Icma.az
close
up
RU
Qədir gecəsi

Qədir gecəsi

Icma.az, Reyting.az portalına istinadən məlumat yayır.

Qulu AĞSƏS

(Unudulmaz sənətkar, Xalq artisti Qədir Rüstəmovun bu ay 90 illik yubileyidir. Bu münasibətlə Qulu Ağsəsin "Qədir gecəsi" adlı yazısını təqdim edirik.)

- Ə, qaqa, maşın mənim, ev dostumun, bə bunlar nə adnan gəlib doluşublar içəri?..

Adil müəllim Qədiri bir də bağrına basdı, “şofer”ə əl uzatdı, Zöhrabla hal-əhval elədi, mənə yaxınlaşanda oğurluq üstdə tutulan uşaq kimi qızardım, başımı əvvəl aşağı, sonra tavana sarı qovzadım, Qədirin atmacası havada üzürdü...

Montajdan çıxıb redaksiyaya girəndə uşaqlar nahardaydı, stolun üstündəki “zapiska”da “Qulu, Zöhraba (“Azadlıq”) zəng vur”,- sözləri elə pintiliklə yazılmışdı ki, Sitarənin “poçerk”i gendən çağırırdı.

“- Alo, zəhmət olmasa, Zöhrab Əmirxanlını...” - Salam. - Salam. -Necəsən? - Necəsən? - Yenə “Azadlıq”dasan? - Yenə radioda çürüyürsən?” - Zöhrabın səsindən hiss elədim ki, diabetinin dilinin şəkəriylə tərs-mütənasib vaxtlarıdı, yəni kefi kökdü, taleyindən razıdı, burnuma kabab iyi gəldi. “Ağdamlı Adil müəllim zəng vurmuşdu, dedi, Qədir Bakıdadı, danışmışam, sənə müsahibə verəsidi, götür gəl Ələtə...” Bir şey kəsdirəmmədim, ancaq sual verməyin də mənası yoxuydu, Zöhrab ki başladı, dəndiyində söz saxlayan deyil.

“Dur gəl “Azadlıq”a, gedək “Kubinka”ya, beşin yarısı Qədir dostunun maşınında bizi gözləyəcək, istəyirəm, ikimiz bir yazı hazırlayaq”.

“Kubinka”ya çatanacan sözü bir yerə qoyduq ki, Qədiri maşından saldıraq, müsahibəni elə Bakıda alaq, Adil müəllimdən zəng vurub üzr istəyərik. Qədir çatan kimi üstünü aldıq, Zöhrab sağdan, mən soldan, birimiz havadan, o birimiz qurudan hücuma keçmək istədik. Sözü kimə deyirsən?

Qədir daş atıb başın tutdu: “Ə, əvvəla, mən heç sizi tanımıram, Adilə hörmətim var, ona görə bəlkə sizi də maşına götürdüm.

İkincisi, mən Bakıda karıxıram, sözümü-hərəkətimi bilmirəm, heç Əliyev mənə orden verəndə ağızdolusu təşəkkür də eləyə bilmədim. Siz kimsiniz, ə?”

Çar-naçar maşına oturduq. “Mənim adım Zöhrabdı”, “Mənimki Quludu”, sürücü geri qanrılıb güldü: “Mən də Qədirin şoferiyəm”. Qədir tərsikdi: “Şofer nədi, ə, sən bunların ikisindən də mərifətli oğlansan...” (Allah, sən özün Zöhraba səbr ver!) Zöhrab deyən məni eşitdi, üzündəki göy qurşağı əriyib itdi, başını irəli uzadıb Qədirdən nəsə soruşmaq istədi. Qədir dönüb gözlərini elə bərəltdi ki, ikimiz də mumladıq: “Ə, başımı qatmayın, bu saat avariya eliyəjəm” (Allaha and olsun, sükanda ayrısıydı, amma biz inandıq...). Ələtə xeyli var... 96-nın payız aylarıdı gərək ki. Bizdə heylə demirlər ha. Vay odu bir ağsaqqaldan nəyinsə yaşın soruşasan, o saat qayıdacaq ki, Keçicığırı altındakı dağdağanı ildırım vuran ili... dəyirman Məhəmmədi yer çəkəndən azca irəli... güneyin dalından beləməsinə qalxanda Salmanlar kəhrizinin baş quyusuna şappa düşəndə... Divangirin gamışı Qalaya qaçanda... Amma mən sizə dəqiq vaxt deyirəm: Qədir Rüstəmov təzəcə “Şöhrət” ordeni alıb, ev alıb, yenə nəsə bağışlayıblar, şəhərdə min cürə şayiə gəzir, indi bir-bir özündən soruşacam, bircə Ələtə çataq. Postdan keçəndə “QAİ” saxladı: “Sənədləri!”.

“Sənəd mən!” - Qədir buyğur polisə çəmkirdi. “Bay, Qədir müəllim, sizə qurban olum, nətərsiz?” Postdakılar maşını dövrəyə aldılar. İçəridən biri qaça-qaça gəldi ki, rəis Qədiri görmək istəyir, deyir, ayağını yuxarı qoysun, mənim yanıma. Di dur Qədirin qabağında, Azərbaycan polisi, görüm necə durursan?! “Ə, mən q...bəyəm-zadam, yanına çağıra, sən öl, kişiyə deyərəm, onun şalvarını çıxartdırar” (Vaxtın sürətini artırıram-müəl.).

Polis üzrxahlıq eləyir: “Ötən dəfə Rəmiş də gəlmişdi...” Rəmişin adını eşidəndə Qədir lap hövüllənir: “Rəmiş kimdi, ə, sən məni ona tay tutursan? Sür, ə!..”

Zöhrab qulağıma pıçıldayır ki, bundan müsahibə verən olmaz.

Qədir Zöhrabdan iş yerini xəbər alır.

Duet başladı. Zöhrab Elçibəyi, Qədir Əliyevi müdafiə eləyir. Axırı Zöhrab “pas” gedir, Qədirsə kirimək bilmir:

“Çox da mənə xalq artisti adı verib, amma ondan prezident olmaz. Elə bil, Rəmişi padşah qoymusan, adamın dədəsinin goruna söyərlər, sən öl. Gördün də Elçibəyi. Bizi qoydu Leylanın düzündə”.

Mən partlayıram: “Qədir müəllim, bunu indi niyə deyirsiniz?”

“Havaxt deyim, bəs? Bəri bax, ağsaqqal mənə orden verib - verib, ev verib - verib, noolsun içində yaşamayanda?! Heç yaxşı kişilər şikəst balasına heylə baxmırlar...”

Şoferin dünya vecinə deyil, arabir Qədirlə məzələnir: “Leylanın düzün yaman dedin e. Haradı ora?”

Qədir sözü boynundan atır: “Mən nə bilim haradı, bu “açkili” oğlanlardan xəbər al...”

Ələt xaraba nə uzaqmış? Tərslikdən Adil müəllim evdə yoxdu, harasa çıxıb, ikinci mərtəbədəki stolların üstü naz-nemətlə doludu, ev sahibi gəlsə, “bismillah” eləyərdik.

...Zöhrab Adil müəllimlə məni əməlli-başlı tanış eləməyə ehtiyac duydu, Qədirin yolda çıxardığı oyunlardan danışdı, üstündən də and-aman elədi ki, bizi boş qaytarmasın. Çörəkdən sonraya razılaşdıq (Vaxtın sürətini təzədən artırıram-müəl.). Stola araq sel kimi axır, Adil müəllim şeiri şeirin, sağlığı sağlığın dalınca qoşur.

Qədir deyilən Allah bəndəsi əlini süfrəyə uzatmır, vur-hay qəlyanı körükləyir. At minnətinə sözü ona veririk. Diktafonu yavaşca stolun üstünə qoyuram, düyməsini sıxmamış Qədirin gözü alır, çörək burnumuzdan gəlir (A bədbəxt, guya Qədir nə deyəsidi ki? Gözəl bilirsən ki, onun möcüzəsi səsindədi), biz üzr istəyirik, diktofonu qulaqlayıb o biri evə atırlar.

Zöhrab Adil müəllimi öyrədir soruşsun ki, Hacıbaba nətər oxuyanıydı? Qədirin cavabı hazırıymış: “Allah rəhmət eləsin, əziyyət çəkirdi”. Bəs Ağaxan, Arif, Süleyman? - “Sağ olsunlar, zəhmət çəkirlər”.

Zöhrab girəvədən istifadə eləyir, üzünü Adilə tutub Qədirə eşitdirir: “Şamaxıda bir qız peyda olub - Elnarə, qeyri-adi səsi var, stili də özünəməxsusdu”.

Qədir tora düşür: “Ə, mənim ağzımı açmayın, yerindən qalxan özünə bir stil qayırır. Ayrı şeyi bilmirəm, muğamatın bircə yolu var: Xan yolu. Bu, el yoludu. Mən də o yolu gedirəm - dədə-baba. Bunlar qıraqdan gedirlər, qaçaq-quldur yoluynan”.

Zöhrabın tükü durulur, üzünü şəstlə Qədirə tutub: “Alim Qasımov xaricdə zənciylə oxuyandan sonra AzTV ona hücuma keçib, Habil Əliyev o günü Alimi “vapşe” yıxıb sürüdü, deməli, siz də onunla həmrəysiz, eləmi?” - soruşur. Qədirə bu söz bəsiymiş ki, təzədən “öz ampluasına” qayıtsın: “Habil özünə gülür, Xan əmimə ayaq verən kamançada bu durub “Cücələrim” çalır. O kimdi Alimə sataşır?” Sonra təzədən mülayimləşir:

“Allah başlarından töksün, hamısı zəhmət çəkir”.

Gecədi, saat on ikiyə işləyir, heç nə alınmadı. Zöhrab getmək üçün məclisdən izn alır. Adil müəllim bizi buraxmaq istəmir, o biri otaqda yerimiz hazırdı, Qədir “Gecdi, getsələr yaxşıdı”, deyir. Səhərdən bəri onun əlindən canı boğazına yığılan Zöhrab tələsik plaşını geyir. Mənim paltomu hirslə üstümə atır: “Getdik!” (“Qəzeti də belə-belə olsun, səni də...”)

Adil müəllim əl-ayağa düşür, Qədir özünü sındırmadan yerindən qalxır: “Bunları özüm evlərinə qoyajam”.

Bizi yola salmaq üstündə qırğın düşür, Qədir dediyindən dönmür, “şofer”i divanın üstündən paltoları yığışdırır... Birdən: “Ə, bə mənim ordenim hanı?” - hamı Qədirin yaxasına baxır, ora Leylanın düzü kimi bomboşdu, irəlidən də gərək ki, bir şey yoxdu.

Adil müəllim yazıq stolun altına baxır, mən qorxumdan ciblərimi eşirəm, Zöhrabın hirsindən üzü səyriyir, “şofer” qanımızın arasına girir: “Qədir, bəlkə evdə qoymusan?” (Bir azdan ağlımıza gələcək ki, orden və medalların vur-tut eskizi hazırdı...) Qədir sürətlə otaqdan çıxır, səhərki qaydayla “Jiquli”də tərkləşirik.

Saat bir olar. Arabir maşının qabağından qurd-quş keçir, Qədir cuşa gəlir: “Üstünüzdə tüfəng olanınız yoxdu?”..

Kamal Abdulla yazır ki, Bakıya təşrif buyuran Oljas ağanı (Süleymenov) rayona qonaq aparmışdıq, yedik-içdik, dərdləşdik, şeir dedik, Oljas ağa təkidimizə baxmayaraq, dodağın dodağından ayırmadı. Geri qayıdanda, heç kəsin unamadığı yerdə başladı, nə başladı... Əsl oxumalı gecəydi, yorğun adamlar, maşında da Qədir Rüstəmov. Qədir oxumadı, dinmədi, danışmadı. Biz də ağzımıza su alıb oturduq. Düşəndə yalandan əl tutduq.

Mən:

- Qədir müəllim, icazə verin, bu gecəni yazım? Siz oxumadız, oxumadız...

Qədir Rüstəmov:

- Səni məhkəməyə verərəm.

- Sonra da yazmaq olmaz?

- Sonra... nə bilim, ə, nə olar, nə olmaz? Allah-zadam?

Mən Qədir oxumayan gecəni Allahın izniylə yazdım. Üstündən üç il yarım keçəndən sonra. Qədirə gənəşmədən, Zöhrabdan xəbərsiz. Bilib nə deyəsidilər: Allah deyillər ki?..

Fevral, 2000


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:188
embedMənbə:https://reyting.az
archiveBu xəbər 21 Dekabr 2025 17:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see506

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see315

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see305

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see252

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see252

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see238

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see238

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see236

Rusiya bankları maliyyə “bombası”nın üzərindədir...

08 Noyabr 2026 19:50see233

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see227

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see224

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see224

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see219

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see214

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see210

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see201

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see200

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see197

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see196

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri