Icma.az
close
up
RU
“Qəbələ”nin idman direktoru: “Klubumuza qarşı fərqli yanaşma var”

“Qəbələ”nin idman direktoru: “Klubumuza qarşı fərqli yanaşma var”

Idman.biz saytına istinadən Icma.az xəbər verir.

“AFFA-nın bu məsələdə ikili standart tətbiq etdiyini düşünürəm. Çünki “Qəbələ” də ötən mövsüm I Liqada çıxış edirdi. İcraiyyə Komitəsinin martın 14-ü verilən qərarında 3 il söhbəti yox idi. Qeyd edilmişdi ki, Premyer Liqada çıxış edən klublara möhlət verilməsi məsələsinə baxılsın. Orada yazılmamışdı ki, “3 il elitada oynamamış”. Bu 3 il məsələsini sonradan özləri əlavə etdilər ki, “Qəbələ”yə şamil edilməsin. Bu da çox açıqdır. Klubumuza qarşı fərqli yanaşma var”.

İdman.biz xəbər verir ki, bu fikirləri Futbolinfo.az-a açıqlamasında “Qəbələ”nin idman direktoru Səbuhi Səfiyarlı səsləndirib.

AFFA-nın I Liqadan gələn digər komandalar – “Karvan-Yevlax” və “İmişli” barədə güzəşt qərarını yalnız mətbuatdan öyrəndiklərini bildirən funksioner, heç bir rəsmi məlumatın onlara təqdim olunmadığını vurğulayıb: “Qərarı mətbuatdan oxuduq, çünki bizə rəsmi olaraq heç bir məlumat verilmədi. Eyni istəklə müraciətimizin qəbul olunmamasını nə izah edən oldu, nə də bizdən nəsə soruşuldu. Bu, federasiyanın qərarıdır. Məcbur olsaq da, tələbləri yerinə yetirəcəyik. Amma çətinliklər olacaq. U-15, U-17 və əvəzedici heyətimiz Bakıda məşq edəcək. Orada isə həm oyun, həm məşq üçün yer tapmaq olduqca çətindir. Bu barədə məktubda da yazmışdıq ki, daha perspektivli olan 19 yaşlılara fokuslana bilək deyə, əvəzedici heyəti ləğv etməyə icazə verilsin. Bu halda onlara daha yaxşı şərait yarada bilərdik. İndi isə əksinə, digər yaş qruplarına və akademiyaya ayrılan vəsaitin böyük hissəsini əvəzedici heyətə xərcləməli olacağıq”.

Səfyarlı klubun yaşadığı çətinliklərə də toxunub: “Bildiyiniz kimi, akademiyada yataqxana sistemini ləğv etmişik və müəyyən məhdudiyyətlər tətbiq olunub. Yaş qruplarımızın bəzilərində əsasən kənardan gələn futbolçular çıxış edir deyə, bu, böyük çətinlik yaradır. AFFA-ya müraciət edərək bildirmişdik ki, komandalarımızdan biri üzrə bizə güzəşt edilsin. Amma mümkün olmadı. İndi məcbur qalıb 15 və 17 yaş qruplarını Bakıdan yarışlara buraxacağıq. Çünki Qəbələdə nə yataqxana təmin edə bilirik, nə də yerli futbolçularla kifayət qədər heyət formalaşır. Əvəzedici komandada isə cəmi 2-3 futbolçumuz var. Keçən mövsüm əsasən gənclərlə oynamışdıq, indi həmin futbolçular artıq 19 yaşlıların çempionatında çıxış edəcək. Federasiyaya məktubla bunları bildirmişdik, xahiş etmişdik ki, bizi də nəzərə alsınlar. Ötən mövsüm I Liqada çıxış edəndə əvəzedici heyət tələbi yox idi, bizdə də yox idi. İndi isə sıfırdan komanda qurmalıyıq. Digər klublara 1 il möhlət verilibsə, bizə də bu imkanı tanıya bilərdilər”.

Maliyyə məsələsinə gəldikdə isə, Səfiyarlı mövcud qərarların klublar arasında balansı pozduğunu düşünür: “Hər yaş qrupunun saxlanması üçün azı 80-100 min manat tələb olunur. Əgər klubları bu öhdəlikdən azad etsələr, bu, 300-400 min manat qənaət deməkdir. Əvəzedici heyətin olması isə xərci daha da artırır. Bu qərar bizə rəqabətdə çətinlik yaradır, digər klublara isə üstünlük verir. Biz də maliyyə problemi yaşayırıq. Ona görə akademiyada yataqxana sistemini ləğv etmişik. İnfrastrukturumuz yaxşı olsa da, digər klublara göstərilən dəstək bizə göstərilmədi. Heç bir sahədə güzəşt olunmadı. Bu qərar maliyyə baxımından rəqabət mühitini pozur”.

İdman.biz

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:87
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 01 Avqust 2025 10:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see317

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see299

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see296

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see291

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see278

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see277

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see256

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see253

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see250

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see243

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see242

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see235

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see229

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see218

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see214

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see210

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see201

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see192

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri