhkəmlənməsinə xidmət edəcək. Prezident İlham Əliyevin çıxışı bu birliyin strateji vizyonunu bir daha ortaya qoydu: sülh, təhlükəsizlik, inkişaf və qardaşlıq üzərində qurulan güclü Türk dünyası artıq qlobal siyasətin ayrılmaz hissəsidir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:82
embedMənbə:https://azertag.az
archiveBu xəbər 08 Oktyabr 2025 18:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see222

ASCO 35 milyon manat kredit cəlb edib

06 Yanvar 2026 16:46see207

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see193

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see180

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see180

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see168

KİV: İsveçrədə yanğın baş verən barın sahibi Fransada insan alverində təqsirli bilinib

06 Yanvar 2026 20:17see168

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see163

Mərkəzi Bank məşhur sığorta şirkətinə müvəqqəti inzibatçı təyin edib

06 Yanvar 2026 17:25see160

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see155

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see154

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see149

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see148

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see146

Bakı Slavyan Universitetinin tələbələri təmir səbəbilə KÖÇÜRÜLƏCƏK? RƏSMİ AÇIQLAMA

06 Yanvar 2026 16:32see145

Qarabağ Universitetinin beynəlxalq akkreditasiya sahəsində ilk uğuru Foto

06 Yanvar 2026 17:20see143

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see142

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see136

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see134

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri