Icma.az
close
up
RU
Qəbələ Zirvə Görüşü: ortaq tarixi qərarlar!

Qəbələ Zirvə Görüşü: ortaq tarixi qərarlar!

Icma.az bildirir, Ses qazeti saytına əsaslanaraq.

Prezident İlham Əliyev: "Bizim ailəmiz Türk dünyasıdır"

Türk dövlətləri ilə münasibətlərin daha da möhkəmləndirilməsi Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindəndir. Etnik və mədəni köklərimiz, dilimiz, ortaq keçmişimiz mövcud münasibətlərin əsasını təşkil edir. Bu təşkilat artıq yalnız mədəni birliyi deyil, həm də qlobal geosiyasi aktor kimi formalaşmaqda olan strateji müttəfiqlik modelini ifadə edir. Çağdaş dünyamızda türkdilli dövlətlər arasında əməkdaşlıq daha güclənib və yeni, daha düşünülmüş, praqmatik mərhələsinə start verilib. Yeni bir dövrə qədəm qoyan Azərbaycan beynəlxalq təşkilatlarla, eləcə də, Türk Dövlətləri Təşkilatı ilə sıx əməkdaşlığa malikdir. "Bu, bizim üçün əsas beynəlxalq təşkilatdır, çünki bu, bizim ailəmizdir. Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz Türk dünyasıdır. Əgər kimsə hesab edir ki, biz başqa yerdə ailə axtarmalıyıq, deyə bilərəm ki, bizi heç yerdə gözləmirlər və bunu artıq gizlətmirlər" – deyə Prezident İlham Əliyev çıxışlarının birində bildirmişdir. Xatırladaq ki, Azərbaycanın bu istiqamətdə töhfələrindən biri Türk Şurasının yaradılması ilə bağlı sazişin məhz ölkəmizdə imzalanmasıdır. Saziş Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə prezidentləri tərəfindən imzalanıbdır. Naxçıvan Sazişinə əsasən, müəyyən edilmiş əsas fəaliyyət məqsədləri və vəzifələri, tərəflər arasında qarşılıqlı etimadın möhkəmləndirilməsi, regionda və dünyada sülhün bərqərar edilməsi, xarici siyasət məsələlərinə ortaq yanaşmanın təşviq edilməsi, beynəlxalq terrorizm, ortaq maraq kəsb edən bütün sahələrdə regional və ikitərəfli əməkdaşlığın gücləndirilməsi və s. məsələlərə önəm verilir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev rəsmi sosial şəbəkə səhifələrində 3 oktyabr - Türk Dövlətlərinin Əməkdaşlıq Günü ilə bağlı paylaşımında belə bildirib: "3 oktyabr - Türk Dövlətlərinin Əməkdaşlıq Günüdür. Məhz bu gün 2009-cu ildə qədim Azərbaycan torpağı olan Naxçıvanda Türk Dövlətləri Təşkilatının əsası qoyulmuşdur.

Bu əlamətdar gün münasibətilə Türk dünyasını səmimi-qəlbdən təbrik edirəm. Türk dünyası bizim ailəmizdir! Ötən 16 il ərzində təşkilatımız güclənmiş, dünya miqyasında böyük nüfuz qazanmış, sıralarımız genişlənmişdir. Türk Dövlətləri Təşkilatı ölkələrimiz arasında siyasi, iqtisadi və humanitar sahələrdə əməkdaşlığın gücləndirilməsinə, Türk xalqları arasında həmrəyliyin daha da möhkəmlənməsinə böyük töhfə vermişdir. Azərbaycan Türk dünyasının birliyinin gücləndirilməsi istiqamətində səylərini bundan sonra da davam etdirəcək. Qardaşlığımız əbədidir!".

"BUNDAN GÜCLÜ BİRLİK OLA BİLƏRMİ?"

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının fəaliyyəti dövründə türkdilli ölkələr arasında hərtərəfli əməkdaşlığa yardım edib. Əlbəttə ki, Türk Şurasının yaradılmasına dair qərarın, Naxçıvanda keçirilən Zirvə Görüşündə qəbul edilməsi türk dünyası üçün rəmzi əhəmiyyət daşıyır. Naxçıvan sazişi ilə türkdilli dövlətlər arasında əməkdaşlığın təsisatlanmış yeni formatı yaradılmışdır. Ötən müddət ərizində bu əlaqələr genişlənib. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşündə qəbul olunan tarixi qərarlardan biri Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının adının "Türk Dövlətləri Təşkilatı"na dəyişdirilməsi haqqında Qərar oldu. "Bizim ailəmiz Türk dünyasıdır. Biz özümüzü çox yaxşı hiss edirik. Türk Dövlətləri Təşkilatına üzv olan bütün ölkələrlə qardaşlıq münasibətlərimiz var və bizim siyasətimiz Türk Dövlətləri Təşkilatını gücləndirməkdir. Bu, böyük coğrafiyadır, böyük ərazidir, böyük hərbi gücdür, böyük iqtisadiyyatdır, təbii sərvətlərdir, nəqliyyat yollarıdır, gənc əhalidir, artan əhalidir və bir soydan, kökdən olan xalqlardır. Bundan güclü birlik ola bilərmi? Əlbəttə ki, yox", - deyə Prezident bildirib.

XXI ƏSR TÜRK DÜNYASININ İNKİŞAF VƏ TƏRƏQQİ DÖVRÜDÜR

Ötən ilin iyulun 6-da Şuşada Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşünün keçirilməsi və Qarabağ Bəyannaməsinin imzalanması tarixi əhəmiyyəti baxımından diqqəti çəkəndir. Türk Dövlətləri Təşkilatının dövlət başçılarının Şuşada qeyri-rəsmi Zirvə görüşünün keçirilməsi ilə bağlı qərar Astanada TDT-nin "Türk Əsri" çağırışı altında keçirilən 10-cu yubiley Zirvə görüşündə verilmişdir. "Nəqliyyat, bağlantı və iqlim fəaliyyəti vasitəsilə dayanıqlı gələcəyin qurulması" mövzusunda qeyri-rəsmi Zirvə görüşü Azərbaycan Respublikasının təşəbbüsü ilə baş tutmuşdu. Belə bir tədbirin Şuşada keçirilməsi Türk dövlətləri arasında əlaqələrin intensiv xarakter aldığını və dövrün tələblərinə, baş verən proseslərə uyğun olaraq sürətlə inkişaf etdiriyinin daha bir göstəricisidir. XXI əsrin türk dünyasının inkişaf və tərəqqi dövrünə çevrilməsi istiqamətində ardıcıl işlər görülür. Bu görüşün təşkili türk dövlətləri arasında əlaqələrin daha da möhkəmləndirilməsi baxımından əhəmiyyət daşıyır. TDT - in siyasi, iqtisadi, mədəni sahələrdə, təhlükəsizliyin təmin edilməsi istiqamətində birgə fəaliyyət göstərməsi günün tələbidir. Tərəflərin bir-birinin ərazi bütövlüyü, suverenliyi, sərhədlərin toxunulmazlığı, habelə daxili işlərinə qarışmamaq prinsipləri əsasında dövlətlərin siyasi və iqtisadi təhlükəsizliyinin möhkəmləndirilməsində əməkdaşlığa üstünlük verməsi də qlobal miqyasda yaranan vəziyyətin şərtlərindən sayıla bilər.

"REGİONAL SÜLH VƏ TƏHLÜKƏSİZLİK"

TDT-nin növbəti XII Zirvə Görüşü strateji geosiyasi hadisə kimi xarakterizə olunur. Azərbaycanın Qəbələ şəhərində keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) XII Zirvə Görüşü "Regional sülh və təhlükəsizlik" mövzusundadır. Bu Zirvə Görüşü yalnız formal protokol tədbiri deyil, həm də Türk dünyasının gələcək konturlarının, ortaq strateji hədəflərinin və birgə fəaliyyət mexanizmlərinin müəyyən ediləcəyi tarixi hadisə olacaq. Regionun geosiyasi sabitliyi yalnız diplomatik bəyanatlarla təmin edilmir. Bu, həm də konkret layihələr, sərhəd təhlükəsizliyi mexanizmləri, informasiya mübadiləsi və strateji koordinasiya tələb edir. TDT-yə üzv ölkələrin mədəniyyət, təhsil və informasiya sahələrində əməkdaşlığı prioritet istiqamətlərdəndir. Paytaxt Bakıda yerləşən Türk Dövlətləri Parlament Assambleyası (TÜRKPA) və Türk Mədəniyyəti və İrsi Fondu (TMİF) bu sahədə Azərbaycanın mədəni liderliyini və Türk dünyası ilə əlaqələri yüksək səviyyədə inkişaf etdirmək istəyini əks etdirir. Türk dövlətləri artıq başa düşürlər ki, qlobal mühitdə ayrı-ayrılıqda qalmaq nə siyasi, nə iqtisadi, nə də təhlükəsizlik baxımından səmərə verir. Zirvə çərçivəsində TDT-yə üzv və müşahidəçi statusuna malik ölkələrin dövlət və hökumət başçıları bir araya gələrək, sonuncu görüşdən bəri həyata keçirilmiş işləri dəyərləndirəcək, əldə olunmuş nailiyyətləri müzakirə edəcək və gələcək əməkdaşlıq istiqamətlərini müəyyənləşdirəcəklər. Görüş zamanı qəbul olunacaq sənədlər, o cümlədən XII Zirvə Görüşünün Bəyannaməsi təşkilatın siyasi və institusional strukturunun yeni mərhələyə keçidini əks etdirəcək. Zirvənin sonunda TDT-yə sədrlik Qırğızıstandan Azərbaycana keçəcək, bu isə ölkəmizin təşkilatdakı liderlik missiyasının rəsmi təsdiqi olacaq.

"ZİRVƏ GÖRÜŞÜ TÜRK DÜNYASINDA DOSTLUQ, HƏMRƏYLİK VƏ TƏRƏFDAŞLIĞIN MÖHKƏMLƏNDİRİLMƏSİ İŞİNƏ TÖHFƏ VERƏCƏK"

Zirvə çərçivəsində, həmçinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ikitərəfli görüşləri də keçirilir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 6-da Qəbələdə Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyevi qəbul edib. Söhbət zamanı dövlətimizin başçısı ilə qonağın görüşləri məmnunluqla xatırlanıb. Baş katib Azərbaycanla Ermənistan arasında sülh gündəliyi ilə bağlı Amerika Birləşmiş Ştatları Prezidenti Donald Trampın şahidliyi ilə Vaşinqtonda əldə olunmuş nəticələr münasibətilə Prezident İlham Əliyevə təbriklərini çatdırıb. Dövlətimizin başçısı təbriklərə görə təşəkkür edib.

Kubanıçbek Ömüralıyev Türk Dövlətləri Təşkilatının beynəlxalq nüfuzunun daha da artması, üzv və müşahidəçi ölkələr arasında əməkdaşlığın gücləndirilməsi işinə Azərbaycanın verdiyi dəstəyə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib.

Görüşdə Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının Qəbələdə keçirilən 12-ci Zirvə Görüşünün "Regional sülh və təhlükəsizlik" mövzusuna həsr olunduğu vurğulanaraq, tədbir çərçivəsində təşkilatın gündəliyində duran aktual məsələlərin müzakirə ediləcəyi bildirilib.

Dövlətimizin başçısı bu Zirvə Görüşünün Türk dünyasında dostluq, həmrəylik və tərəfdaşlığın möhkəmləndirilməsi işinə töhfə verəcəyinə əminliyini ifadə edib.

Söhbət zamanı ölkəmizlə təşkilat arasında əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qəbələdə Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının sədri Binəli Yıldırımı qəbul edib. Söhbət zamanı dövlətimizin başçısının Binəli Yıldırımla görüşləri, həmçinin onun ölkəmizə səfərləri məmnunluqla xatırlanıb. Qonaq Türk Dövlətləri Təşkilatının fəaliyyətinə göstərdiyi dəstəyə görə Prezident İlham Əliyevə minnətdarlığını ifadə edərək vurğulayıb ki, Təşkilatın Ağsaqqallar Şurası bundan sonra da Türk dövlətləri arasında əməkdaşlığın inkişafı prosesinə öz töhfəsini verməyə davam edəcək. Görüşdə Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşünün əhəmiyyətinə toxunulub, ölkəmizdə təşkil edilmiş digər beynəlxalq tədbirlər kimi, bu sammitin də yüksək səviyyədə keçiriləcəyinə əminlik ifadə olunub.

Söhbət zamanı Azərbaycan və Türkiyə arasında qardaşlıq və strateji müttəfiqlik münasibətlərinin bütün sahələrdə daha da genişlənməsi qeyd edilib.

TDT-yə üzv ölkələr arasında yaxın dostluq və qardaşlıq əlaqələrinin olması, onların bir-birini qarşılıqlı şəkildə dəstəkləməsi təşkilatın inkişaf perspektivlərini şərtləndirən əsas amillərdən biridir.

Qeyd edək ki, bu Zirvə görüşü yalnız protokol xarakterli görüşlər deyil, eyni zamanda, yeni təşəbbüslərin irəli sürülməsi, ortaq qərarların qəbul edilməsi və Türk dünyasının gələcək inteqrasiyasına dair strateji müzakirələrin aparılması üçün mühüm imkan olacaq.

Zümrüd BAYRAMOVA

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:103
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 06 Oktyabr 2025 16:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Türk Dövlətləri Siyasətinə Dəstək Fondu qırğız dilində kitablar nəşr etdirib

29 Avqust 2026 17:51see503

Bakıda biznesmenə qarşı 185 minlik DƏLƏDUZLUQ: 12 il sonra HƏBS OLUNDU

29 Avqust 2026 15:33see302

Mədəniyyətlərin qovuşduğu məkan: “Alyans”da milli rəqs dərnəyi

29 Avqust 2026 14:31see290

Şənbə üçün nəzm

29 Avqust 2026 09:16see285

Vüqar Biləcəri kimdir? Sonuncu zəngində onun adını çəkərək ağlayıb

29 Avqust 2026 23:34see263

Günel Zeynalovanın başına iş gəldi Ayağı zədələndi

29 Avqust 2026 17:15see262

Süni intellekt bumu dünya iqtisadiyyatını ayaqda saxlayır WSJ

29 Avqust 2026 11:23see259

Kökü qədim, gələcəyi parlaq: Türk dünyasının iki bədəndə bir can

29 Avqust 2026 15:21see256

ABŞ da mədəaltı vəzi xərçənginə qarşı inqilabi dərman təsdiqlənib

29 Avqust 2026 11:26see254

İsrail Livanın cənubuna hücum edib

29 Avqust 2026 18:33see253

Qazaxıstan və Özbəkistanda Azərbaycanın turizm təqdimatı

29 Avqust 2026 16:03see241

Neft kəşfiyyatçılarımızın “Üstyurt” axtarışları

29 Avqust 2026 16:05see232

Türkiyənin səhiyyə naziri: Cem Yılmazın vəziyyəti yaxşıdır, müalicəsi davam edir YENİLƏNİB

29 Avqust 2026 23:13see229

Məşhur reper Bakıya gəlir

30 Avqust 2026 01:52see226

Mərkəzi Bankın yüksəkvəzifəli şəxsi işdən çıxdı FOTO

30 Avqust 2026 01:13see226

7 ayda qeyri neft ixracı 18,3 faiz artıb

29 Avqust 2026 16:03see221

ABB xarici maliyyə bazarlarında mövqeyini gücləndirir

29 Avqust 2026 13:39see220

Azərbaycanın yeni milyardlıq planı: 2030 cu il üçün BÖYÜK HƏDƏF

29 Avqust 2026 21:13see220

Cem Yılmaz ürək probleminə görə xəstəxanalıq oldu

30 Avqust 2026 05:04see219

Azərbaycan əsilli türk məşhurlar Siyahıda görün kimlər var (Fotolar)

30 Avqust 2026 06:06see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri