Icma.az
close
up
RU
Qəlblərdə yaşayan Lənkəranın igid oğlu FOTO

Qəlblərdə yaşayan Lənkəranın igid oğlu FOTO

Ses qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

25 iyulda Ayxan Qurbanzadənin 28 yaşı tamam olur
İkinci Qarabağ müharibəsində doğma Vətəninin harayına səs verib uğrunda son damla qanına qədər mərdliklə savaşıb şəhidlik zirvəsinə ucalananda Ayxan Fariz oğlu Qurbanzadə 22 yaşında idi. Ölümü əsl qəhrəmanlıq məktəbi kimi tarixə düşən oğlunu xalq qəlbində yaşatmaqla onu özünə qürur mənbəyi bilir. Müqəddəslik şəhidlik zirvəsində bizlərə tərəf boylanan, hər cür sevgiyə, məhəbbətə layiq olan Ayxan Qurbanzadə dövlət tərəfindən isə “Vətən uğrunda”, “Cəsur döyüşçü”, Füzulinin, Şuşanın azadlığına görə medallarla təltif olunub.
Vətənpərvərliyin ən ali məqamına yetişən Ayxan Qurbanzadə 1998-ci ildə Lənkəran rayonunun Şağlakücə kəndində anadan olub. Atası Fariz Qurbanov Birinci Qarabağ müharibəsi qazisi və 2-ci qrup əlilidir. Vətənə, torpağa bağlılıq bu ailənin canında, qanındadır. Ayxan hələ uşaqlıqdan ürəyində mənfur düşmənlərə nifrət bəsləyib. Odur ki, orduya yola düşəndə birinci amalı yağıdan qisas almaq olub. Cəbhə bölgəsində əlində silah, ürəyində Vətən məhəbbəti oğulluq borcunu ləyaqətlə yerinə yetirib. Xidmət zamanı fəallığı və nizam-intizamı ilə seçilib.
Ayxan hərbi xidmətini başa vurduqdan sonra bir müddət müxtəlif işlərdə çalışıb. 2016–2017-ci illərdə Vətən, torpaq naminə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət qulluqçusu kimi fəaliyyətə başlayıb. 2020-ci ilin 14 iyul tarixində Tovuz döyüşləri zamanı general-mayor Polad Həşimov şəhadətə qovuşduqdan sonra elan edilən səfərbərliyə Ayxan Qurbanzadə də qoşulub, 21 sentyabr 2020-ci ildə hərbi təlim toplantılarına gedib.
İkinci Qarabağ müharibəsində atıcı olaraq odlu-alovlu səngərlərdə birincilər sırasında yerini alıb. Xocavəndin və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə, sözün əsl mənasında yağıya qan qusdurub. Qəhrəman Vətən sevdalısı 25 oktyabr 2020-ci ildə Füzuli -Hadrut istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olub.
Lənkəran camaatı öz qəhrəman oğlunu bir an belə unutmur, adını böyük iftixarla çəkir, örnək olaraq şərəfli həyat yolunu nümunə göstər. Xatirəsinə ehtiram olaraq onun ad gününü məzarının önünə gül dəstələri qoymaqla qeyd ediblər. Həm də bildirilib ki, Ayxan Vətən yolunda canından keçib. Qərinələr ötsə, nəsillər bir-birini əvəz etsə belə o, heç vaxt unudulmaz, daim qəlblərdə yaşayacaq.

Zəfər Orucoğlu,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:133
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 24 İyul 2026 10:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see513

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see281

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see275

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see270

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see263

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see262

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see257

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see250

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see231

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see229

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see228

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see224

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see216

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see215

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see215

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see209

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see205

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see204

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see202

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri