Icma.az
close
up
RU
Qədim Qala kəndində şirin ənənə

Qədim Qala kəndində şirin ənənə

Xalq qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Əncir dadında unudulmaz bir gün

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin təşkilatçılığı, “EkoSfera” Ekoloji Sosial Mərkəz İctimai Birliyinin tərəfdaşlığı ilə “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunda əncir festivalı keçirilib. İkinci ildir ki, Qala Qoruğunda keçirilən tədbirə ziyarətçilər böyük maraq göstərir və festival daha çox insanı cəlb edirdi.

Tədbirin başlanmasına saatlar qalsa da festivala iştirakçı axını müşahidə olunurdu. Kimisi şirin əncirini satmağa, kimisi də festivalı maraqla izləməyə tələsirdi. Kiçikdən tutmuş böyüyə kimi insanların üzlərində təbəssüm açıq-aydın sezilirdi. 

İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyəti sədrinin köməkçisi Turan Həsənova bildirdi ki,  festivalda qoruğun sakinləri də fəal iştirak edir: "Onlar öz əlləri ilə hazırladıqları mürəbbələri, şirniyyatları və bağlarından topladıqları əncirləri qonaqlara təqdim edirlər. Eyni zamanda, burada “EkoSfera” Ekoloji Sosial Mərkəzi İctimai Birliyinin dəstəyi ilə əncirdən hazırlanan müxtəlif məhsullar üzrə ustad dərsləri keçirilir, əncirlə qəhvə dənələri vasitəsilə fal baxılması kimi maraqlı fəaliyyətlər təşkil olunur".

Tarixi Qala mühitində baş tutan tədbirdə əncir sadəcə Abşeronun ləzzətli rəmzi kimi deyil, həm də bölgənin mədəniyyətini, sənətkarlığını və həyat tərzini özündə birləşdirən zəngin mədəni dəyər kimi təqdim edilirdi. Qonaqlar festival ərazisində xüsusi olaraq bəzədilmiş “Əncirli fayton” un və “Əncirin sehrli divarı” nın qarşısında, eləcə də saman konseptli rəngarəng fotozonalarda yaddaqalan şəkillər çəkdirirdilər.

Festival boyunca həm böyüklər, həm də uşaqlar üçün coşqulu və zəngin proqram təqdim olunub. Balaca ziyarətçilər “Tıq-tıq xanımın macəraları” kukla tamaşasını izləyib, “Öz əncirini boya” ustad dərsində yaradıcılıq bacarıqlarını göstərirdilər. Sənətkarlar meydanında və Sənətkarlar küçəsində xalçaçılıq sənəti nümayiş etdirilib, Dulusçu həyətində isə amuletlərin hazırlanması üzrə ustad dərsi keçirilib. “Abşeronun sarı xəzinəsi” adlı rəsm sərgisi və geyim defilesi rəngarəng görüntülər yaradıb. “Əncir və qəhvə dənələri” adlı qədim falçılıq guşəsi isə tədbirə xüsusi maraq qatırdı.

Nəvəsi ilə Buzovna qəsəbəsindən gələn Şakir Mehralıyev söhbət zamanı qeyd etdi ki, ötən il də festivalda iştirak etmişəm. Allahın bizə verdiyi nemətlərdən biridir. Bakının kəndlərində istənilən bağları bəzəyir. Qış mövsümünün əsl qidasıdır. Həyətimdən 50 kiloqramdan  çox incilin həm mürəbbəsini hazırlamışıq, həm də qurutmuşuq. Ürəyin əsl dərmanıdır. 

Festivalın qastronomiya zonasında yerləşən “Əncir laboratoriyası” nda müxtəlif əncir dadlarının dequstasiyası keçirilib. Ziyarətçilər “Qalanın əncir dadları ocağı”, “Ləzzət guşəsi” və “Çay və əncir məclisi” ndə təqdim olunan ləzzətləri dadıb, “Qala sakinlərinin əncir süfrəsi” nə və “Ənənəvi əncir bərəkəti süfrəsi” nə qonaq olublar. Məhsul bazarında yerli təbii nemətlər təqdim edilib, günün şən ab-havasını isə musiqi triosunun ifası və DJ-in ritmləri tamamlayıb.

Abşeronun təbii və mədəni irsinin tanıdılması, bölgənin qədim əncirçilik ənənələrinin yaşadılması baxımından böyük əhəmiyyət kəsb edən Əncir Festivalı Qalada unudulmaz bayram ab-havası yaradaraq yekunlaşıb.

Mütəxəssislərin fikrincə, əncir meyvələrindən qan azlığı, mədə-bağırsaq xəstəlikləri, isitmə və s. xəstəliklərin müalicəsində istifadə edilir. Əncir meyvələrindən şirə, doşab, kompot, cem, povidlo, mürəbbə, şərab və s. hazırlanır. Qurudulmuş meyvələri uzun müddət saxlanmaya davamlıdır.

Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının məlumatlarına əsasən dünyada hər il 1.064.414 ton əncir istehsal olunur ki, bununda 27 faizi Türkiyənin payına düşür. Türkiyədən sonra Misir, Əlcəzair, İran, Suriya, ABŞ və İspaniya daha çox əncir istehsal edən ölkələr sırasındadır.

Azərbaycanda iqtisadi rayonlar sırasında Aran iqtisadi zonası əncir istehsalının 39 faizini təşkil edir. 

Qeyd edək ki, əncirin sortları çoxdur. Dünyada Abikou, Albakor, Barbillone, Blək Madeyra, Kalimera, Hunt, King və s. sortları daha geniş yayılmışdır. Bunlardan ölkəmizdə rayonlaşdırılmış yerli və gəlmə sortlardan Buzov burnu, Gəncə sarı ənciri, Abşeron sarı əncir, Azəri, Xəzəri, Kadota, Kalimirnadır.

Mütəxəssislərin fikrincə Əncir istiyə tələbkar bitki olmaqla mənfi-18 °C temperatura davam gətirir.  Əncir ağacı digər bütün bitkilərdən daha çox yabanı həyatı bəsləyir. Əncirin ilboyu meyvə verməsi, əcdadlarımızın sağ qalması baxımından da, böyük önəm kəsb edir.

Enerji ilə dolu bu meyvə, insanın beyninin böyüməsinə fayda verə bilər. Belə ki, bəziləri insan əlinin, əncirin yetişmişini tapıb yığa biləcək formada təkamül etdiyinə inanırlar. Əncir ağacı min illər öncə insanın ilk əkib yetişdirdiyi bitiklərdəndir.

Müşfiq MİRZƏ

XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:93
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 31 Avqust 2026 16:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vüqar Biləcəri kimdir? Sonuncu zəngində onun adını çəkərək ağlayıb

29 Avqust 2026 23:34see382

Türkiyənin səhiyyə naziri: Cem Yılmazın vəziyyəti yaxşıdır, müalicəsi davam edir YENİLƏNİB

29 Avqust 2026 23:13see315

Məşhur reper Bakıya gəlir

30 Avqust 2026 01:52see299

Mərkəzi Bankın yüksəkvəzifəli şəxsi işdən çıxdı FOTO

30 Avqust 2026 01:13see278

Azərbaycan əsilli türk məşhurlar Siyahıda görün kimlər var (Fotolar)

30 Avqust 2026 06:06see275

İrana görə Misir Bankının filiallarında araşdırma başladı

30 Avqust 2026 10:46see270

Cem Yılmaz ürək probleminə görə xəstəxanalıq oldu

30 Avqust 2026 05:04see268

Qızıl bazarında qiymətlər yenidən kəskin dəyişdi (Video)

29 Avqust 2026 23:15see235

Hava kəskin DƏYİŞƏCƏK: Güclü yağış, sel, külək XƏBƏRDARLIQ

30 Avqust 2026 10:31see219

İkra yeməsəm, bu qədər gözəl ola bilərəm? (Video)

30 Avqust 2026 14:09see210

Niderland vətəndaşı ilə bağlı Dövlət Sərhəd Xidmətindən AÇIQLAMA

30 Avqust 2026 08:30see203

Zaur özü də bilmədən Elməddinin sirrini açdı

31 Avqust 2026 02:15see200

Boşanıb, ayrıla bilməyən məşhurlar

30 Avqust 2026 05:05see196

İranın əsas ticarət qapısında durğunluq yaşanır GÖRÜNTÜ

29 Avqust 2026 23:28see193

Tbilisidə Azərbaycan və gürcü rəqslərini birləşdirən yeni dərnək açılıb

30 Avqust 2026 02:08see192

Bu qidaları dərmanlarla birlikdə qəbul etməyin

31 Avqust 2026 04:04see186

Dağıstanda təxminən 33 min abonent işıqsız qalıb

30 Avqust 2026 14:34see186

“Meydanda pul rol oynamır” Fərid Namazov

29 Avqust 2026 23:19see184

Trampın nitqi üzərindən fırıldaq edən işçi ifşa edildi

30 Avqust 2026 01:28see171

Rusiyada miqrantlara qarşı əməliyyat Yeni texnologiya tətbiq olundu

29 Avqust 2026 23:28see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri