Icma.az
close
up
RU
Qazaxda qədim ənənə davam etdirilir: möhtəşəm 20 illik... FOTOLAR

Qazaxda qədim ənənə davam etdirilir: möhtəşəm 20 illik... FOTOLAR

Bakivaxti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

28 May 2026-cı il tarixdə Qazax rayon Daş Salahlı kənd Şəhid Şahin Cəbiyev adına 2 saylı tam orta məktəbin 2006-cı il məzunlarının 20 illik tədbiri baş tutub.

Bakıvaxtı.az xəbər verir ki, şəhid Fidat Məmmədovun oğlu Ülvi Məmmədov da 2006-cı il buraxılışının məzunudur.

Bu mənada Daş Salahlı kəndinin mərkəzində F. Məmmədovun xatirəsinə ucaldılmış abidənin ziyarəti ilə start götürən tədbir kənd qəbiristanlığında 2006-cı il buraxılışının mərhum məzunları Vəhdi İsayev və Nicat Eyyubovun, eləcə də mərhum müəllimlər Qumru İsmiyeva, Süleyman İsayev və başqalarının qəbirlərinin ziyarəti ilə yekunlaşıb.

Bundan sonra, məzunları mərhum sinif yoldaşları- V.İsayev və N.Eyyubovun xatirəsinə toxutduqları görkəmli xalçaları onların ailələrinə təqdim ediblər.

Ardınca, məzunlar Şahin Cəbiyev adına 2 saylı tam orta məktəbi ziyarət ediblər.  

Məktəbin direktoru Rəna Hacıyevanın məzunları isti, həlim qarşılaması, onlara könül xoşluğu ilə qucaq açması məzunlara daha kövrək anlar yaşadıb.

Məzunlar öz siniflərində əyləşib, müəllimlərinin müşayiəti ilə dərslərdə iştirak ediblər, xoş xatirələr ərz edilib.  

V. Süleymanov və N. Eyyubov xatirəsinə kənd və rayon ictimaiyyətinin istirahəti üçün nəzərdə tutulan “Qara su” adlı gölün ətrafında inşa edilmiş Söhbətgahın açılışı baş tutub, bu söhbətgah rayon və kənd sakinlərinin, eləcə də turistlərin istifadəsinə verilib.

Tədbirin bədii hissəsi Qazaxda məşhur “Qərb qapısı” restoranında baş tutdu. Bu buraxılışa tədris həyata keçirmiş müəllimlərin də iştirakı ilə öz işinə başlayan tədbirdə ümumi şəhidlərin, mərhum müəllim və məzunların ruhu bir dəqiqəlik sükutla yad edilib və dövlət himni səslənib.

Bu buraxılışın oxuduğu dönəmdə sözügedən məktəbin direktoru vəzifəsində çalışmış Ulduz Mancanov başda olmaqla bütün müəllimlər səhnəyə dəvət ediliblər. Onlar da 2006-cı il məzunlarına öz arzularını, xoş münasibətlərini ifadə ediblər. Məzunlarla bağlı ən şirin, yaddqalan xatirələrini bölüşüblər.

Ardınca “A” sinfinin nümayəndələrindən DİN əməkdaşı Qara Həsənov  və Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin Regional Su Meliorasiya Xidmətinin Qarabağ Regional Su Kanal İdarəsinin rəisi Müşfiq Adıgözəlov və digər dəyərli şəxslər Nadir İsgəndərov, Arzu Məmmədov və başqaları çıxış edərək, arzu və istəklərini ərz ediblər.

Bundan başqa “B” sinfinin nümayəndələri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin departament müdiri İnqilabMansurov, Məmmədoğulları QSC-nin direktor müavini, Planlama və Təchizat Departamentinin müdiri Aqil İbrahimov və başqaları çıxışlar edərək, tədbirə təşrif buyurduqları üçün müəllimlərə təşəkkür ediblər:

“Biz bu gün kim olmuşuqsa, burada müəllimlərimizin əməyi, zəhməti və verdiyi tərbiyə böyük rol oynayır. Əziz müəllimlərimiz, siz bizə yalnız dərs keçmədiniz, həyata hazır olmağı, insan olmağı, böyüklərə hörmət etməyi, dostluğu və vətəni sevməyi öyrətdiniz. Bunun üçün hər birinizə sonsuz təşəkkürümüzü bildiririk”.

Bundan başqa, “C” sinfinin nümayəndələrindən Azərbaycan Memarlıq və İnşaat Universitetinin dekan müavini, Prezidentin sərəncamı ilə “Azərbaycan Mətbuatının 150 illiyi” medalı ilə təltif edilmiş, Azərbaycan Dillər Universitetinin doktorantı, gənc alim Ayət Əhməd, Şahin Cəbiyev adına Daş Salahlı kənd 2 saylı orta məktəbin müəllimi Lamiyə Məşədiyeva və digər qiymətli şəxsiyyətlər Günel Eyyubova, Elnur Allahverdiyev, Elmar Eyyubov, Zəminə Pərzadova və başqaları çıxış edərək, onların formalaşmasında müəllimlərin danılmaz fəaliyyətinin olduğunu vurğulayıblar. Bildiriblər ki, dünyada müəllimlikdən müqəddəs peşə yoxdur. Çünki yeganə peşə sahibləri müəllimlərdir ki, öz ömürlərini şam kimi əridib, vətən övladlarının gələcəyinə işıq saçırlar, güzgü tuturlar.

Bundan sonra tədbir ən nümunəvi rəqs havaları və rəqs nümunələri ilə davam edib. 2006-cı il buraxılışlarının birlikdə yallı rəqsi oynaması və ümumilikdə məzunların bir-birinə qaynar münasibəti görüşü daha yaddaqalan edib.

Sonda tort kəsilib və xatirə fotoları çəkilib.

Məlumat üçün bildirək ki, bu ənənə 1 əsrə yaxındır davam edir. Hər yubley ilində məzunlar bu sayaq əlamətdar tədbirlər gerçəkləşdirirlər. Bu ritualın ana xəttini məzunların yenidən bir araya gəlib, bir-birini daha dərindən tanıması, onların peşə fəaliyyəti və indiki durumunu əxz etmək, hər kəs üçün əziz olan uşaqlıq xatirələrinə yenidən nəfəs vermək təşkil edir.  

Hazırladı: Ayyət Əhməd

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:160
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 31 May 2026 19:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see317

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see297

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see274

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see263

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

03 Noyabr 2026 10:40see259

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see237

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see233

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see227

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see222

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see218

Yüksək qan təzyiqi yaddaşı pozur

03 Noyabr 2026 11:31see212

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see211

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see203

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see196

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see196

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see194

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see193

Dabanlarda quruluq varsa nə etmək lazımdır? AÇIQLAMA

03 Noyabr 2026 14:27see182

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see179

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri