Icma.az
close
up
RU
Qəbələdə keçirilən sammitlə TDT nin qlobal xarakterli güc mərkəzinə transformasiya olunduğu təstiq olunur

Qəbələdə keçirilən sammitlə TDT nin qlobal xarakterli güc mərkəzinə transformasiya olunduğu təstiq olunur

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 9 oktyabr, AZƏRTAC

Türk Dövlətlə Təşkilatının (TDT) Qəbələdə keçirilən Sammiti bu qurumun artıq regional səviyyədən çıxaraq qlobal xarakterli güc mərkəzinə transformasiya olunduğunu deməyə əsas verir.

Bu sözləri AZƏRTAC-a müsahibəsində CGTN (China Global Television Network Turk) kanalının siyasi şərhçisi Yakub Aslan bildirib.

O nəzərə çatdırıb ki, təşkilatın birliyini konsolidasiya edən iki amil var ki bunlar da təşkilat üzvlərinin dünyaya inteqrasiyasını təmin edir.

“Birinci amil ondan ibarətdir ki, Azərbaycan Mərkəzi Asiya respublikalarını Türkiyə ilə birləşdirir. Burada Azərbaycanın beynəlxalq mahiyyətə malik olan infrastruktur layihələri ilə Orta Dəhlizin fəaliyyəti təmin edilib. Çindən və digər Cənub-Şərqi Asiya ölkələrindən Avropaya daşınan yüklər Mərkəzi Asiyaya (Tacikistan istisna olmaqla Mərkəzi Asiyanın digər dövlətləri TDT üzvləridir) oradan isə Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu ilə Azərbaycandan tranzit olaraq Türkiyəyə daşınır. İkinci amil isə ondan ibarətdir ki, Türkiyə həm Mərkəzi Asiyanın, həm də Azərbaycanın Avropaya çıxışını təmin edir. Bakı-Tbilisi-Qars dəmir yolu ilə Türkiyəyə daxil olan yüklər buradan da Avropaya daşınır. Yaxın gələcəkdə Azərbaycan Prezidentini İlham Əliyevin təşəbbüsü ilə reallaşacaq Zəngəzur dəhlizi təkcə Naxçıvan Muxtar Respublikasını deyil, eyni zamanda Türkiyəni də Azərbaycanın əsas hissəsi ilə birləşdirəcək və Orta Dəhlizin aparıcı seqmentinə çevriləcək”, - deyə Yakub Aslan vurğulayıb.

TDT-də Azərbaycan ilə Türkiyə xüsusi funksional rola malikdirlər. Hər iki dövlətin təşkilata üzv olan digər dövlətlərə geniş imkanlar yaratması, onların dünya iqtisadiyyatına inteqrasiyasını təmin etmələri səmimi dostluq əlaqələrini möhkəmlətməkdən və bununla da qurumun güclənməsinə xidmət etməsindən xəbər verir.

Mərkəzi Asiya respublikalarının enerji, ticarət, nəqliyyat-tranzit potensialı, Azərbaycan və Türkiyənin isə bu potensialın dünyaya açılmasını təmin etmələri TDT artıq regional formatdan çıxaraq qlobal formata keçdiyini göstərir.

Bundan başqa, ildən-ilə təşkilata üzv olan dövlətlər arasında ticarət dövriyyəsinin həcmi yüksəlir. Hazırda təşkilat daxili ticarət dövriyyəsinin həcmi 1 trilyon dollara çatıb.

Qəbələdə keçirilən TDT-yə üzv dövlətlərin 12-ci Zirvə görüşündə çıxış edən bütün dövlət başçıları Orta Dəhlizin genişləndirilməsinin zərurətini vurğulayıblar. 2030-cu ilə kimi dəhliz vasitəsilə yükdaşımanın həcminin 5 milyondan 11 milyon tona çatdırmaq planlaşdırılıb. Regionun iqtisadi və enerji potensialı, nəqliyyat-tranzit və ticarət imkanları, insan resursları və ən başlıcası isə TDT-yə daxil olan dövlətlərin başçılarının praqmatik siyasəti hazırda dünyada baş verən geosiyasi proseslərdə onun aparıcı rolunu təmin edir.

Zirvə görüşündə Macarıstanın Baş naziri Viktor Orban və Şimali Kipr Türk Cumhuriyyətinin prezidenti Ersin Tatarın iştirakı isə xüsusi qeyd olunmalıdır. Bu dövlət rəhbərləri təşkilatın potensialını və perspektivlərini düzgün qiymətləndirirlər. 2025-ci il aprelin 3-4 tarixlərində Özbəkistanın Səmərqənd şəhərində keçirilən Avropa İttifaqı (Aİ)-Mərkəzi Asiya sammitində tərəflər arasında yeni strateji tərəfdaşlığın başlanğıcını əsası qoyuldu. Əsas diqqət yetirilən məsələlər isə ticarət, nəqliyyat, enerji, rəqəmsal kommunikasiyalar və su ehtiyatlarının idarə olunması sahələrində əməkdaşlıqla bağlı olub. Sürətlə dəyişən beynəlxalq vəziyyət və artan qeyri-sabitlik şəraitində beynəlxalq ictimaiyyət fəal şəkildə qarşılıqlı fəaliyyət və əməkdaşlıq üçün yeni yollar axtarır. Sammitdə Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistan liderləri ilə yanaşı, Aİ Şurasının Prezidenti Antonio Koşta və Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen də iştirak ediblər. Hər iki rəsmi Mərkəzi Asiya ölkələri ilə əlaqələri gücləndirmək istəyini vurğulayıblar.

Ursula fon der Lyayen nəqliyyat, xammal, təmiz enerji və rəqəmsal bağlantılar sahələrində region ölkələri ilə əməkdaşlığı dərinləşdirmək üçün 12 milyard avroluq (13,2 milyard dollar) “Global Gateway” investisiya paketini elan edib. Avropanın Mərkəzi Asiya ilə bütün əlaqələri Azərbaycan üzərindən həyata keçiriləcək. Bu prosesi beynəlxalq aləm, o cümlədən, Macarıstan və digər Şərqi Avropa dövlətləri müşahidə edərək perspektivdə TDT iqtisadi cəhətdən qüdrətli qlobal güc mərkəzi olacağını qiymətləndirirlər.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:54
embedMənbə:https://azertag.az
archiveBu xəbər 09 Oktyabr 2025 19:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see273

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see196

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see188

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see183

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see163

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see158

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see158

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see154

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see146

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see144

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see141

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see139

“Rubio dövrü: ABŞ Dövlət katibi Tramp administrasiyasında ən nüfuzlu məmura çevrilib“ BBC

09 Yanvar 2026 22:05see134

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see134

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see133

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see133

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see130

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see129

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see126

“Ayntraxt” “Borussiya” matçında 6 qol

10 Yanvar 2026 01:42see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri