Icma.az
close
up
RU
Qəbələ Zirvə Görüşü dünya mediasında

Qəbələ Zirvə Görüşü dünya mediasında

Icma.az, Yeniazerbaycan portalına istinadən məlumatı açıqlayır.

Bu gün Türk Dövlətləri Təşkilatı (TDT) sadəcə Türkdilli ölkələrin əməkdaşlıq platforması deyil. Qurum ciddi geosiyasi mərkəzlərdən biri kimi formalaşır və beynəlxalq arenada nüfuzu getdikcə artır. Bunu bu günlərdə Azərbaycanın tarixi şəhəri olan Qəbələdə keçirilən  Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşünün dünya mətbuatında geniş işıqlandırılması bir daha təsdiqləyir.

Sülhə, təhlükəsizliyə və firəvanlığa sadiqlik

Türkiyənin əksər nəşrləri kimi, TRT Haber agentliyi də Qəbələ Zirvə Görüşünü geniş işıqlandırıb. Agentlik tədbir çərçivəsində aparılan müzakirələr, liderlərin verdikləri bəyanatlar barədə silsilə materiallar təqdim edib. Bu materiallarda xüsusi olaraq bildirilir ki,  Türk Dövlətləri Təşkilatının tamhüquqlu üzvləri olan Türkiyə, Azərbaycan, Özbəkistan, Qazaxıstan və Qırğızıstan liderlərinin imzaladığı bəyannamədə qurumda təmsil olunan dövlətlərin  sülh, təhlükəsizlik, sabitlik və firavanlığa sadiqliyi bir daha təsdiqlənib və öhdəliklər vurğulanıb. Bəyannamədə türk dövlətləri arasında bütün sahələrdə həmrəyliyin, əməkdaşlığın və koordinasiyanın gücləndirilməsi istiqamətində sarsılmaz əzm ifadə olunub.

Agentlik Prezident İlham Əliyevin TDT ölkələrinin Azərbaycanda birgə hərbi təlimlərinin keçirilməsi təklifinə, eləcə də qurumun regional məsələlərə yanaşmalarına  xüsusi diqqət çəkib.

TRT Haberin yaydığı xüsusi şərhdə Zirvə Görüşündə Vaşinqton razılaşmalarının önəmindən ayrıca bəhs edildiyi də vurğulanıb. “Bəyannamədə Azərbaycan və Ermənistan arasında Azərbaycanın materik hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında maneəsiz daşımaları təmin edəcək, regionun tranzit potensialını üzə çıxaracaq, sülh, sabitlik və firavanlığa töhfə verəcək rabitə kanallarının açılmasına dair razılaşma alqışlanır”, - deyə agentliyin yaydığı materialda bildirlir.

Qazaxıstan mediasında dərc olunan silsilə yazılar

Qazaxıstan mətbuatı Qəbələdə keçirilən Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşünü geniş işıqlandırıb. “Kazinform” beynəlxalq informasiya agentliyi “TDT Türk dünyasının təhlükəsizliyini və iqtisadiyyatını gücləndirir” sərlövhəli məqalə dərc edib. Materialda bildirilir: “Türk dünyası tarixən yüksək dinamizm və enerji məkanı olub. O, müxtəlif mədəniyyətləri və dəyərləri özündə cəmləşdirərək, həmişə Şərqlə Qərb arasında körpü rolunu oynayıb və bu gün də həmin missiyanı yerinə yetirir”.

“Altyn-Orda.kz” portalı Qəbələ Zirvə Görüşünün mühüm mərhələ olduğunu vurğulayır: “Bu, Türk dünyasının müstəqil hərbi əməkdaşlıq mərkəzi kimi formalaşdığını, öz təhlükəsizliyinə koordinasiyalı və balanslaşdırılmış yanaşmaya hazır olduğunu nümayiş etdirdi”.

“Kazislam.kz” yazır ki, Qəbələ Zirvə Görüşü sadəcə türk liderlərinin növbəti dəfə bir araya gəlməsi deyil, eyni zamanda, Türk dünyasının institusional güclənməsinin mühüm mərhələsi olub.

“Turantimes.kz” nəşri xəbər verir ki, Qazaxıstan beynəlxalq əməkdaşlığı gücləndirmək məqsədi daşıyan “Türk Dövlətləri Təşkilatı - Plyus” adlı yeni formatın yaradılması ideyasını dəstəkləyir.

Yeni tarixin başlanğıcı

TDT Dövlət Başçıları Şurasının Azərbaycanın Qəbələ şəhərində keçirilən 12-ci Zirvə Görüşü türk birliyinin yeni tarixi mərhələsinin əsasını qoydu.

Bu fikir Cizak Dövlət Pedaqoji Universitetinin rektoru, professor Maksudcon Yuldaşevin Özbəkistan milli xəbər agentliyinin saytında dərc olunmuş məqaləsində yer alıb.

Professor yazıb: “Türk Dövlətləri Təşkilatının Zirvə Görüşünə ev sahibliyi edən Azərbaycanın Qəbələ şəhəri təkcə coğrafi deyil, həm də mənəvi-ideoloji mərkəz kimi xüsusi əhəmiyyət kəsb edib. Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin bu mötəbər tədbirdəki çıxışı bütün Türk dünyasının strateji hədəflərini və gələcəyinə baxışı müəyyən edib. O, çoxşaxəli tərəfdaşlığın dinamikasını daha da genişləndirmək və sürətləndirmək məqsədilə 2030-cu ilə qədər inkişaf Strategiyasının və ayrıca yol xəritəsinin hazırlanmasını təklif etdi. Sənədin təhlükəsizlikdən tutmuş iqtisadiyyata, təhsilə, nəqliyyata, ekoloji əməkdaşlığa qədər bütün mühüm sahələri əhatə edəcəyi gözlənilir”.

Özbəkistanlı professor məqalənin sonunda qeyd edib: “Qəbələdə keçirilən TDT Zirvə Görüşündə səslənən hər bir təklif sadəcə bəyanat deyil, yeni tarixin başlanğıcıdır. Qədim kökləri və ortaq mədəniyyəti olan Türk dünyası XXI əsrdə yeni sivilizasiyanın mərkəzinə çevrilir”.

Türk dövlətlərinin strateji hədəflərini müəyyənləşdirən sənəd

Qazaxıstan Prezidenti yanında Strateji Tədqiqatlar İnstitutunun Beynəlxalq təhlükəsizlik şöbəsinin eksperti Aynur Tukumova “Kazinform” agentliyinə müsahibəsində Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşünün yekunlarına dair qəbul edilmiş Qəbələ Bəyannaməsini türk dövlətlərinin strateji hədəflərini müəyyənləşdirən sənəd kimi dəyərləndirib.

Onun sözlərinə görə, Qəbələ Bəyannaməsi təşkilata üzv dövlətlərin suverenlik və ərazi bütövlüyünə sadiqliyini, həmçinin əsas regional çağırışlar üzrə müntəzəm məsləhətləşmələrə ehtiyac olduğunu bir daha təsdiq edir. “Bəyannaməyə əsasən, TDT əlaqələndirilmiş xarici siyasətini gücləndirməyə sadiqdir; xarici işlər nazirləri daha tez-tez görüşəcək, aparıcı beyin mərkəzləri və universitetlər yeni Türk Strateji Vizyon Şəbəkəsi çərçivəsində qüvvələrini birləşdirəcək”, -deyə ekspert qeyd edib.

A.Tukumova bildirib ki, iqtisadi sahəyə aid əsas qərarlar arasında Xidmətlər Ticarətinin və İnvestisiyaların Asanlaşdırılmasına dair Saziş üzrə danışıqların başlanması, TDT-nin Mərkəzi Banklar Şurasının institusionallaşdırılması və Türk İnvestisiya Fondunun mandatının genişləndirilməsi yer alır. O əlavə edib: “Qeyd etmək lazımdır ki, yaşıl gündəlik praktiki məzmun kəsb edib. İqlim tərəfdaşlığı, davamlı maliyyələşdirmə və yaşıl texnologiyaların tətbiqi üzrə addımlar təsdiq edilib. TDT ölkələrinin enerji sistemlərini Avropa bazarları ilə əlaqələndirmək üçün nəzərdə tutulmuş regional yaşıl enerji dəhlizinin yaradılmasına xüsusi diqqət yetirilib”.

TDT böyük geosiyasi mərkəz kimi formalaşmaqdadır

Moldovanın nüfuzlu “Noi.md” xəbər portalı Qəbələdə Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşü haqqında silsilə məqalələr dərc edib. Məqalələrdə Azərbaycan Prezidenti İlham Əliyevin çıxışındakı fikirlərə xüsusi diqqət yetirilib. Dövlətimizin başçısına istinadla qeyd edilib ki, Vaşinqtonda, Ağ Evdə Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin paraflanması Cənubi Qafqazı sülh məkanına çevirəcək. Həmçinin vurğulanıb ki, Türk Dövlətləri Təşkilatı hazırda böyük geosiyasi mərkəz kimi formalaşmaqdadır. Təşkilatın təsis sənədi olan Naxçıvan Sazişi sülh və təhlükəsizliyin əsas məqsəd və vəzifələri sırasında yer alır.

Məqalədə vurğulanıb ki, Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşündə türk dövlətləri arasında siyasi dialoqun dərinləşdirilməsi və təkmilləşdirilməsi, iqtisadi inteqrasiyanın gücləndirilməsi, nəqliyyat və enerji təhlükəsizliyinin təşviqi, mədəni və humanitar əlaqələrin genişləndirilməsi, regional və qlobal çağırışlara cavab olaraq birgə fəaliyyətin vacibliyi məsələləri ətrafında hərtərəfli fikir mübadiləsi aparılıb.

Mübariz FEYİZLİ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:205
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 11 Oktyabr 2025 10:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotus şirkətinin baş direktoru şirkətin hiperkarı haqqında rəy bildirib

08 İyun 2026 20:45see420

Bakıda şagirdin saçı qırxıldı Dərsdə saqqız çeynədiyinə görə VİDEO

08 İyun 2026 23:04see335

Ukrayna müharibəsi Rusiyanın təsirlərini zəiflətdi

09 İyun 2026 14:11see277

ABŞ və İran razılaşa biləcək? ŞƏRH

09 İyun 2026 18:31see268

Azərbaycan və Skandinaviya arasında enerji əməkdaşlığı üçün unikal imkanlar

09 İyun 2026 06:32see231

Günün qoroskopu: İnsanlar sizdən ilham alacaq

09 İyun 2026 00:01see223

Diz ağrısı ilə xəstəxanaya getdi, rentgendə yüzlərlə qızıl aşkarlandı

09 İyun 2026 06:00see210

Gənc ana və oğulları

09 İyun 2026 03:48see194

10 KOB subyekti də “startap”çı oldu

09 İyun 2026 03:24see187

Tramp: ABŞ ın İrana qarşı genişmiqyaslı əməliyyatları çox baha başa gələr

10 İyun 2026 00:06see184

İrana hücumların təkrarlanması ciddi iqtisadi problemlərə səbəb olardı Tramp

10 İyun 2026 00:43see180

Ofelya Sənanidən emosional arzu

08 İyun 2026 21:32see179

Tramp Netanyahuya İranla münaqişəni yenidən alovlandırmamaq barədə xəbərdarlıq edib

09 İyun 2026 02:15see177

“RB Leypsiq”in müdafiəçisi Lukeba Anqola millisinin üzvü ola bilər

09 İyun 2026 01:50see174

“Döyüş başlıqları anbarlardan çıxarılır” SIPRI dən həyəcan təbili

09 İyun 2026 04:30see167

Səhhətinə görə ekranlardan uzaq qalıbmış

09 İyun 2026 01:10see167

Ürək üçün ən faydalı 10 QİDA

10 İyun 2026 04:05see164

Qulaqdakı bu xətt infarkt riskini göstərir

09 İyun 2026 03:03see163

Nurgül Yeşilçayın yay tətilindən cazibədar FOTOLARI

08 İyun 2026 22:51see159

Şagirdlər üçün rəqəmsal tədris köməkçisi istifadəyə verilib

09 İyun 2026 16:43see153
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri