Icma.az
close
up
RU
Qələbəyə dəqiqələr qalmış şəhid olan QƏHRƏMAN

Qələbəyə dəqiqələr qalmış şəhid olan QƏHRƏMAN

Bizim media saytına istinadən Icma.az xəbər verir.

2020-ci ilin 27 sentyabrında başlayan 44 günlük Vətən müharibəsi Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə nəticələndi. Bu tarixi Qələbə yüzlərlə qəhrəman hərbçimizin şücaəti, minlərlə əsgər və zabitin fədakarlığı bahasına qazanıldı.
Bizim.Media xatırladır ki, onlardan biri də Nicat Tanrıverdiyev olub.
 

1998-ci il noyabrın 17-də Bakıda anadan olan Nicat 132–134 nömrəli Təhsil Kompleksində, daha sonra Kooperasiya Universitetində təhsil alıb. Hələ məktəb illərindən kikboksinqlə məşğul olan Nicat ölkə və beynəlxalq yarışlarda uğur qazanıb.


Ali təhsilini başa vurduqdan sonra həqiqi hərbi xidmətə yollanan Nicat Vətən müharibəsinin ilk günlərindən döyüşlərə qatılıb. Murovdağ yüksəkliyi, Suqovuşan və digər istiqamətlərdə gedən döyüşlərdə göstərdiyi şücaətlə seçilib.
Ailənin yeganə övladı olan Nicat Tanrıverdiyev 2020-ci il noyabrın 9-da Ağdərə istiqamətində gedən döyüşlərdə, müharibənin başa çatmasına sayılı dəqiqələr qalmış şəhidlik zirvəsinə ucalıb.
N.Tanrıverdiyevin anası Şükran Faruq qızının sözlərinə görə, oğlunun şəhid olması xəbəri qələbə sevincinin yaşandığı anlarda gəlib.
"Prezident tam qələbə qazandığımızı elan etdi. Müharibə bitərsə, qurban kəsəcəyimi söz vermişdim. Ayın 10-u saat 13 radələri idi. Qurban kəsdiyim yerdə zəng gəldi, dedilər: "Oğlun qəhrəmandır".
Beləcə, qələbəyə sayılı saatlar qalmış şəhid olan oğlunun acı xəbəri ailəyə çatdırıldı." Şəhid Nicat Tanrıverdiyev ölümündən sonra "Vətən uğrunda", "Cəsur döyüşçü" və "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.
26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə Vətən uğrunda canından keçən bütün qəhrəmanlarımızı dərin ehtiramla yad edirik.

Xədicə Paşayeva, Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:170
embedMənbə:https://bizim.media
archiveBu xəbər 26 İyun 2026 16:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see407

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see321

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see316

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see232

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see225

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see223

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see222

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see219

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see204

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see198

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see193

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see187

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see187

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see186

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see185

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see181

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see179

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see174

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see171

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri