Icma.az
close
up
RU
Qəbələdən Xankəndiyə ultramarafon

Qəbələdən Xankəndiyə ultramarafon

Icma.az xəbər verir, Xalq qazeti saytına əsaslanaraq.

Dünən III Beynəlxalq Xankəndi Ultramarafonu başlayıb. Marafon Qəbələ şəhərindən start götürüb.

Bu münasibətlə keçirilən mərasimdə Qəbələ Rayon İcra Hakimiyyəti başçısının müavini Ətayə Osmanova, Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri Elnur Məmmədov, Azərbaycan Atletika Federasiyasının baş katibi Məhərrəm Sultanzadə və “Zəfər” Qaçış Klubunun rəhbəri Elşən Quliyev çıxış ediblər.

Daha sonra Gənclər və İdman Nazirliyi, Azərbaycan Atletika Federasiyası və Bakı Şəhər Halqasının birgə təşkilatçılığı ilə keçirilən ultramarafon Qəbələ şəhərində yerləşən Heydər Əliyev parkı ərazisindən start götürüb. Yarışda Azərbaycanla yanaşı, daha 5 ölkədən (İran, Ukrayna, Gürcüstan, Rusiya və Litva) 97 idmançı iştirak edib. İştirakçılar 192 kilometr məsafəni qət edərək Xankəndidə finişə çatacaqlar.

Ultramarafon dörd mərhələdən ibarətdir: Qəbələ-Ağdaş (52.5 km), Ağdaş-Bərdə (63.5 km), Bərdə-Ağdam (46.8 km) və Ağdam-Xankəndi (29.2 km). Hər mərhələnin qalibləri ayrıca təltif edilir, ultramarafonun ümumi qalibləri isə baş mükafata layiq görüləcəklər. Ötən gün isə artıq ilk mərhələyə yekun vurulub. Ultramarafon iştirakçıları Qəbələdən Ağdaşadək 52.5 kilometr məsafə qət ediblər. İlk mərhələnin qalibi gürcüstanlı David Xarazişvili olub. İkinci yeri litvalı Andrey Yeqorov, üçüncü yeri isə gürcüstanlı İrakli Canaşia tutub.

Bu gün idmançılar Ağdaşdan Bərdəyədək 63.5 km olan məsafəni qət etməyə çalışacaqlar.

Qeyd edək ki, Xankəndi ultramarafonu ilk dəfə 2024-cü ildə Xankəndi–Bakı marşrutu üzrə təşkil olunub. 380 kilometrlik məsafəni əhatə edən yarışda dörd ölkədən 64 atlet iştirak edib. 2025-ci ildə isə ultramarafon Qəbələ–Xankəndi marşrutu üzrə keçirilib və yarışa altı ölkədən 81 atlet qatılıb.

2026-cı ildə üçüncü dəfə təşkil olunan Xankəndi ultramarafonu yenidən Qəbələ–Xankəndi marşrutu üzrə keçirilir.

Tacir SADIQOV,
Cavid QAÇAYEV (foto)
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:167
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 09 Oktyabr 2026 01:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see408

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see291

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see283

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see278

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see273

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see272

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see269

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see267

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see265

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see264

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see249

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see245

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see241

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see241

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see241

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see241

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see240

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see239

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see238

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see237
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri