Icma.az
close
up
RU
Qədim dənizçilər ac qalsalar da, okeandan balıq tutub yemirdilər Səbəb nə idi?

Qədim dənizçilər ac qalsalar da, okeandan balıq tutub yemirdilər Səbəb nə idi?

Icma.az xəbər verir, Qaynarinfo saytına əsaslanaraq.

Böyük coğrafi kəşflər dövrünə dair kitablarda tez-tez qeyd olunur ki, Fernan Maqellanın ilk dünya səyahətində iştirak edən dənizçilər açıq okeanda bəzən aclıq çəkir, hətta ayaqqabılarını yeməyə məcbur qalırdılar. İlk baxışdan problemin ən məntiqli həlli okeandan balıq tutub yemək kimi görünsə də, bunun qarşısını alan ciddi səbəblər var idi.

Qaynarinfo xəbər verir ki, "Liked.hu" portalında dərc olunan və "Ma tudtam meg"ə istinad edən materiala görə, yelkənli gəmilərin heyətləri əvvəllər təzə tutulmuş okean balıqlarını yeməkdən çəkinirdilər.

Bunun əsas səbəblərindən biri ispan və portuqaliyalı dənizçilərin əvvəllər avropalıların üzmədiyi tamamilə naməlum sularda səyahət etməsi idi. Müasir biologiya okeanlarda 40 mindən çox balıq növünü fərqləndirsə də, həmin dövrün dənizçiləri hansı növlərin təhlükəli, hansılarının isə təhlükəsiz olduğunu bilmirdilər.

Bu gün də dənizçilər üçün ən ciddi təhlükələrdən biri tropik balıqlarda rast gəlinən siquatoksin adlı zəhərin törətdiyi siquatera xəstəliyidir. Ağır və bəzən ölümcül nəticələrə səbəb olan bu xəstəliyin hansı balıq növləri ilə əlaqəli olduğu hazırda məlumdur. Lakin yüzilliklər əvvəl heç bir gəmi kapitanı ekipajının həyatını riskə atmaq istəmədiyindən, okean balıqlarının yeyilməsi qadağan edilirdi.

Mənbənin məlumatına görə, bəzi ispan dənizçiləri tutduqları balığın üzərinə gümüş xaç qoyaraq onun guya yeməli hala gəldiyinə inanırdılar. Balığın təhlükəsizliyini yoxlamaq üçün isə bəzən onun kiçik hissələrini qağayılara atır və ya milçəklərin üstünə qonmasını gözləyirdilər. Ancaq açıq okeanda nə qağayı, nə də milçək tapmaq mümkün olurdu.

Bundan əlavə, qədim dənizçilər çoxlu balıq yeməyin sağlamlığa mənfi təsir göstərə biləcəyini də müşahidə etmişdilər. Alimlər sonradan bunun bəzi mikroelementlərin, o cümlədən fosforun, eləcə də A vitamininin həddindən artıq qəbulundan qaynaqlandığını müəyyən ediblər.

Digər problem isə balığın hazırlanması idi. Gəmidə nə odun, nə də soba olduğundan balığı qızartmaq mümkün deyildi. Onun təmizlənməsi və bişirilməsi isə gəmidə ən qiymətli ehtiyatlardan sayılan şirin suyun xeyli hissəsini tələb edirdi.

"Ma tudtam meg" əlavə edir ki, hətta tamamilə yeməli olsa belə, ekzotik və orqanizm üçün alışılmamış balıqların qəbulu mədə-bağırsaq pozğunluqlarına səbəb ola bilərdi. Belə bir vəziyyət isə uzun səfərdə heç bir kapitanın arzulamadığı problem idi.

Dənizçilər arasında müxtəlif xurafatlar da mövcud idi. Məsələn, bir çoxu akulaları dənizin leşyeyənləri hesab etdiyi üçün onları yemirdi. Delfinlər isə dənizin uğur rəmzi sayıldığından onların ovlanması və yeyilməsi qadağan olunmuşdu.

Saqrasso dənizindən niyə çəkinirdilər?

Tarixi mənbələrə görə, qədim dənizçilər Atlantik okeanındakı Saqrasso dənizinə daxil olmaqdan da ehtiyat edirdilər. Yüzilliklər boyu bu ərazi sirli sular kimi tanınıb və bəziləri onu hətta "gəmilərin qəbiristanlığı" adlandırıb.

Bunun əsas səbəblərindən biri Saqrasso dənizinin daxilində yerləşən məşhur Bermud üçbucağı ilə bağlı yaranmış əfsanələr idi. İtkin düşən gəmilər və insanlar, duman üzərində görünən müəmmalı siluetlər, qəribə səslər və işıq parıltıları haqqında rəvayətlər bu bölgənin uzun illər qorxu mənbəyinə çevrilməsinə səbəb olmuşdu.

Aydın

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:159
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 28 İyun 2026 19:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see621

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see497

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see475

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see324

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see313

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see305

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see304

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see300

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see293

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see287

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see263

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see261

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see257

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see254

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see254

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see253

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see249

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see248

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see246

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see222
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri