Icma.az
close
up
RU
“Qəhrəman üçün ağlamazlar” şəhid atası

“Qəhrəman üçün ağlamazlar” şəhid atası

Icma.az bildirir, Azertag portalına istinadən.

Ucar, 2 oktyabr, Rəşad Türkoğlu, AZƏRTAC

Vətən müharibəsində qəhrəmanlıq dastanı yazan Azərbaycanın igid övladlarından biri də kiçik gizir Kərim Əliyevdir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Kərim Əliyev 1998-ci il avqustun 31-də Ucar rayonunun Alpout kəndində dünyaya gəlib. O, 2004–2015-ci illərdə kənd məktəbində təhsil alıb. Hələ uşaq yaşlarından hərb sənətinə marağı olub. Çünki ailəlikcə hərb yolunu seçmişdilər: dayısı polkovnik idi, atası Məhəmmədəli Əliyev isə Birinci Qarabağ savaşının qazisidir. Böyük qardaşı da Vətən müharibəsi dövründə ordu sıralarında xidmət edib.

2016–2018-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətini başa vuran Kərim boy-buxunu, biliyi və gücü ilə seçilirdi. Məhz bu keyfiyyətləri sayəsində xüsusi təyinatlı qüvvələrin seçimindən uğurla keçərək həmin elit hərbi birliyin tərkibində xidmətini davam etdirmişdi.

2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində Kərim Əliyev xüsusi təyinatlı qüvvələrin tərkibində ön xəttə yollandı. O günlərdə ailəsinə zəng edərək, yalnız bir söz dedi: “Halallaşaq...”.

Kərim Cəbrayıl, Füzuli, Qubadlı və Xocavənd istiqamətlərində gedən ağır döyüşlərdə iştirak edib. Atası danışır ki, onun qəhrəmanlıqları barədə yalnız sonradan — zabitlərdən və döyüş yoldaşlarından xəbər tutublar. Hadrut–Qaraxanbəyli istiqamətində “Ohanyan səddi”nin yarılmasında xüsusi şücaət göstərib. Eləcə də Cəbrayılın məşhur “Vişka” adlanan strateji nöqtəsinin alınmasında, HMS bazasının dağıdılmasında, yüksək rütbəli düşmən qüvvələrinin məhv edilməsində böyük rol oynayıb.

Ən ağır döyüşlərin getdiyi Füzuli istiqamətində də igidliyi ilə seçilib. Xocavənddə Qırmızı Bazar istiqamətində gedən qanlı döyüşlərdə isə sonadək səngərdə qalaraq, yoldaşlarının bir qisminin sağ çıxmasına şərait yaradıb. Bu, onun son qəhrəmanlıq səhifəsi idi. Oktyabrın 19-da Xocavənd uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb.

Kərimin atası, Birinci Qarabağ müharibəsinin iştirakçısı Məhəmmədəli Əliyev oğlunun şəhadəti ilə fəxr edir: “Yox, yox, ağlamıram. Qəhrəman üçün ağlamazlar. Oğlum fərari olsaydı, düşmən qabağından qaçsaydı, onda ağlayardım. Mən özüm Birinci Qarabağ müharibəsində Şuşa, Laçın, Qubadlı, Füzuli, Goranboy istiqamətlərində döyüşmüşəm. Tərtərin Talış dağı uğrunda gedən döyüşlərdə yaralanmışam. O vaxt imkanlarımız çox zəif idi, amma kişi kimi döyüşürdük. Oğlanlarımı da belə böyütmüşəm. Çox şükür ki, üzümü qara etmədilər. Allah Kərimimi seçdi, onu şəhidliklə mükafatlandırdı.”

O, oğlunun son zəngini də belə xatırlayır: “Səhər tezdən Kərimdən zəng gəldi. Anası ilə danışdı. Bu vaxtlar Kərim zəng etməzdi. Amma keyfi kök idi. Silah səsi gəlirdi. Anası soruşdu ki, “Kərim, haradasan, o nə səsdir?” O isə cavab verdi: “Ana, qorxma və məndən narahat olma, Qarabağdayam. Zəng etdim ki, səndən halallıq alım. Əgər şəhid olsam, mənə görə ağlama. Möhkəm ol. Mənimlə qürur duyacaqsan.”

Şəhid atası qürurla oğlunun döyüş yoldaşlarının xatirələrini dilə gətirir. Deyir ki, Kərimgil 2020-ci il sentyabrın 27-də döyüşün ilk günü Füzulinin Qaraxanbəyli kəndində ön xəttə çıxıblarmış. Ermənilər bu istiqamətdə böyük hərbi texnika və canlı qüvvə toplayıbmış. Orada çox şiddətli, qanlı döyüşlər gedib. Bu döyüşlərdə qrup komandiri — kapitan Şirinov Kamil şəhid olub. Kamil ilə Kərim çox yaxın dost idilər. Kamilin şəhid olması Kərimə çox pis təsir edib. Oradaca söz verib ki, Kamilin qisasını son damla qanına qədər alacaq. Onlar orada dörd gün vuruşublar. Qaraxanbəyli istiqamətində hətta mühasirədə döyüşüblər. Sonra əmr gəlib, Cəbrayıl istiqamətinə yönəlibər. Oktyabrın 2-də Lələtəpə istiqamətindən Cəbrayılın azad olunması uğrunda döyüşə qatılıblar. Düşmən təlaş içində olub. Cəbrayılın mərkəzi azad edildikdən sonra üç gün orada qalıblar, sonra yenidən Lələtəpə və Arazboyu istiqamətdə Hadruta doğru irəlləyiblər. Hadrutda çox qanlı döyüşlər gedib. Orada yüksəkdə ermənilərin hava hücumundan müdafiə sistemi yerləşirmiş — strateji, hərbi cəhətdən böyük əhəmiyyət daşıyan obyekt olub. Kərimgil 12 nəfərlik qrupla həmin istiqamətə irəliləməyə başlayıblar. Həmin döyüşdə Kərimlə üzbəüz çox yaxın məsafədə bir erməni polkovniki gəlib. Kərim və digər şəhidimiz Eliyar Vəliyev birlikdə hərəkət ediblər. Bu an qrup Kərimin qeyri-adi hərəkətinin şahidi olub. Erməni polkovniki Elyara və Kərimə doğru atəş açanda o, akrobatik hərəkətlə tullanaraq yerə uzanıb və cəld manevr edib. Yoldaşları elə bilib ki, polkovnik Kərimi vurub. Lakin Kərim dərhal yerdən qalxıb polkovnikə atəş açıb və onu məhv edib. Bu əməliyyat zamanı düşmənin hava hücumundan müdafiə sistemi ilə yanaşı, bir sıra hərbi maşını da ələ keçirilib. Düşmənin bir polkovniki, bir kapitanı və 11 döyüşçüsü məhv edilib. Hadrut azad olunduqdan yenidən Füzuli istiqamətində döyüşləri davam etdiriblər. Sonuncu döyüşü Xocavənd, Qırmızı Bazar və Qubadlı istiqamətlərində olub.

“Qəhrəmanların silahı onlara şərəf və son vəsilə idi — Kərim də son nəfəsinədək döyüşdü. O, son silahından da məharətlə və qəhrəmancasına istifadə edərək, özünü qurban verdi və ondan çox erməni terrorçusunu məhv etdi. Mən bir ata kimi qürurluyam — oğlumun göstərdiyi həm cəsarətə, həm vətənpərvərlik ruhuna heyranam. Onlar canlarını Vətən üçün fəda etdilər. Oğlumun və bütün şəhidlərimizin xatirəsi əbədidir. Allah bütün şəhidlərimizə rəhmət etsin, ruhları şad olsun”, - deyə şəhid atası bildirib.

Şəhid Kərim Əliyevin igidliyi dövlətimiz tərəfindən yüksək qiymətləndirilib. Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamları ilə o, ölümündən sonra “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “İgidliyə görə”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” medalları və “Azərbaycan Bayrağı” ordeni ilə təltif olunub.

Kərim Əliyevin həyatı və döyüş yolu gənclərə nümunə, gələcək nəsillərə vətənpərvərlik dərsi olacaq. O, Vətən torpaqlarının azadlığı uğrunda şəhidlik zirvəsinə yüksəldi və adını əbədiyyətə yazdırdı.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:281
embedMənbə:https://azertag.az
archiveBu xəbər 02 Oktyabr 2025 12:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see427

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see413

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see396

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see377

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see265

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see261

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see258

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see248

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see245

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see237

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see228

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see221

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see213

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see207

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see191

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see188

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see184

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see182

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see181

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri