Icma.az
close
up
RU
“Qəbələ”nin idman direktoru: “Cərimələr ağırdır”

“Qəbələ”nin idman direktoru: “Cərimələr ağırdır”

Icma.az bildirir, Idman.biz saytına əsaslanaraq.

"AFFA İntizam Komitəsinin "Qəbələ"yə tətbiq etdiyi cərimələr birmənalı olaraq ağırdır".

Bu barədə Qəbələ təmsilçisinin idman direktoru Səbuhi Səfiyarlı açıqlama verib.

O, Misli Premyer Liqasının XXXI turunda baş tutan "Qarabağ"la oyundan sonra komandanın futbolçusu Asif Məmmədovun dörd oyunluq cəzalandırılmasına münasibət bildirib:

"Apellyasiya şikayəti ilə bağlı hələ qərar verməmişik, məsələni araşdıracağıq. Lakin cərimələr birmənalı olaraq həddən artıq ağırdır. İntizam kodeksində yüngül təhqirlə ağır söyüşün cəzası eynidir. Asif illərdir futboldadır və heç kim onun kimisə ağır söyüşlə təhqir etdiyini eşitməyib. Hakimlərin idarəçiliyi zamanı qərəzli qərarlar olur. İnqilab Məmmədov daha əvvəl, "İmişli" ilə oyunda da 2 xalımızı əlimizdən almışdı. AFFA Hakimlər Komitəsi də səhvi təsdiqləmişdi. Belə vacib oyuna yenidən onun təyin edilməsi və bu cür qərar verməsi maraqlıdır. Asif oyundan sonra hakimlə görüşüb üzrxahlıq da edib. Orada ağır söyüş olsaydı, atmosfer daha gərgin olardı. 10 min manat cərimə bizim klub üçün çox böyük və ağır qərardır", - deyə o report.az-a açıqlamasında qeyd edib.

Klub rəsmisi azarkeşlərin meydana daxil olmasına görə kəsilən cəriməyə də toxunub:

"Meydana cəmi bir azarkeş daxil olub, qalanları isə topdaşıyan uşaqlardır. Dünya futbolunda da belə hallar olur. Lakin bir nəfərin qaçması ilə kütlənin meydana axışmasının cəzası eyni olmamalıdır. Bizim cəza sistemi yenidən nəzərdən keçirilməlidir. Sanki nə qədər çox cəza versələr, o qədər yaxşıdır deyə düşünürlər. İmkan düşən kimi dərhal ən ağır cəzalardan istifadə edirlər. Emosiyaların yüksək olması təbiidir, lakin cərimənin bu dərəcədə ağır olmasını düzgün hesab etmirəm".

Qeyd edək ki, matçın 86-cı dəqiqəsində meydan sahiblərinin futbolçusu Asif Məmmədov hakimi təhqir etdiyi üçün birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırılıb və 4 oyunluq cəzalandırılıb. Klub isə 10 min manat cərimələnib.

Qarşılaşma bitdikdən sonra meydana kənar şəxslərin daxil olması və əşya atılması isə klubu əlavə 4 500 manat ziyana salıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:224
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 16 May 2026 16:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see326

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see317

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see307

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see293

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see291

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see259

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see249

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see247

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see229

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see227

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see226

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see224

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see213

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see210

Məkkə məscidində cinsi əlaqədə oldular edam edildilər

19 Oktyabr 2026 19:59see209

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see194

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see184

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see167

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see167

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri