Icma.az
close
up
RU
Qədir gecəsi haqqında mülahizələrim Nəriman Qasımoğlu yazır

Qədir gecəsi haqqında mülahizələrim Nəriman Qasımoğlu yazır

525.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Nəriman QASIMOĞLU

Qədir surəsi

Rəhman Rəhim Tanrı adıyla

1. Biz qədir gecəsində endirdik onu, şəksiz.

2. Nə biləsən nə ola qədir gecəsi.

3. Min aydan xeyirlidir qədir gecəsi.

4. Enir mələklərlə ruh onda Rəblərinin izni ilə hər bir işdən dolayı.

5. Bir salamatlıqdır o sökülüncə dan yeri.

OXU-da hikməti yetərincə açılmamış, incələnməmiş surələrdən biridir.

1-ci ayədə qədir gecəsində "onu"n nüzulu bildirilir. "Onu"n, yəni nəyin, yaxud kimin?

Müsəlman aləmində ümümun qəbul etdiyi fikir "onu" Quran-a aid hesab edir. Fəqət burada söhbət Quran-dan gedə bilməz, şəksiz.

Əlbəttə, OXU Ramazan ayında enməyə başlamışdır (2:185). Və əlbəttə, bu ayın "mübarək bir gecə"sində (44:3).

Bəs bu "mübarək gecə" - "qədir gecəsi"dirmi? Ola bilməz.

Əvvəla, bu barədə konkret ayə yoxdur. İkincisi, surədə diqqət Quranın qədir gecəsində enimi həqiqətinə yönəldilsəydi, düşünürəm, ən azından peyğəmbərə müraciətlə "nə biləsən nə ola qədir gecəsi" ifadəsi səslənməzdi. Deməli, o gecənin - qüdrət-qədir-tale gecəsinin mahiyyəti peyğəmbərə də bəlli deyil.

İşarə edilən enimin nəyə aid olması barədə fərqli ehtimallar ola bilər. Mənim öz ehtimalım var: "o" işarə əvəzliyi kimi "ruh"u bildirir. Ruh nədir? Ruh Rəbbin "əmrindən, işindən..." (17:85). Əmri, işi - Ali, Mütləq Güc, Ali, Mütləq Enerji... ilə hasilə gəlir.

"Salamatlıqdır o sökülüncə dan yeri". Bəs dan yeri söküləndən sonra? Salamatlıq olmayacaq? Nə baş verəcək?

Qədir gecəsi burada Qiyamət öncəsi gecəni bildirir. Peyğəmbərə yönəlik "nə biləsən" ifadəsi OXU  ayələrində qiyamətə aid həqiqətlər kontekstində işlənir: 77:14;  82:18; 86:1 və s.

Qüdrət-qədir-tale gecəsi - Yer kürəsinin mövcud kainatla vida gecəsidir, bir insan ömründən üstün mahiyyətli və məzmunlu gecə kimi dəyəri var inanclı insanlara. Yalnız bu sonuncuların Yerlə vidalaşacaqları gecədir. Necə vidalaşacaqlar? "Nimçədən-nimçəyə mütləq minəcəksiniz..." (84:19) vədinin məhz onlara aid olaraq gerçəkləşməsi ilə.

"Xilaf çıxan sanmayasan Tanrını Öz vədinə ki, vermiş elçilərinə. Tanrı güc yiyəsi, öc yiyəsi, şübhəsiz. O gün yer dəyişdirilir başqa yerlə. Göylər də. Tək olan, qəhr eyləyən Tanrının hüzuruna çıxırlar" (14:47-48).

Elçilər-rəsullar təkcə peyğəmbərlər deyil. O-nun risalə-göndərişini-yazılarını qəbul edən elm, sənət, əxlaq yiyələri də Tanrı elçiləridir. "Peyğəmbərlik bitmiş, risalə-göndəriş davam edir" - ilahiyyatda məşhur ifadədir.

Məhz belələri qiyamət baş verən anda Yer üzündən səmalara yüksələrək, zamansızlığın xoşbəxtlik girdabında bir müddət qalaraq, daldalanaraq dəyişdirilən Yerə enəcəklər. Yeni yaranış köhnə yaranışı əvəz edəcək. İlk insanlar elçi xislətli olacaqlar.

Tanrının yaradılış eksperimentinin sonu görünmür. O, Mütləqdir!

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:108
embedMənbə:https://525.az
archiveBu xəbər 02 Aprel 2025 16:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see275

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see267

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see255

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see250

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see227

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see204

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see199

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see193

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see178

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see171

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see167

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see162

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see159

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see156

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see153

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see151

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see145

“iPhone”larda geri düyməsinin olmamasının səbəbi bu imiş

22 Yanvar 2026 06:18see141

Qarabag ın baş məşqçisi: Bəhlulun bütün səhvlərini bu qola görə bağışlamaq olar

22 Yanvar 2026 01:55see140

Qarabağ dan möhtəşəm qələbə: Ağdam 3:2 Frankfurt

21 Yanvar 2026 23:52see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri