Icma.az
close
up
RU
“Qəbələ”nin kapitanı: “Baş məşqçi tapılsa, təyinat ola bilər”

“Qəbələ”nin kapitanı: “Baş məşqçi tapılsa, təyinat ola bilər”

Idman.biz portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Qəbələ”nin kapitanı, Kaxaber Tsxadadzenin gedişindən sonra komandanı Misli Premyer liqasının dördüncü turunun “İmişli” ilə oyununa hazırlaşdıran Asif Məmmədov sportal.az saytına müsahibə verib.

Həmin müsahibəni təqdim edirik.

- “İmişli” ilə matçda qalib gəldiniz. Bu görüş haqda fikrin necədir?

- Oyun bizim üçün çox yaxşı başladı. Bu oyuna çox ciddi hazırlaşmışdıq. Bilirdik ki, bu matçda uduzsaq, yaxşı olmayacaq. Çünki ardıcıl qələbəsizlik olanda, qol vurmayanda istər-istəməz ruh düşkünlüyü yaşayırsan. Oyuna aqressiv və istəkli başlamağımızın nəticəsində qələbə qazandıq. Oyundan əvvəl futbolçulara tapşırmışdıq ki, nə qədər aqressiv olsaq, nə qədər döyüşsək... Taktika və texniki öz yerində, amma döyüşmək də lazımdır. Digər matçlara baxanda, bu görüşdə daha çox döyüşdük. Düzdür, futbol da oynadıq, imkanlarımız çox oldu. Nə qədər futbol oynasan da, mübarizə aparmasan, qələbə qazanmaq çətin olur.

- Sizcə, əvvəlki matçlarda nəyə görə qol vura bilmirdiniz?

- Nə deyim, vallah? Əvvəlki oyunlarla bağlı heç nə deməyəcəyəm. Çünki əvvəlki matçlar qaldı arxada. Baş məşqçimiz də dəyişdi. Əvvəlki matçlar haqda nəsə desəm, doğru olmazdı. Bundan sonrasına baxaq. Çox çalışmışdıq. Şükür Allaha, iki qol vurduq və qalib gəldik.

- Famil Xəlilov yığma komandaya getdikdən sonra əvəzedici heyəti oyunlara siz çalışdırırdınız. Bu dəfə əsas komandanı oyuna hazırladınız...

- Mən hazırlamadım. Hamı bilir, gizlədiləsi bir şey yoxdur, futbolçu kimi qeydiyyatda olsam da, məşqçilər korpusunda yer alırdım. Bəzən elə olur ki, futbolçu çatmayanda, məşq də edirəm. Əvəzedici heyəti götürməyə gəldikdə, təklif oldu, müsbət qarşıladım. Çünki A lisenziyası başlayır, hər şey ora hazırlıqdır, həm də məşqçiliyə də haradansa başlamaq lazımdır. Orada da işlərimiz yavaş-yavaş yaxşı gedir. Əvəzedici heyətdə məqsədimiz çempionluq deyil. Bizim orada məqsədimiz ən azı bu mövsüm 1-2 futbolçunu əsas komandaya yüksəltməkdir.

- Növbəti turda ağır Gəncə səfərinə gedirsiniz, “Kəpəz”lə qarşılaşacaqsınız. Bu oyun barədə nə deyərdiniz?

- İstirahətimiz olacaq. Ondan sonra “Kəpəz” matçı haqda düşünəcəyik. Gəncə səfəri həmişə ağır olub. İndi isə xüsusilə ağır olacaq. 8-9 min azarkeş gəlir yeni stadionlarına, ona görə ikiqat ağır olacaq. Çox ciddi hazırlaşırıq. Çünki istəyirik ki, daha da yuxarı pillələrə yüksələk. Əlimizdən gələni edəcəyik ki, bu matçda da hər şey yaxşı olsun.

- Belə çıxır ki, növbəti oyuna qədər yeni baş məşqçi təyinatı olmayacaq...

- Bu barədə nəsə deyə bilmərəm. Ola da bilər. Buna rəhbərlik qərar verir. Əgər baş məşqçi tapılsa, ola da bilər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:100
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 06 Sentyabr 2026 15:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see547

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see494

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see376

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see307

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see266

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see251

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see245

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see237

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see219

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see212

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see208

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see202

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see200

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see196

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see191

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see190

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see189

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see183

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see181

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri