Icma.az
close
up
RU
Nişan günündə şəhid olan Milli Qəhrəman

Nişan günündə şəhid olan Milli Qəhrəman

Olke.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Milli Qəhrəman Bəhruz Qəhrəman oğlu Mansurovun 50 yaşı, şəhadətə qovuşmasının isə 30 ili tamam olur.

Ölkə.Az bildirir ki, Milli Qəhrəman Bəhruz Mansurov xarici yağı düşmənə deyil, içimizdə dövlətçiliyimizə qarşı çıxan xain ünsürlərə qarşı  savaşda həyatını dövlətçilik yolunda qurban verərək şəhidlik zirvəsinə yüksəlib. 

Həyatı və qəhrəmanlığa gedən yol

Bəhruz Mansurov 1975-ci il martın 13-də Yardımlı rayonunun Telavar kəndində anadan olub. O, orta təhsilini doğma kəndində başa vurduqdan sonra Bakı Ali Ümumqoşun Komandirlər Məktəbinin sərhəd qoşunları fakültəsinə qəbul olub.

Təhsil aldığı illərdə Azərbaycanın başı üstünü qara buludlar almışdı. Bir yandan ermənilər havadarlarının dəstəyi ilə  torpaqlarımızı işğal edirdi, digər tərəfdən isə daxildəki çəkişmələrə yenicə müstəqilliyini əldə edən Azərbaycanın müstəqilliyini təhlükə altına atırdı. Xarici düşmənlər və varlığımızı istəməyən, gözügötürməyən qüvvələr daxildəki qüvvələrin əli ilə XX əsrdə ikinci dəfə müstəqilliyini bərpa edən Azərbaycan dövlətçiyiliyini məhv etmək istəyirdilər.  Belə bir çətin və mürəkkəb dövrdə Bəhruz da bir Vətən oğlu kimi əlinə silah alaraq Azərbaycanın suverenliyi uğrunda ayağa qalxanlardan oldu.

13-17 mart 1995-ci ildə Azərbaycanda vətəndaş müharibəsinin təhlükəsini yaşadığı bir vaxtda, 20 yaşlı Bəhruz da vətənpərvərlik borcunu  layiqincə yerinə yetirmək üçün  qiyamçı silahlı dəstəni zərərsizləşdirmək tapşırığını alır. O tərəddüd etmədən  ölkə daxilində konstitutsion quruluşu dəyişməyə can atan qiyamçılara qarşı   savaşa girir. O, bu  savaşda düşmən deyil, daxildəki  xain,namərd gülləsinə tuş gələrək ağır yaralanır. Aldığı yaradan çoxlu qan itirdiyindən Bəhruzun həyatını xilas etmək mümkün olmur. O həyatını itirsə də, qısa zamanda Azərbaycan ordusu qiyamçıları zərərsizləşdirərək, onları tərksilah edərək dövlətçiliyi təhlükədən xilas edir. 

Şəhid olan günü nişanı olacaqdı

Qardaşı Bəhram Bəhruzla bağlı xatirələrini bölüşərək həmin dəhşətli günləri belə xatırlayır: 
“Rəsmən ləğv edilmiş xüsusi təyinatlı milis dəstəsi dövlətimiz əleyhinə çevriliş etməyə cəhd edəndə çevrilişin qarşısını almaq, dəstəni zərərsizləşdirmək üçün döyüşən qüvvələrin tərkibində 20 yaşlı Bəhruz Mənsurov da qatıldı. Biz ikimiz də həmin qüvvələrə qarşı, amma ayrı-ayrı qruplarda, dəstələrdə döyüşürdük. Dövlət çevrilişinin qarşısı alındı. Amma həmin döyüşdə Bəhruzu itirdik. Bəhruz şəhid olan gün hər ikimizin nişan mərasimimiz keçirilməli idi. Evdə toya hazırlıq gedirdi. Yardımlı rayonundan Sumqayıta iki bacı üçün iki qardaşın nişanı gedirdi. Qardaşımın ölüm xəbərini gətirəndə evdəkilərin bundan xəbəri yox idi. Evə gəlib toy ab-havasını görəndə: "Bu xəbəri necə deyəcəyəm?", - deyə özüm də dəhşətə gəldim: "Necə deyim ki, Bəhruz həyatda yoxdur, amma siz toya hazırlaşırsınız?" Hadisədən təkcə atamın xəbəri vardı”.

Amma nə etməli… Həyat bəzən çox acımasız olur. Bəhruz öz gələcək arzularını Vətən yolunda qurban verməklə şəhidlik zirvəsinə yüksəlmək yolunu seçir. Belə qəhrəman övladlar olduqca Azərbaycanın üçrəngli bayrağı tarix durduqca səmalarda dalğalanacaq. Onun bu qəhrəmanlığını nə dövlət, nə də xalq unutmadı.

Azərbaycan dövlət rəhbəri isə dövlətçilik uğrunda canını fəda edən Bəhruzun Vətən qarşısında layiqli borcunu yerinə yetirdiyi üçün  ən yüksək Milli Qəhrəman mükafatına layiq gördü. Ulu öndər, Azərbaycan Respublikası Prezidenti  Heydər Əliyevin  4 aprel 1995-ci il tarixli 307 saylı Fərmanı ilə Mənsurov Bəhruz Qəhrəman oğlu ölümündən sonra "Azərbaycan Milli Qəhrəmanı" adına layiq görülüb. Dövlət Sərhəd Xidmətinin Göytəpə Sərhəd Dəstəsinin 16-cı zastavasına adı verilib və orada büstü qoyulub. Yardımlı rayonunun küçələrindən biri və oxuduğu orta məktəb Bəhruz Mənsurovun adını daşıyır. 

Mürtəza
Ölkə.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:124
embedMənbə:https://olke.az
archiveBu xəbər 10 Mart 2025 17:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see416

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

13 Oktyabr 2026 09:07see272

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see254

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see238

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see218

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see216

Səhiyyə Nazirliyində Vətəndaş qəbulu tam rəqəmsallaşdı

13 Oktyabr 2026 10:58see208

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

13 Oktyabr 2026 20:22see207

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see206

Cəbrayılda əhali tibbi müayinədən keçdi

13 Oktyabr 2026 14:12see194

Kişiləri getdi, milyonlar gəldi Ayrılıqdan qazanan məşhur müğənnilər

13 Oktyabr 2026 18:55see190

Azərbaycan Mədəniyyəti FAO nun Baş qərargahında təqdim olunub

13 Oktyabr 2026 21:24see188

Hicab bəhanəsi ilə Bakıya təzyiq: Türkiyə mediasının ikili standartları

13 Oktyabr 2026 14:42see187

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

14 Oktyabr 2026 00:39see184

Ağ Evdə Zakariyanın işindən narazılıq var qovula bilər

14 Oktyabr 2026 04:17see181

Qalatasaray Barselona matçında beş qol: Çempionlar Liqasında günün nəticələri

14 Oktyabr 2026 01:10see181

Zaqatalada böcəklər evlərə kütləvi hücum edib

13 Oktyabr 2026 16:45see177

Mourinyo Endrikin “Real”dan ayrılmasına qarşı çıxdı

14 Oktyabr 2026 02:38see173

SEPAH müşaviri: ABŞ İranda quru əməliyyatında ağır itkilər verəcək

14 Oktyabr 2026 03:09see168

Səudiyyə husi raketini havada zərərsizləşdirdi

14 Oktyabr 2026 01:47see156
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri