Icma.az
close
up
RU
Adı tariximizin şərəfli səhifəsinə düşən qəhrəman

Adı tariximizin şərəfli səhifəsinə düşən qəhrəman

Icma.az, Ses qazeti portalına istinadən məlumatı açıqlayır.

Zəfər şəhidi Asif Kərimovun 37 yaşı tamam oldu

44 günlük haqq savaşımız ulu tariximizin ən şərəfli səhifəsinə dönərək heç vaxt unudulmayacaq. Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi altında rəşadətli Ordumuzun qəhrəman əsgər və zabitləri 30 ilə yaxın erməni separatçılarının işğalında qalmış əzəli yurd yerimiz olan Qarabağımızı qanı bahasına azad edərək xalqımıza zəfər sevincini yaşatdılar. Bu tarixi zəfərdə qəhrəmanlıq, şücaət göstərərək şəhidlik zirvəsinə ucalan Vətənin qeyrətli övladı baş leytenant Asif Məmməd oğlu Kərimovun adı xalq tərəfindən qürurla çəkilir. Zaman keçəcək baş leytenantın Vətəninə bağlı ömür yolu gələn nəsillərə də örnək olacaq. Çünki qanı ilə torpağı Vətən edən igid, mərd oğullar heç vaxt ölmürlər. Şəhid Asif Kərimov kimi...

Vətənin azadlığı uğrunda polad sinəsini namərd gülləsinə sipər etməklə o, torpağa gömülmədi, yeni bir həyat yaşamaq üçün ünyetməz, əlçatmaz ulduzlu göylərə ucaldı. Bu hər kəsə nəsib olmur. Eləcə də baş leytenantın ölümündən sonra dövlət tərəfində layiq görüldüyü “Vətən uğrunda”, “Hərbi xidmətə görə”, Cəbrayılın, Qubadlının azadlığı uğrunda medalları müqəddəs şəhid adına daha bir şərəf qatıb.

Asif Kərimov 1989-cu ildə Cəlilabad rayonunun Ləzran kəndində dünyaya göz açıb. Həmin kənddə orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Neft Akademiyasında təhsil alıb. Gün-güzəranı yaxşı olsa da, canından əziz tutduğu Vətən torpaqlarının yağı tərəfindən işğal olması onu rahat buraxmayıb və düşməndən qisas alacağı günü gözləyib. Odur ki, 2020-ci ilin 27 sentyabrda həmin məqam yetişəndə Asif könülü ön cəbhəyə yollanıb, ən qaynar nöqtələrdə düşmənlə ölüm-dirim savaşına girib. Ölümün gözünə dik baxmaqla həmişə öndə döyüşüb. Xeyli sayda ermənilərin hərbi texnika, silah-sursatını və canlı qüvvəsini məhv etməklə neçə-neçə döyüşün qəhrəmanı olub. Baş leytenant rütbəsində Füzulinin, Cəbrayılın və Qubadlının azadlığı uğrunda gedən ağır müharibə meydanlarında sözün əsl mənasında tarix yazıb. Vətən torpağının hər qarışı uğrunda canından keçməyə hazır olan baş leytenant Asif Kərimov 3 noyabr 2020-ci ildə Şuşanın azadlığı istiqamətində gedən haqq savaşımızda yağıya qarşı döyüşə-döyüşə şəhid olub. Doğulduğu Ləzran kəndində torpağa tapşırılıb.

Həyat yoldaşı deyir ki, Asif Vətəninə, xalqına çox bağlı idi. Biz onunla həm dost, həm də sirdaş idik. Onun yoxluğuna dözmək çox çətindir. O, müharibəyə yollananda dedi ki, ağlama, mən Vətən, torpaq üçün gedirəm. Övladlarımı sənə tapşırıram. Onun əmanət qoyduğu övladlarını - qızı Gülayını, oğlu Yusifi arzu etdiyi kimi böyüdürəm.

Zəfər Orucoğlu,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:267
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 26 Mart 2026 15:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see314

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see308

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see306

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see291

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see290

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see282

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see272

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see272

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see270

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see256

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see241

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see231

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see230

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see225

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see225

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see223

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see216

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see215

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see189

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri