Icma.az
close
up
RU
Qəbələ Türk Dünyasının zirvəsi və siyasi gələcəyin ünvanıdır

Qəbələ Türk Dünyasının zirvəsi və siyasi gələcəyin ünvanıdır

Ses qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Qədim Qəbələ bu dəfə tarix səhnəsinə yenidən çıxdı. Lakin bu dəfə arxeoloji abidələri və səfalı təbiəti ilə deyil, Türk dünyasının gələcəyini müəyyənləşdirən siyasi mərkəz kimi. Burada keçirilən Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşü həm regional, həm də qlobal miqyasda mühüm tarixi hadisə kimi yadda qaldı. Azərbaycan Prezidenti cənab İlham Əliyevin dərin məzmunlu, strateji baxışlarla dolu çıxışı bu zirvənin ruhunu, məzmununu və istiqamətini müəyyənləşdirdi. Cənab Prezidentin çıxışı sadəcə bir nitq deyildi. Bu, Türk birliyinin gələcək konsepsiyasını, yeni geosiyasi xəritəsini təqdim edən manifest idi. Dövlətimizin başçısı çıxışında vurğuladı ki, “Türk Dövlətləri Təşkilatı artıq sadəcə əməkdaşlıq platforması deyil, ciddi geosiyasi mərkəzlərdən biri kimi formalaşır.” Bu fikrin arxasında həm milli qürur, həm də strateji məsuliyyət dayanır. Azərbaycan lideri qeyd etdi ki, təşkilatın beynəlxalq nüfuzu artmaqla yanaşı, onun siyasi çəkisi və təsir imkanları da güclənir. Cənab Prezident İlham Əliyev Qəbələdən dünyaya mesaj verdi: Türk birliyi XXI əsrin formalaşan beynəlxalq düzənində öz yerini tutub. “Ortaq tarixi və etnik köklərimiz, müştərək milli-mənəvi dəyərlərimiz bizi bir ailə kimi birləşdirir,” – deyən Prezident bu birliyi sarsılmaz mənəvi sütun üzərində qurulmuş siyasi mərkəz kimi dəyərləndirdi. Azərbaycanın Təşkilata göstərdiyi real dəstək də bu birliyin təcəssümüdür. Dövlətimizin Katibliyin hesabına 2 milyon ABŞ dolları məbləğində ianə köçürməsi bu istiqamətdə konkret addım, məsuliyyətin ifadəsidir. Qəbələ Zirvəsində cənab Prezident İlham Əliyev bir daha vurğuladı ki, sülh və təhlükəsizlik olmadan heç bir ölkə sabit inkişafdan danışa bilməz. “Təhlükəsizlik təmin edilmədən inkişaf mümkün deyil,” – deyən dövlət başçısı Naxçıvan Sazişinin təməl prinsiplərinə diqqət çəkərək bildirdi ki, bu sənəddə sülhün qorunması və təhlükəsizlik Təşkilatın əsas məqsədləri sırasında yer alır. Cənab Prezident çıxışında Şuşada qəbul edilmiş Qarabağ Bəyannaməsini və bu günün “Regional sülh və təhlükəsizlik” mövzusuna uyğun strateji mövqeləri xatırladaraq, Türk dövlətlərinin vahid güc mərkəzi kimi çıxış etməsinin vacibliyini də vurğuladı. Müasir dövrdə beynəlxalq hüququn prinsiplərinin pozulduğu, yeni təhlükə ocaqlarının yarandığı bir vaxtda cənab Prezident İlham Əliyevin “ölkələrimiz arasında hərbi və hərbi-texniki sahədə əməkdaşlıq çox önəmli amillərdən biridir” fikri təkcə Azərbaycan üçün deyil, bütün Türk dünyası üçün strateji çağırışdır. Cənab Prezidentin “2026-cı ildə Azərbaycanda Türk Dövlətləri Təşkilatına üzv ölkələrin birgə hərbi təlimlərinin keçirilməsi” təklifi bu istiqamətdə konkret, praktik təşəbbüsdür.

Cənab Prezident İlham Əliyev çıxışında Azərbaycanın 2020-ci il Vətən müharibəsində qazandığı tarixi Qələbəni, 2023-cü ildə həyata keçirilmiş antiterror tədbirlərinin nəticələrini və bununla da ölkəmizin tam ərazi bütövlüyünün bərpasını xüsusi vurğuladı: “Bu tarixi nailiyyət yalnız Azərbaycanın milli iradəsinin və əzmkar mübarizəsinin təntənəsi deyil, eyni zamanda bölgədə ədalətin, sülhün və sabitliyin bərqərar olunmasına mühüm töhfədir.” Cənab Prezident bildirdi ki, Vaşinqtonda Azərbaycan və Ermənistan arasında sülh sazişinin paraflanması Cənubi Qafqazda yeni bir dövrün başlanğıcı olacaq. “Atdığımız addımlar Azərbaycanın irəli sürdüyü sülh gündəliyini bir daha təsdiq etdi,” – deyən İlham Əliyev, beynəlxalq ictimaiyyətə mesaj verdi ki, Azərbaycan sülhün real təminatçısıdır. Eyni zamanda, dövlət başçısı şəhidlərin ruhuna ehtiramını da ifadə edərək vurğuladı: “Biz Ermənistan işğalını heç vaxt unutmayacağıq. Şəhidlərimizin əziz xatirəsini həmişə qəlbimizdə saxlayacağıq. Onların qanını biz döyüş meydanında aldıq, işğalçını torpaqlarımızdan qovduq və ədalətli sülhə nail olduq.” Cənab Prezident İlham Əliyev çıxışında Türk dünyasının gələcəyini təmin edən ən mühüm istiqamətlərin – nəqliyyat, enerji və iqtisadi əməkdaşlığın xüsusi əhəmiyyət daşıdığını bildirdi. “Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin fəal iştirakçısıdır. Ölkəmiz Türkiyə ilə Mərkəzi Asiya arasında körpü rolunu oynayır.” Bu reallığı sübut edən faktlar da diqqətəlayiqdir: Orta Dəhlizlə yükdaşımalar 2022-ci ildən bu yana 90 faiz artıb, tranzit müddətləri isə əhəmiyyətli dərəcədə azalıb. Ələt Beynəlxalq Ticarət Limanı, Bakı-Tbilisi-Qars dəmir yolu və 9 beynəlxalq hava limanı Azərbaycanı regionun əsas logistik mərkəzinə çevirib. Dövlət başçısı həmçinin Zəngəzur dəhlizinin açılmasını “Orta Dəhliz və Şimal-Cənub istiqamətində yeni nəqliyyat arteriyası” kimi qiymətləndirərək onun qlobal miqyaslı əhəmiyyətini vurğuladı. Enerji təhlükəsizliyi də Azərbaycan liderinin çıxışında önəmli yer tutdu. Cənab Prezident İlham Əliyev qeyd etdi: “Azərbaycan bir çox ölkələrin enerji təhlükəsizliyinin təmin edilməsində özünü etibarlı və əvəzolunmaz tərəfdaş kimi təsdiqləyib. Hazırda biz 14 ölkəyə təbii qaz ixrac edirik.” Bununla yanaşı, dövlət başçısı bərpaolunan enerji sahəsində həyata keçirilən layihələri xatırladaraq bildirdi ki, 2030-cu ilə qədər enerji istehsalının 40 faizi məhz günəş, külək və su elektrik enerjisi hesabına təmin ediləcək.
Qəbələ Zirvəsi sübut etdi ki, Türk Dövlətləri Təşkilatı artıq tarixi yaddaşın deyil, müasir dünyanın real siyasi qüvvəsinin ifadəsidir. Cənab Prezident İlham Əliyevin strateji baxışları bu təşkilatı gələcəyə aparan yol xəritəsinə çevirdi. Bu Zirvədən yüksələn mesaj isə açıqdır: Türk birliyi sarsılmazdır, onun dayağı həm qardaşlıq, həm iqtisadi güc, həm də ədalətlidir.

David İbramxəlilov,
YAP Qusar rayon təşkilatının sədri

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:133
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 08 Oktyabr 2025 10:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see714

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see242

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see203

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see200

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see189

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see188

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see171

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see166

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see160

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see156

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see151

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see144

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see143

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see141

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see141

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see140

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see139

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see138

Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibənin müasir Azərbaycan reallıqları fonunda dəyərləndirilməsi

07 Yanvar 2026 09:53see132

Ordubadda Xaraba Gilan şəhər yerinə baxış keçirildi FOTO

07 Yanvar 2026 05:03see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri