Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

İpək Yolu Sığorta maliyyə vəziyyətini açıqlayıb

QədimAntik dövr Türk bilgələri və ya filosofları

QədimAntik dövr Türk bilgələri və ya filosofları

Icma.az, Turkstan.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

AMEA Fəlsəfə və Sosoiologiya İnstitutu
“Türk xalqlarının fəlsəfi fikir tarixi və müasir fəlsəfəsi” şöbəsinin müdiri,
dosent, fəlsəfə üzrə fəlsəfə doktoru Faiq Ələkbərli

IVYazı

İbrahim peyğəmbər (təxminən e.ə. 2-ci minilliyin əvvəlləri – e.ə. 1813-1638). Bizcə, İbrahim peyğəmbərdən də Türk bilgəsi kimi bəhs etmək olar. Çünki İkiçayarası mədəniyyət bölgəsində yaşamış, Şanlı Urfada dəfn olunmuş İbrahim peyğəmbərin Türk kökənli olması ehtimalı çoxdur. Həniflik dininin, yəni təktanrıçılıq inancının bu bölgədə yenidən yayılmasında mühüm rol oynayan İbrahim peyğəmbərə yəhudilərin və ərəblərin də sahib çıxmasını təbii qarşılamaq lazımdır. Çünki yəhudilər və ərəblər bir tərəfdən İbrahim peyğəmbərin xanım­larına (yəni Sara xanım yəhudi, Həcər xanım isə ərəb kökənli olmuşdur) dayanaraq, digər tərəfdən isə həniflik dininə görə öz etnik mənşələrini ona bağlayırlar.

İbrahim Peyğəmbərin atasının isminin Azər olması, Azərin də Nuh peyğəmbərin nəslindən olması diqqətimizi çəkir. H.Qəzviniyə görə də Əzərbaz/Azərabad adlı peyğəmbərlik iddia­sında olan (Nuh peyğəmbərin nəslindən olan) birisi, yaşadığı ərazidə od məbədi tikdirmiş, hətta ondan sonra bu ərazi Azərbaycan adlanmışdır (26, s.77). İbn əl-Muqəffa də eyni mülahizəni irəli sürmüşdür: «Azərbaycan adı Azərbaz ibn İran ibn əl-Əsvad ibn Sam ibn Nuh mənşəyindəndir. Ona Azərbaz ibn Beyvarasif də deyirlər» (177b, s.36). Orta əsr Azərbaycan mütəfəkkiri Xaqani də «Töhfətül-İraqeyn» poemasında «Azər» sözünü, İbrahim peyğəmbərin atası Azər kimi yad etmişdir (88, s.82). Doğrudan da, Quranda Əl-Ənam surəsinin 74-cü ayəsində Azər İbrahim peyğəmbərin atasının adı kimi çəkilir: “(Ya Rəsulum) Xatırla ki, bir zaman İbrahim atası Azərə demişdi: Sən bütləri tanrılarmı qəbul edirsən? Mən səni və sənin tayfanı açıq-aydın zəlalət içində görürəm” (104a, 199). İstinad etdiyimiz Quranı ərəb dilindən Azər­baycan türkcəsinə çevirən V.Məmmədəliyev və Z.Bünyadov kitabın şərhlər bölümündə İbrahim peyğəmbərin atası Azər­lə bağlı aşağıdakı izahı verib­lər: «Bu ad Elazardan əmələ gəlmişdi. İbrahimin (Avra­amın) atasının adı Terax olub. Onu öz nökəri Yeliyezerlə qarış­dır­ır­lar» (104a, 51). Bakıxanov da Xaqani kimi «Azər» sözünün mənasını həm İbrahim pey­ğəm­bərin ata­sının adı, həm də “od” mənasında işlətmişdir: “Hər Azərdən Xəlil olmaz cahanda, Əgər olsa, hər od bir gülüstanidir” (42, s.276).

Aran (təxminən e.ə. 2-ci minilliyin əvvəlləri). İbrahim peyğəm­bərin çağdaşı və qardaşı olduğu güman edilir. Aranın İbrahim peyğəmbər qədər olmasa da, ancaq müdrik və bilgə birisi olması haqqında bilgilər vardır.

Dədə (Ata) Qorqud (təxminən e.ə. 2-ci minilliyin sonları - 1-ci minilliyin əvvəlləri). Dədə Qorqudun bir müdrik kimi Tanrıçılıqdan İsla­ma keçid arasında bir körpü rolu oynaması sonrakı dövrün məhsulu olsa da, burada düşündürücü məqamlar da vardır. Əgər Dədə Qor­quda da əsasən Tanrıçılığın (Göy Tanrı) etiqadları öz əksini tapmışdırsa, o İslamı qəbul etməklə onların sintezindən, yəni keçmişlə gələcəyin bütöv­lü­yündən çıxış edir. Bir sözlə, Dədə Qorqud İslam dininə tapınmaq­la Türkün ata-baba dinlərindən imtina etmir, tək Tanrıçı­lıq dini sisteminin yeni bir mərhələsinə qədəm qoyul­ma­sı­na inanır. Bununla da, türklərin Islam dinində də özlərini tap­a­caq­la­rına müdrikcəsinə qərar vermiş olur.

Əslində Dədə Qorqud sadəcə, Tanrıçılıqdan İslama keçid üçün tarixi “gənc”ləş­dirilmiş tanrıçı bir müdrikdir. Çünki Dədə Qorqudun yaşadğı zamanla İslamın meydana gəldiyi dövrlər arasında böyük bir zaman kəsiyi var. Ancaq nəzərə alsaq ki, Dədə Qorqud bütün dövrlərdə tanrıçılığı təbliğ edən qamların ümumiləşdirilmiş bir adıdır, o zaman onun Tanrıçılıqdan İslama keçid məsələsində də görünməsi təbiidir. Burada önəmli olan Tanrıçılıq fəlsəfəsini təbliğ edən Qamın, yəni Dədə Qorqudun tək Tanrıçılıq düşüncə­sin­dən kənara çıxma­masıdır.

Toksar (Sak-İskit). Miladdan öncə 7-ci əsrin ikinci yarısı, 6-cı əsrin əvvəllərində yaşamış Toksar Türkün Saka boyundan olan bilgələrindən biridir. Toksar uzun müddət Afinada yaşmış və burada da ölmüşdür. Samosatlı Lukian (2-ci əsr) “Skit və ya qonaq” hekayəsində Toksardan bəhs etmiş, onun ölməmişdən öncə Afinada digər soydaşı Anaxarsla görüşdüyünü yazmışdır.

Anaxars. Miladdan öncə 7-6-cı əsrlərdə yaşamış, ata tərəfdən Sak-Türk kökənli, Saqat çarlığının şahzadəsi olan Anaxars Ellin mədəniy­yətinin və fəlsəfəsinin təsiri altında olmuşdur. “Yeddi müdrik”dən biri hesab olunan Anaxarsın Sak-Türk kökənli olmasını, ancaq uzun müddət ellinlər-yunanlar arasında yaşamasını bir çox yunan-roma tarixçiləri və filosofları da təsdiq edirlər. Bununla bağlı müəyyən qədər araşdırmalar aparan Firudin Ağasıoğlu yazır ki, ellinlərin Anaxarsa olan böyük hörməti Herodotun “Tarixi”, ”Sicilyalı Diodorun “Kitabxana”, Eforun “Ümumdünya tarixi”, Plutarxın “Yeddi müdrikin ziyafəti”, Diogen Laertli “Məşhur filosofların həyatı və fikri”, Seneka “Lutsiliyə əxlaqi məktublar”, Klavdi Elian “Müxtəlif hekayələr” və başqa əsərlərdə öz əksini tapmışdır. F.Ağasıoğlu yazır: “Anaxarsın fəlsəfi görüşləri, didaktik fikirləri, zərb məsələ çevrilmiş deyimləri, müdrik kəlamları, elmi əsərləri barədə xeyli məlumat vardır. Onun əsərləri bizə gəlib çatmasa da, antik müəlliflərin əsərlərində onun yaradıcılığından bəzi iqtibaslar vardır. Təəssüf ki, Azərbaycan fəlsəfi fikir tarixindən bəhs edən alimlər xalqımızın soykökündə dayanan saqaların bu ulu filosofundan xəbərsizdirlər” (10, s.120).

Diogen Laertli “Məşhur filosofların həyatı və fikri” əsərində yazır ki, Anaxars Saqa və Ellin adətləri, onların həyat tərzi və hərb sənəti barədə yazmışdır. Diogen əsərinin “Skit Anaxars” böl­məsində göstərir ki, Anaxars Qnurun oğlu, Saka çarı Kaduidin qar­daşıdır. Anası Ellin qızı oldğu üçün yunan və saka dillərini dərindən bilən Anaxars e.ə. 594-cü ildə Afinaya gələrək Solonun tələbəsi ol­muşdur. O, çox sonralar Saka çarlığına geri dönmüş, ancaq burada Ellin adət-ənənələrini təbliğ etdiyi üçün öldürülmüşdür (10, s.122-124).

Qara Sülük (Ulu Turuk). F.Rəşidəddinin “Oğuz­namə”­sin­də qam-şaman ifadəsi işlədilməsə də Yuşi Xoca və onun oğlu Qara Sülük (Uluq Turuq) əslində yol göstərən və gələ­cəyi görən qam-şamanlar idi (146, s.15). Qara Sülük Oğuz xaqanın məsləhətçisi, qəbilə­birləşməsinin başçısı kimi ən çətin anlarda çıxış yolu tapırmış. Bu baxımdan elin bilicisi olan qam-şamanlar daha çox türk xaqan­larının məslhətçisi­dir; müdrik, ideya və düşüncə başçısı kimi dövlət­in gələcək taleyini izah edən və yol göstərəndir [152, s.126-27). Bir sözlə, ictimai həyata, əxlaq normalarına göz qoyan, soyu­nun-qəbilənin düşünən beyini olan qam-şamanlar əsasən Dədə-Qorqud kimi gələcəkdən xəbər verirmişlər. Qam-şamana bu cür keyfiyyətlər isə göydən gəlir, göyqurşağı kimi bədənlə­rinə daxil olurmuş.

Qam Ata/ Qaumata (e.ə. 6-cı əsr). Əhəmənilərə üsyan qaldıran Qam Ata/Qaumata da turanlı kimi iranlılara qarşı savaşmışdır. Zatən bir çox bilginlər Qam Atanın soyunu, eyni zamanda 6 mada tayfasından biri olan maqları turanlı kimliyində vermişlər. Bu bir həqiqətdir ki, Qam Ata öldürüləndə perslərdən başqa bütün xalqlar ona görə ağlamışlar (9, s.361-363).

Mani. 7 cildlik «Azərbaycan tarixi»nin 2-ci cildində maniliklə bağlı yazılır ki, III əsrdə Sasani dövlətində əsası Mani tərəfindən qoyulan «bu hərəkat dövlətin bütün vilayətlərinin, o cüm­lə­dən Azərbaycanın sosial və dini həyatına təsir etdi» (29, s.102).

Sovet dövründə nəşr olunmuş «Azərbaycan fəlsə­fə­si­nin tarixinə dair oçerklər»də yazılır ki, Maninin anası bir müd­dət İranda hakim olmuş arşakilər sülaləsindən, Məz­də­kin atası isə suriyalı Bəmdad olmuşdur (250, s.31-35). Sovetler Birliyi dövründə Ziya Bün­ya­dov da maniliyi və məzdəkiliyi əsasən, mifik İranla əla­qə­lən­dir­miş­dir. “Maninin ənənəvi tərcümeyi-halında çoxlu uydurma var” (45, s.166), deyən akademikə görə bu təlim III əsrdə Sa­sa­nilərin tərkibində olan İraqda meydana gəlmişdi. SSRİ dövründə nəşr olunmuş Azərbaycan Sovet Enskilopediyasının 6-cı cildində də qeyd olunur ki, Mani haqqında bilgilər müxtəlif və ziddiyyətlidir. Mənşəcə iranlı Maninin Həmədandan Babilə köçüb gəlməsi isə ehtimal olunur (25, s.344).

Çox­cild­lik “Azərbaycan fəlsəfə tarixi”nin 1-ci cildində də bu dini-fəlsəfi təlimlərin Azərbaycan xalqına təsirindən bəhs olunsa da, onlar daha çox İran xalqına, İran mədəniyyətinə aid edilmişdi (240, s.41). «Fəl­sə­fə ensiklopedik lüğət»də də maniliyin yaradıcısı Maninin iranlı olduğu qeyd olunur: «Həmin təlimi mənşəcə ira­nlı, əsil­zadə ailənin oğlu rəssam Mani, III əsrin 40-cı illə­ri­nin əv­vəllərində Ktesifonda (Mədaində; Meso­po­ta­miyada) təb­liğ etməyə başlamışdır» (71a, s.260).

Professor Yusif Rüstəmov da maniliyi azərbaycanlıların islama­qə­dər­ki dinlərindən biri hesab edərək türk xalqlarının həyatında mühüm rol oynadığını qeyd etmişdir: «Manilik türk xalq­la­rı­nın, o cümlədən azərbaycanlıların islamaqədərki din­lə­rin­dən biri olmuş və öz tərəfdarlarının həyatında əhəmiyyətli rol oynamışdır» (149a, s.58).

Rafail Əhmədli isə maniliyin banisi Manini həm türk, həm də Azərbaycan mütəfəkkiri adlandırmışdır (66, s.24). Ona görə, «mani­lik özünə qədər Azərbaycanda olan türkdilli xalqların və dövlətlərin [elam, kas (kaz) qut (quz), Turukki, Aratta, Manna, Midi­ya] yaratdığı dini, fəl­sə­fi, siyasi bir mədəniy­yətin davamı idi… Mani­lik Türk dü­ha­sının yaradıcılığının təzahürlərindən biridir» (66, s. 26).

Məzdək. Professor Ağayar Şükürov məzdəkiliyin banisi Məzdəkin tərcümeyi-halı, harada doğulması ilə bağlı isə o yazır ki, bu barədə dəqiq məlumat yoxdur: “İlk dəfə öz fikirlərini qədim Azərbaycan şəhəri Həmədanda yayan Məzdək, həm Maninin radikal cərəyanının və həm də zərdüştlüyün ictimai ideyalarını inkişaf etdirmişdir” (164, s.176). Aka­de­mik Ziya Bünyadov isə yazır ki, Məzdək V əsrin sonunda İranda yaranmış dini-fəlsəfi və sosial təlim olan məzdəkiliyin banisidir və fi­kir­lərini Həmədanda yaymağa başlamışdır. Məzdəkin şəx­siy­yəti haqqında məlumatın az olduğunu bildirən akademik qeyd edir ki, onun doğulduğu yerin İstəhr, ya da Təbriz ol­du­ğu göstərilir (45, s.194). Akademik Heydər Hüseynov manilik barədə heç bir qeyd etməsə də, onun məzdəkiliklə bağlı fikirlərindən be­lə çıxır ki, insanlar arasında bərabərliyi təbliğ edən bu təlim Azərbaycanda yaranmış və əsas mərkəzi də Azər­baycan (Muğan, Qaradağ və b.) olmuşdur (86, s.13-14).

Azərbaycan Sovet Enskilopediyasının 6-cı cildində də qeyd olunur ki, Məzdəkin vətəni Nisu, Madarayya və başqa yerlər göstərilsə də, o, ideyalarını Həmədanda yayıb: «Məzdəkilik – V əsrin so­nu­nda İranda yaranmış, sonralar Azərbaycanda və bir sıra qonşu ölkələrdə geniş yayılmış dini-fəlsəfi və sosial təlimdir» (25, s.483).

“Azərbaycan fəlsəfə tarixi”nin 1-ci cildində isə yazılır ki, məzdəklik hərə­ka­tının adı “onun əsasını qoyan Məzdək­lə (təq. 470-529-cu illər) bağlıdır, mənşə etibarilə o, suriyalı idi” (240, s.43). «Fəl­sə­fə ensiklopedik lüğət»də də məzdəki­liyin əvvəlcə İranda yarandığı, sonralar Azərbay­canda və bir sıra qonşu ölkələrdə yayıldığı bildirilir (71a, s.276). Prof. Nizaməddin Şəmsizadə Məzdəkin etnik kimliyi məsələsinə toxunmasa da, yazır ki, mifik təsəvvür və zərdüştizmdən sonra məz­dəkizm Azərbaycan ideologiya­sının­ ideya qay­naq­larından birini təş­kil edir (168, s.28). Prof. Rafail Əhmədli də Mani kimi Məz­dəkin də azərbay­canlı, Azərbaycan türkü olması fikrini söyləmişdir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:204
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 07 Yanvar 2025 10:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see318

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see289

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see286

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see267

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see260

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see248

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see243

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see241

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see234

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see217

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see212

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see201

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see195

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

10 Noyabr 2026 11:18see191

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

10 Noyabr 2026 16:08see189

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

10 Noyabr 2026 14:47see188

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see181

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see175

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see172

İpək Yolu Sığorta maliyyə vəziyyətini açıqlayıb

10 Noyabr 2026 11:18see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri