Icma.az
close
up
RU
Qəbələ Zirvəsi Türk dünyası qlobal gücə doğru inamla yüksəlir

Qəbələ Zirvəsi Türk dünyası qlobal gücə doğru inamla yüksəlir

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 6 oktyabr, AZƏRTAC

Oktyabrın 6–7-də Qəbələdə keçiriləcək Türk Dövlətləri Təşkilatının (TDT) “Regional sülh və təhlükəsizlik” mövzusunda XII Zirvə Görüşü türk coğrafiyasının gələcək onilliklərdəki geosiyasi trayektoriyasını müəyyənləşdirəcək hadisələrdən biri olacaq. Bu Zirvə Görüşü sadəcə diplomatik protokol və bəyanatlar toplantısı deyil, Türk dünyasının öz daxilində inteqrasiya səviyyəsini yoxlayan ciddi siyasi imtahandır.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində Milli Məclisin deputatı, filologiya elmləri doktoru Elnarə Akimova söyləyib. Onun sözlərinə görə, Türk Dövlətləri Təşkilatı uzun illər mədəni və iqtisadi əməkdaşlıq platforması kimi fəaliyyət göstərsə də, hazırkı mərhələdə təşkilatın gündəliyinə təhlükəsizlik, müdafiə və sərhəd sabitliyi kimi məsələlərin daxil edilməsi onun siyasi mahiyyətinin dəyişdiyini göstərir. Bu dəyişikliklər regionda baş verən hadisələr fonunda təbii və zəruridir. Cənubi Qafqazda yaranmış yeni reallıqlar, Orta Asiya dövlətlərinin təhlükəsizlik çağırışları, qlobal güclərin rəqabəti türk ölkələrini daha sıx koordinasiyaya sövq edir.

“Azərbaycan üçün bu Zirvə Görüşünün Qəbələdə keçirilməsi həm rəmzi, həm də strateji məna daşıyır. Qəbələ Azərbaycanın tarixində qədim dövlətçilik mərkəzi olmaqla yanaşı, bu gün müstəqil Azərbaycanın diplomatik gücünün təzahürünə çevrilib. Azərbaycanın ev sahibliyi onun TDT məkanında lider ölkələrdən biri kimi nüfuzunu daha da möhkəmləndirir. Prezident İlham Əliyevin son illərdə türk birliyinin siyasi gücə çevrilməsi istiqamətində atdığı addımlar artıq nəticə verir: türk dövlətləri arasında iqtisadi əlaqələr dərinləşir, birgə müdafiə təşəbbüsləri müzakirə olunur, enerji və nəqliyyat layihələri ortaq strateji hədəfə çevrilir”, - deyə o əlavə edib.

Deputat qeyd edib ki, TDT-nin gündəliyində bu dəfə “sülh və təhlükəsizlik” mövzusunun önə çəkilməsi təsadüfi deyil: “Regionun geosiyasi sabitliyi yalnız diplomatik bəyanatlarla təmin edilmir. Bu, həm də konkret layihələr, sərhəd təhlükəsizliyi mexanizmləri, informasiya mübadiləsi və strateji koordinasiya tələb edir. Türk dövlətləri artıq başa düşürlər ki, qlobal mühitdə ayrı-ayrılıqda qalmaq nə siyasi, nə iqtisadi, nə də təhlükəsizlik baxımından səmərə verir.

Məsələ bundadır ki, bu yüksəliş hamının xoşuna gəlmir. Türk dünyasının birləşməsi bəzi regional və qlobal güclərin maraqlarına birbaşa ziddir.

Rusiya üçün türk birliyi postsovet məkanında təsir dairəsinin zəifləməsi deməkdir. Moskva üçün Orta Asiya “arxa həyət” sayılırdı. Lakin indi bu region getdikcə Ankara və Bakı ilə daha sıx əməkdaşlıq edir.

Qərb gücləri (xüsusən bəzi Avropa ölkələri) də türk birliyinin siyasi-iqtisadi cəhətdən güclənməsini ehtiyatla izləyir. Onlar hesab edir ki, bu birlik enerji bazarlarında və logistika dəhlizlərində Avropanın təsirini azalda bilər. Türk dövlətləri enerji tranzitini birgə idarə etməyə başlasa, Qərbin regiondakı oyun qaydaları dəyişəcək”.

Bu kontekstdə Qəbələ Zirvəsinin Türk dünyasının bir növ strateji “konsolidasiya sınağı” olacağını deyən müsahibimiz bildirib ki, Zirvə Görüşündə qəbul ediləcək qərarlar TDT-nin yalnız ideoloji birlik olmadığını, həm də real güc mərkəzinə çevrilmək iddiasını ortaya qoymalıdır. Əks halda, bu format yalnız rəmzi dəyərlə məhdudlaşa bilər.

Mümkün risklər də az deyil. Üzv ölkələrin xarici siyasət kursları, regional maraqları və iqtisadi imkanları arasında fərqlər qalmaqdadır. Bəzi dövlətlər hələ də böyük güclərin təzyiq balansında siyasət aparır. Bu səbəbdən TDT-nin birgə təhlükəsizlik və diplomatik qərarlarının icrası müəyyən çətinliklərlə üzləşə bilər. Bununla belə, təşkilat daxilində yaranan qarşılıqlı etimad mühiti və ortaq tarixi dəyərlər bu riskləri minimuma endirmək potensialına malikdir.

“Qəbələ görüşünün əsas əhəmiyyəti ondadır ki, Türk dünyası ilk dəfə sülh və təhlükəsizlik kimi həssas mövzunu açıq şəkildə müzakirə etməyə başlayır. Bu, TDT-nin sadəcə iqtisadi və mədəni deyil, həm də siyasi güc mərkəzi kimi formalaşmasının göstəricisidir. Türk dövlətlərinin regional sabitliyə töhfə verməsi, həm Qərb, həm də Şərq gücləri qarşısında yeni balans yarada bilər.

Azərbaycan bu Zirvədən öz liderlik missiyasını bir daha təsdiqləyərək çıxmalıdır. Qəbələ Zirvəsi ölkəmizin diplomatik nüfuzunun, siyasi etibarının və regionda formalaşdırdığı yeni reallığın təntənəsi olacaq. Bu tədbir həm də Türk dünyasının bir ideyadan real siyasi gücə çevrilməsi yolunda atılmış növbəti addımdır.

Türk birliyi artıq romantik ideya deyil – bu, XXI əsrin yeni geosiyasi arxitekturasıdır. Qəbələdə baş tutacaq Zirvə, bu arxitekturanın təməlinə çevriləcək və gələcəkdə Türk dövlətlərinin qlobal siyasətdə koordinasiyalı mövqeyinin bünövrəsini formalaşdıracaq”, – deyə E.Akimova fikrini yekunlaşdırıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:79
embedMənbə:https://azertag.az
archiveBu xəbər 06 Oktyabr 2025 15:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see222

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see201

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see186

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see181

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see171

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see170

KİV: İsveçrədə yanğın baş verən barın sahibi Fransada insan alverində təqsirli bilinib

06 Yanvar 2026 20:17see169

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see155

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see155

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see155

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see151

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see149

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see142

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see138

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see137

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see136

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see133

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see133

Ordubadda Xaraba Gilan şəhər yerinə baxış keçirildi FOTO

07 Yanvar 2026 05:03see130

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri