Qəhrəman adam sel sularına düşən yaşlı qadını xilas etdi VİDEO
Icma.az, Sonxeber.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
İspaniyanın turizm şəhəri Malagada güclü yağış həyatı iflic edib.
Sonxeber.az xarici mediaya istinadən xəbər verir ki, ötən gün sel fəlakəti zamanı vətəndaşın qapalı vəziyyətdə qalan yaşlı qadını qucağına alaraq xilas etdiyi anlar təhlükəsizlik kameralarına düşüb.
İspaniyanın AEMET meteorologiya qurumu bir saatda 70 millimetrə çatan yağıntı səbəbindən Malaqada qırmızı təhlükə elan edib. Səlahiyyətlilər həyat təhlükəsizliyi səbəbi ilə 4 mindən çox insanı təxliyə edib.
Quadalhorce çayı ətrafında yaşayan 3 min insan evlərini tərk etmək məcburiyyətində qalarkən, şəhərdə məktəblər və iş yerləri bağlanıb, qatar səfərləri ləğv edilib.
İki həftə əvvəl Valensiyada 224 nəfərin həyatını itirdiyi sel fəlakətinin yaraları hələ də sağalmasa da, yeni yağışlar narahatlıq doğurur.
Vüsalə İbrahimli
Sonxeber.az
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Baxış sayı:56
Bu xəbər 15 Noyabr 2024 16:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















