Qədim yazı sistemləri hələ də oxunmur Alimlər səbəbi açıqladı
Moderator.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Alimlər hələ də bir sıra qədim yazı sistemlərini tam şəkildə oxuya bilmirlər. Texnologiyaların inkişafına baxmayaraq, bu yazılar öz sirrini qorumaqda davam edir.
Moderator.az "Deutsche Welle"ə istinadən xəbər verir ki, bu yazılar artıq mövcud olmayan inkişaf etmiş sivilizasiyalar barədə mühüm məlumatlar daşıyır.
Köln Universitetinin tədqiqatçısı Svenya Bonmann bildirib ki, bu, “ən parlaq beyinlərin belə çətinliklə həll edə bildiyi zehni tapmacadır”. Onun sözlərinə görə, bu yazılar bəşəriyyətə min illər öncə mövcud olan mədəniyyətlərə “pəncərə” açır.
Bonmannın araşdırmaları Meksikada mövcud olmuş epi-olmeka yazı sisteminə yönəlib. Lakin mətnlərin azlığı və kontekstin qeyri-müəyyənliyi səbəbilə oxunuş prosesi çətinləşir. Eyni vəziyyət Hind vadisi sivilizasiyasının yazıları, Pasxa adasındakı Rongo-Rongo, Krit mədəniyyətinin “Linear A” sistemi və etrusk dili üçün də keçərlidir.
Alimlər bildirir ki, əsas problem bu yazıların “Rozetta daşı” kimi açar mənbədən məhrum olmasıdır. Yəni eyni mətnin bir neçə dildə təqdim edildiyi nümunə olmadığı üçün işarələrin səslərlə və ya sözlərlə əlaqələndirilməsi çətinləşir.
Svenya Bonmann qeyd edib ki, dilin açılmasında ən vacib amil onu məlum dil ailəsinə bağlamaqdır. Əgər belə uyğunluq yoxdursa, fonetik sistem və qrammatik quruluşu müəyyənləşdirmək çətin olur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:60
Bu xəbər 28 Dekabr 2025 09:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















