Qədim Misir məzarlarından dəyərli artefaktlar dekor əşya adı ilə oğurlanırmış
Qaynarinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.
ABŞ-da qədim Misir məzarlarından oğurlanmış artefaktların ölkəyə "bağ dekoru” kimi gətirildiyi qaçaqmalçılıq sxemi ifşa olunub.
Qaynarinfo xəbər verir ki, bu barədə "Bild" yazıb.
Saxlanılan əşyaların hamısının yaşı 4000 ildən çoxdur. Onlardan biri – təxminən 6 milyon dollar dəyərində əhəngdaşından hazırlanmış dəfn heykəlidir. Bildirilir ki, bu artefakt Qədim Misirin məşhur arxeoloji abidələri – Sakara və ya Giza nekropollarından oğurlanmış ola bilər.
Məhkəmə yaxınlarda 14 qədim Misir əsərinin müsadirə edilməsi barədə qərar çıxarıb. Onların arasında amuletlər, daş fiqurlar və vazalar da var. Ekspertlərin qiymətləndirməsinə görə, bu tapıntılar Qədim Misir Krallığı dövrünə, yəni eramızdan əvvəl 2700–2200-cü illərə aiddir.
Qaçaqmalçılar gömrüyü aldatmaq üçün bu artefaktları "ev aksessuarları”, "bağ daş heykəlləri” və ya sadəcə "dekor” kimi bəyan ediblər. Sənədlərdə onların nə həqiqi mənşəyi, nə də dəyəri göstərilib. Əsl mənşə və tarixi əhəmiyyət ekspertlərin araşdırmaları nəticəsində müəyyən edilib.
ABŞ-ın xüsusi agenti Evan Kampanella bildirib: "Bu əşyalar təkcə keçmişin yadigarları deyil. Onlar insan sivilizasiyasının tarixini danışan bəşəri irsin bir hissəsidir".
Aydın
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:68
Bu xəbər 05 Oktyabr 2025 18:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















