Icma.az
close
up
RU
Qədim spartalıların dili 2 min ilə yaxındır yaşayır: Bu gün harada danışılır?

Qədim spartalıların dili 2 min ilə yaxındır yaşayır: Bu gün harada danışılır?

Qaynarinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Qədim Spartada istifadə olunan dilin izləri iki min ilə yaxın müddət keçməsinə baxmayaraq bu gün də qorunub saxlanılıb.

Qaynarinfo xəbər verir ki, "Greek Reporter" nəşrinin məlumatına görə, Yunanıstanın Peloponnes yarımadasında təxminən 2 min nəfər Tsakonika kimi tanınan dialektdə danışır. Dil mütəxəssisləri onu qədim yunan dilinin günümüzə qədər gəlib çatan ən qədim formalarından biri hesab edirlər.

Tsakonika qədim yunan dilinin dorik qolundan yaranıb. Onun daha qədim forması lakon dialekti kimi tanınıb və məhz bu dildə qədim Sparta şəhər-dövlətinin sakinləri danışıb.

Müasir yunan dili əsasən ion və attik qollarla əlaqələndirilsə də, Tsakonika qədim dorik dialektin bir sıra xüsusiyyətlərini qoruyub. Filoloqlar hesab edirlər ki, xüsusilə tələffüz və bəzi fonetik xüsusiyyətlərinə görə bu dil qədim yunan dilinə digər müasir dialektlərdən daha yaxındır.

Hazırda Tsakonika əsasən Leonidio şəhəri və ətraf ərazilərdə, xüsusilə Pera Melana dağ kəndində istifadə olunur. Bölgədə təxminən 10 min insan yaşasa da, onların yalnız 2 minə yaxını bu dildə danışa bilir. Dil 13 şəhər və kiçik yaşayış məntəqəsində hələ də ailələr daxilində və gündəlik ünsiyyətdə istifadə olunur. Lakin onun əsas daşıyıcıları yaşlı nəsildir.

Spartanın süqutu dili necə qorudu?

Tsakonikanın bu qədər uzun müddət yaşamasında bölgənin tarixi və coğrafi təcridinin mühüm rol oynadığı bildirilir.

Eramızın 396-cı ilində vestqotların qədim Spartaya hücumundan sonra şəhərin böyük hissəsi dağıdılıb. Əhali ətrafdakı təpəlik və dağlıq ərazilərə köçərək daha təcrid olunmuş icmalar yaradıb. Bu vəziyyət dilin digər yunan dialektlərindən gələn təsirlərdən qorunmasına şərait yaradıb.

Lakin XIX əsrdə Yunanıstanın müstəqillik müharibəsindən sonra vəziyyət dəyişməyə başlayıb. Yeni yolların və məktəblərin tikilməsi bölgəni ölkənin digər hissələri ilə daha sıx əlaqələndirib. Şəhərlərə və xaricə miqrasiya, eləcə də 1950-ci illərdə radionun yayılması nəticəsində müasir yunan dili bölgədə daha geniş istifadə olunmağa başlayıb.

Bu proses Tsakonikanın tədricən zəifləməsinə səbəb olub. UNESCO-nun məlumatlarına görə, dil hazırda yox olmaq təhlükəsi ilə üz-üzədir.

Bununla belə, son illərdə yerli əhali arasında dilin qorunmasına marağın artdığı bildirilir. Bəzi gənclərin valideynlərini və nənə-babalarını bu dili onlara öyrətmədikləri üçün qınadığı qeyd olunur.

Tsakonika ilə bağlı sənədlər muzey və arxivlərdə qorunur. 1954-cü ildə yaradılmış Tsakon arxivi də dilə aid yazılı materialların saxlanmasına xidmət edir. Bundan başqa, 1986-cı ildə hazırlanmış üçcildlik Tsakonika lüğətinin rəqəmsal formada internetə yerləşdirilməsi istiqamətində işlər aparılır.

Beləliklə, bir vaxtlar qədim Sparta sakinlərinin danışdığı dil bu gün azsaylı icmanın gündəlik həyatında yaşamaqda davam edir, lakin onun gələcəyi əsasən gənc nəslin dili mənimsəməsindən asılıdır.

Aydın

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:155
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 17 Sentyabr 2026 23:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see333

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see314

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see305

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see302

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see293

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see284

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see264

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see260

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see253

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see250

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see247

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see244

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see238

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see237

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

19 Noyabr 2026 14:04see230

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

19 Noyabr 2026 09:27see217

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see211

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see202

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

19 Noyabr 2026 15:22see202

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri