Icma.az
close
up
RU
Menu

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

Azərbaycan benzini hansı ölkələrə satır?

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

Qəbələdən Kanadanın Alberta Universitetinə...

Qəbələdən Kanadanın Alberta Universitetinə...

Icma.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.

Meridianlarda izimiz 

      Oradan isə süni intellekt layihəsi ilə “Akademik mükəmməllik” mükafatına gedən yol

... Oğuzlu Xanlar Atakişiyev ötən əsrin səksəninci illərində  Tibb İnstitutunun təyinatı ilə Qəbələnin Mirzəbəyli kəndinə göndərilmişdi. Bu sadə, səmimi,  ən başlıcası peşəsini ürəkdən sevən gənc təyinat müddəti başa çatanda Oğuza qayıtmağı planlaşdırırdı. Kənd camaatının xahişi ilə  atam Məmmədcan Qaçayevin müxtəlif ünvanlara israrlı müraciətlər etməsi  doktor Atakişiyevin  nəinki Oğuza gedən yolunun  “bağlanmasına” səbəb  olmuşdu, hətta onun dəvət olunduğu rayon xəstəxanasına getməsi də ləngidilmişdi. Yəni bu gənc həkimi kənd sakinləri çox sevirdilər. Beləliklə, indi rayon xəstəxanasında çalışan Xanlar həkim birdəfəlik Mirzəbəyli sakini olmuşdu.

Ancaq bu sətirlər həkimin özü haqqında yox, onun Mirzəbəyli kənd məktəbinə, Qəbələyə və ümumiyyətlə, ölkəmizə üz ağlığı gətirən oğlu Şahin Atakişiyev haqqındadır. Bu yaxınlarda “Oxu.az” saytında Şahin Atakişiyevin okeanın o tayında qazandığı uğurlar haqqında bir yazı gördüm. Dərhal onun qardaşı Fazilə zəng etdim. Fazilin öz qardaşı haqqında qürurla danışdıqlarını eşitdikcə, mən də qürurlandım, fəxr elədim. 

– Qardaşım orta təhsilini İlham Kərimov adına Mirzəbəyli kənd tam orta məktəbində alıb. 2010-cu ildə 645 balla o zamankı Qafqaz Universitetinin  Kompüter mühəndisliyi (ingiliscə) ixtisasına qəbul olub və 2015-ci ildə bakalavr dərəcəsi ilə məzun olub. 2019-cu ilin sentyabrında Alberta Universitetində doktorantura təhsilinə başlayıb və artıq doqquz ildir ki, Kanadadadır. O, bu il Kanadadan bizə zəng edərək  Alberta Universitetinin Kompüter Elmləri Departamentində tədqiqat layihəsinin  2024-cü ildə bütün universitet üzrə ən yaxşı doktorluq dissertasiyası mükafatına layiq görüldüyünü deyəndə nə qədər sevindiksə, bir Allah bilir. 

Şahinin doktorluq dissertasiyasının mövzusu “Sürücüsüz avtomobillər üçün izah ediləbilən süni intellekt arxitekturasının hazırlanması” adlanır. Bu mövzunu o özü seçməmiş, elmi rəhbəri məsləhət görmüşdü. Qardaşım kanadalı elmi rəhbərinin etimadını yüksək səviyyədə doğrultmuşdur. Şahin bizə danışır ki, son vaxtlar dünyanın bir sıra inkişaf etmiş ölkələrində (ABŞ, Kanada, Yaponiya, İngiltərə, Almaniya, Çin və s.) bu avtomobillərin istehsal olunmasına çox böyük maraq yaranıb. Bunun səbəbi isə avtonom və ya yarıavtonom maşınların süni intellekt vasitəsilə daha təhlükəsiz qərarlar verməsi, insan xətası səbəbindən yaranan qəzaların sayını minimuma endirmə perspektivinin olması və yollarda tıxacları əhəmiyyətli dərəcədə azaltması  potensialıdır.

Təəssüf ki, bir neçə il əvvələdək insanlar  süni intellekt əsaslı sürücüsüz avtomobillərin real zamanda qərarlar verə biləcəyinə inanmırdılar. Ona görə də  belə  avtomobillərin iştirakı ilə qəzalar baş verəndə hadisədə günahın sürücüsüz avtomobildə, yoxsa qarşı tərəfdə olduğu  həmişə mübahisə yaradırdı. Qardaşım bu problemin ciddiliyini və insanlar üçün faydasını nəzərə alaraq, beş il bu mövzu üzərində işləyərək, avtonom avtomobillər üçün izah ediləbilən süni intellekt arxitekturasının nəzəri konseptlərini, bu konseptlərin eksperimental yolla həllini yolunu tapıb. Nəhayət, 2024-cü ilin sentyabrında bu mövzu üzrə dissertasiyanı müdafiə edərək doktorluq dərəcəsi alıb. 

Daha maraqlı məqam isə odur ki, qardaşımın dissertasiyası Kanada, Yaponiya və İspaniyadan olan altı professordan ibarət dissertasiya komissiyasının yekdil qərarı ilə  2024-cü ildə bütün universitet üzrə ən yaxşı doktorluq dissertasiyası mükafatına layiq görülüb. Üstəlik, qardaşımın elektron poçtuna universitetin müvafiq departamentindən göndərilən məktubda yazılıəb ki, sizin elmi işiniz  orijinallığı və avtonom maşınların daha da şəffaf və təhlükəsiz qərarlar verməsinə dair qatqılarına görə komitə tərəfindən “Ən yaxşı doktor dissertasiyası” mükafatına layiq görülür. 

Xatırladaq ki, 40 mindən çox tələbəsi olan Alberta Universitetində bütün ixtisaslar üzrə hər il təxminən 400-450 doktorant məzun olur və bunlardan ən yüksək qatqılarına görə fərqlənən dörd-beş doktorantın dissertasiyası qeyd edilən mükafata layiq görülür. Qardaşımımn bu uğurları ilə fəxr edirik.

 Ötən ilin noyabrında isə qardaşım uğurlu tədqiqatlarına görə “Akademik mükəmməllik” mükafatına  layiq görülmüşdü.  Dəyəri 12 min dollar vəsait olan həmin mükafat magistr və doktorantura səviyyəsində tədqiqat işi zamanı yüksək nəticələr əldə edən tələbələrə verilir. 

Şahin Atakişiyev hazırda  Kanadada texnologiya şirkətində və Alberta Universitetində işləyir. Qardaşı Fazilin  dediklərinə görə bu qeyri-adi istedada malik soydaşımız  uzaq Kanada ölkəısində çoxsaylı uğurlara imza atmasına baxmayaraq, nə zamansa Azərbaycana qayıtmaq, öz bilik və bacarığını, ölkəmizə, xalqımıza və dövlətimizə xidmətdə reallaşdırmaq arzusu ilə yaşayır. 

P.S. Biz, “Xalq qəzeti” olaraq, bu istedadlı soydaşımızı təbrik edirik! Eləcə də, qəzetimizin oxucularına və “Xalq TV”nin tamaşaçılarına söz veririk ki, Lütvi Zadə davamçısı olan bu gənc alim Bakıya gələn kimi onu redaksiyamıza və studiyamıza dəvət edəcəyik. 

İttifaq MİRZƏBƏYLİ 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:188
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 09 Dekabr 2024 15:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see366

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see358

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see354

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see326

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see325

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see251

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see238

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see233

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see231

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see227

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see222

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see218

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see209

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see207

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see201

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see196

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see194

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see190

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see164

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri