Icma.az
close
up
RU
Qəbizlikdə xalq təbabəti üsullarından istifadə

Qəbizlikdə xalq təbabəti üsullarından istifadə

Saglamolun saytından alınan məlumata görə, Icma.az bildirir.

Qəbizlik ən yayılmış pozulmalardan biridir. Demək olar, hər bir insan bu pozulma ilə üzləşə bilər.

Müasir insanların əksər hissəsi azhərəkətli həyat sürür, düzgün qidalanmır, tez-tez stress vəziyyətlərinə düşür və s. Bütün bunlar isə qəbizliyə gətirib çıxardır.

Sağlam insanda qəbizliyin səbəbi bir çox hallarda bayramlarda, toy və s. məclislərdə bir biri ilə uyğun olmayan, çoxçeşidli qidaların artıq miqdarlarda qəbul edilməsi olur. Mədə belə gərginliklə "bacara" bilmir, həzm prosesləri kəskin pozulur, nəticədə isə qəbizlik inkişaf edir. Bəzi dərmanların qəbulu da qəbizliyə səbəb ola bilər.

Bu problemin həlli məqsədi ilə bu kimi xalq təbabəti üsullarından istifadə edə bilərsiniz:

- Sənna otu dəmləməsi ən yaxşı və tez kömək edən vasitələrdən biri sayılır. 1 çay qaşığı ot 1 stəkan qaynar suda 1-2 saat ərzində dəmlənilir, süzülür və yatmazdan əvvəl 1/2 stəkan miqdarda içilir.

- Murdarça kolu qabığı da çox yaxşı vasitədir. 1 xörək qaşığı qabıqların üzərinə 1 stəkan qaynar su əlavə edin, süzün və gündə 2 dəfə 1/2 stəkan olmaqla qəbul edin.

- Gənəgərçək yağı də çox yaxşı effekt verir. 1-2 çay qaşığı gənəgərçə yağı axşam yatmazdan əvvəl qəbul edin.

- 4-5 dənə qara qavalı qurusu axşamdan az miqdarda suda isladın. Səhər qavalı yeyin və suyu için.

- 1 xörək qaşığı ağ qarağat (motmotu) giləmeyvələrin üzərinə 1 stəkan qaynar su əlavə edin və 10 dəqiqə ərzində vam odda qaynadın. Sonra süzün, 1 çay qaşığı bal əlavə edin və xırda qurtumlarla için.

- 2 xörək qaşığı buğda kəpəyi axşamdan suda isladın, yaxşı qarışdırın və səhər acqarına yeyin.

- 2 qaşıq kətan toxumu üzərinə 1 stəkan qaynar su əlavə edin, 1 saat ərzində dəmləyin və axşam yatmazdan əvvəl için.

- Sadə massaj qəbizliklə mübarizədə çox yaxşı kömək edir. Bel üstə uzanın, ayaqlarınızı dizlərdə qatlayın. Əvvəl yüngül hərəkətlərlə qarnınızı sığallayın ki, dəri bir qədər isinsin. Daha sonra qarnınızı müxtəlif istiqamətlərdə yaxşı-yaxşı "əzin" (ağrı olmamalıdır). Bu bağırsaqları hərəkət etdirir. Ən axırda qarnınızı saat əqrəbi istiqamətində massaj edin.

- Sübh tezdən acqarına 1 stəkan ilıq təmiz su için. Bu bağırsaqların yaxşı işləməsinə kömək edir.

Bütün bu vasitələr yalnız o halda təsir edə bilər ki, qəbizlik insanda nadir hallarda olur.  Xroniki qəbizlik zamanı isə bu vasitələr adətən kömək etmir.

Xroniki qəbizlik xəstəlikdir və bütün digər xəstəliklər kimi mütləq və vaxtında müalicə olunmalıdır. Əks halda xroniki qəbizlik müxtəlif və çox ağır xəstəliklərin inkişafına təkan verə bilər. Bu xəstəliklərin arasında - babasil, düz bağırsağın xərçəngi və s.

Saglamolun.Az


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:218
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 16 Noyabr 2024 17:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see298

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see296

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see286

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see255

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see251

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see243

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see238

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see233

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see231

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see220

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see211

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see209

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see208

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see205

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see203

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see203

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see194

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see193

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see188

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri