Icma.az
close
up
RU
Qədim türklərdə Şaxta baba obrazı və yolka kultu

Qədim türklərdə Şaxta baba obrazı və yolka kultu

Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir.

Miladi tarixi ilə yeni ilin bayram edilməsi bütün dünyada xristian bayramı kimi qəbul edilməsinə baxmayaraq, onu əsasən müsəlman olan türkdilli xalqlar da qeyd edirlər. Əslində, bu, hazırda milad təqvimindən istifadə edən bütün xalqların bayramına çevrilmişdir.

Məlumdur ki, Türkiyə türkləri və postsovet ərazidə yaşayan müsəlmanlar, o cümlədən azərbaycanlılar bu bayramı qonşu xristian xalqlardan əxz etmişlər. Miladi Yeni il bayramının əsas atributları yolka bəzədilməsi və mifik Şaxta babanın gəlişidir.

Finlər Şaxta babanın Laplandiyada, ruslar isə Veliki Ustyuqda "doğulub boya-başa çatdığını" sübut etməyə çalışırlar. Dünyada ən çox yayılmış və qəbul olunmuş fərziyyəyə görə isə, təxminən, miladın 270-342-ci illəri arasında müasir Türkiyə ərazisində yaşamış keşiş Müqəddəs Nikolay (Türkiyə türkləri onu Noel baba, yolkanı isə "noel ağacı" adlandırırlar) Şaxta baba obrazının ("Santa Klaus"‒ Amerika, İngiltərə, "Per Noel" ‒ Fransa, "Santa Nikolas" ‒ Belçika, "Ded Moroz" ‒ Rusiya, "Ded Mraz" ‒Xorvatiya, "Yolupukki" ‒ Finlandiya və s.) prototipidir.

İlk baxışda adama elə gəlir ki, xaçpərəst Yeni ilinin, onun atributlarının əsasən müsəlman olan türk xalqları ilə heç bir əlaqəsi ola bilməz. Tarixin yaddaşı bu fikrin yanliş olduğunu təsdiqləyir.

Şaxta baba və yolka ilə bağlı ən qədim məlumatlar türklərin adı ilə səsləşir. Əslində, xristian dininin, mədəniyyətinin bir çox komponentləri qədim turklərlə, onların tapındıqları, alman alimi Q.Derferin də qeyd etdiyi kimi, dünyanın ilk monoteist (təkallahlı) dini olan tanrıçılıqla (tengirianstvo) bağlıdır. Məsələn, hələ xristianlıqdan əvvəl xaç (qədim adı "açı", "acı") türklərdə Yerlə Göyün Tanrıda (Allahda) ehtivasının rəmzi olmuşdur. Türklər bütpərəst Avropaya üzərində "açı" təsviri olan bayraqla daxil olmuşlar. Böyük sərkərdə Atillanın (Attila) və onun əsgərlərinin alnına da bu cür "açı" ("xaç" sözü ilə səsləşir) işarəsi həkk olunmuşdu. Qədim türklər Avropada müxtəlif adlarla tanınmışlar. Yunanlar onları "hunlar", romalılar "varvarlar", germanlar və normanlar isə "getlər" adlandırmışlar. Əcdadlarımız olan qədim türklər Avropaya mədəniyyət, vahid Yaradana ‒ Tanrıya inam gətirmişlər. Təsadüfi deyil ki, ta XVI əsrə qədər Almaniyanın cənubunda türk dilində danışmışlar (Ensiklopediya, Releqii mira, "Avanta", Moskva, 1996, səh.216). Bu da bir faktdır ki, Yeni ildə yolka qoymaq və onu simvolik oyuncaqlarla bəzəmək ilk dəfə burada tətbiq olunmuşdur. Rusiya isə bu ənənəni məhz almanlardan qəbul etmişdir.

Qədim türklərin ən böyük bayramı dekabrın 25-nə düşən "Açı" ("acı") suyu" bayramı idi.

Həmin gün içərisinə açı (xaç) salınmış su ilə yuyunub təmizlənmək çox vacib sayılırdı ki, bu da Ulu Tanrıya biətin ifadəsi idi. O gün hər kəs evə müqəddəs sayılan, Tanrının əbədiliyi rəmzi olan yolka (küknar) budağı gətirməli idi.

Yolkanın (küknar fəsiləli bitkilərin) dirilik simvolu kimi müqəddəsləşdirilməsi tarixi isə qədim türklərdə hələ Tanri dinindən təxminən üç min il əvvələ gedib çıxır (tanrıçılıq dövründə yeni şəraitə uyğunlaşdırılmışdı). Bu daha qədim türk Allahı Yersu mifoiogiyası ilə bağlıdır. Yolkanın evə gətirilməsi Yersunun ərməğanı hesab edilirdi.

İnama görə, Yersu Allahın iqamətgahı yerin təkində və mərkəzində - "Yerin göbəyində" yerləşmişdir. Burada, məhz yerin göbəyində Dünya ağacının rəmzi olan nəhəng, müqəddəs yolka ağacı bitmişdir. Bu ağacın altında onun hamisi sayılan, əyninə üstdən uzun libas (xalat) geyinmiş sıx ağ saqqallı, sağlam görkəmli bir qoca əyləşmişdir. Bu Ülgən (ölgən) babadır ("Şaxta baba? - Ə.Ə.). "Ülgən" - yatmış, ölmüş (ölgən) mənalarındadır, yerin altında - göbəyində yaşadığına görə, ona bu ad verilmişdir.

Qeyd etmək lazımdır ki, qədim türklərdə "ülgən" sözündə olduğu kimi, ölüm məfhumu ilk mənada onların fəlsəfi dünyagörüşünü əks etdirən yuxuya getmək, yatmaq, yatıb ayılmaq, keçid, dəyişkənlik mənalarını kəsb etmişdir. Türk dillərinin inkişafında və differensiyasında ü, u, ö səs keçidlərini nəzərə alsaq, "ülgən" sözünün kök mənası müasir çuvaş dilindəki "üləm" (bir daha, yenidən, gələcəkdə), "ulşın"(dəyişmək, yenidən dəyişmək) kimi sözlərdə özünü qoruyub saxlamışdır.

Ülgən baba çox xeyirxah, amma hirsli-hikkəli qocadır, ildə bir dəfə qış vaxtı yerin üstünə çıxıb adamlara qonaq gəlir, böyük torbasında uşaqlara hədiyyə gətirir. Hədiyyələri paylamaqda uşaqlar ona kömək edirlər. Ülgən baba hər gələndə özü ilə yolka da gətirir. Uşaqlar və böyüklər həmin yolkanın ətrafında dövrə vuraraq səhərə qədər nəğmə oxuyub şənlənirlər. Sonralar

Ülgən babanın rolunu oynayan adamlara (bir növ Şaxta baba olanlara) "inderbay" ("yer altında yaşayan bəy" mənasındadır) adı da vermişlər.

Yolka o dərəcədə müqəddəs sayılırdı ki, hətta tanrıçılıq dövründə ölən adamların qəbirlərini yolka budaqcıqları ilə döşəyirdilər. Yolka ağacına ehtiram ənənəsini xalqların Böyük köçü dövründə türklər Şərqi və Mərkəzi Avropaya gətirdilər. Şaxta baba və yolka ənənəli bayramlar bu və ya digər formalarda Dunay, Don, Dnepr, Volqa (İtil) vadilərində güman edilir ki, Atilla zamanından üzübəri qeyd edilir. Miladi Yeni il bayramı isə müasir dəbdə Qərbi Avropada ancaq XIX əsrdən qeyd edilir.

Onu da vurğulayaq ki, slavyanlarda və romalılarda palıd, finlərdə şam, Cənubi almanlarda isə yolka müqəddəs sayılmışdır. Yolka ilə bağlı ilk məlumata 1500-cü ilin Elzas xronikalarında təsadüf edilir.

Miladi Yeni ilinin Şaxta baba və yolka atributları ilə əksər müsəlman xalqlardan fərqli olaraq bütün türkdilli xalqlar tərəfindən qutlanması (qaqauzlar, çuvaşlar, mişar (meşer) tatarları xristiandırlar) bəzi ictimai-siyasi məqamlara baxmayaraq, böyük tarixi təbəddülatlar yaşamış bu böyük qövmün, yəqin ki, qeyri-ixtiyari qan yaddaşı məsələsidir.

Əliş ƏVƏZ
Moskva

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:362
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 30 Dekabr 2024 13:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see314

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see311

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see298

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see251

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see247

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see245

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see240

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see238

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see236

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see226

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see209

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see205

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see205

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see203

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see203

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see201

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see199

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see199

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see197

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri