Icma.az
close
up
RU
Qəlblərdə yaşayan əbədi lider

Qəlblərdə yaşayan əbədi lider

Sia Az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Liderlər qlobal arenada xidmətlərinin miqyasına görə fərqli səviyyələrdə tanınırlar. Elə şəxsiyyətlər var ki, onlar yalnız öz Vətənində, doğma yurdunda tanınır, qəbul və təqdir olunur. Lakin elə siyasi xadimlər, dahilər var ki, onları bütün dünya tanıyır, eyni zamanda onlar zaman və məkan anlayışına sığmırlar. Ulu Öndər, dünyaşöhrətli siyasətçi, müstəqil Azərbaycan dövlətinin memarı Heydər Əliyev məhz belə dahi şəxsiyyətlərdəndir. Heydər Əliyev bütün fəaliyyəti dönəmində öz xalqının xoşbəxt gələcəyi, milli maraqları uğrunda mübarizə aparmış, təkrarsız siyasət yürüdərək ölkəmizin müstəqilliyini qoruyaraq dağılmaqda olan bir ölkənin qurtuluşçu lideri kimi fenomen olmağı bacardı. Ulu Öndər Azərbaycanı inkişaf, tərəqqi yoluna çıxararaq müstəqil dövlətimizin gələcək qələbələrinin fundamental əsaslarını yaratmaqla milliliklə dövlətçiliyin vəhdətini təmin edərək onun sarsılmaz təməlini inşa etdi. SİA xəbər verir ki, bu fikirlər Naxçıvan MR Ali Məclisinin deputatı Xumar Məmmədovanın açıqlamasında yer alıb.

Onun sözlərinə görə, Ulu Öndər Heydər Əliyevin xalqın maraqlarını özündə əks etdirən uzaqgörən siyasəti ölkəmizin həm daxili, həm də xarici siyasətinin dəqiq konturlarını müəyyənləşdirdi. Azərbaycanda qanunsuz silahlı birləşmələrin fəaliyyətinin qarşısı alındı, müstəqil Azərbaycan Respublikasının Konstitusiyası qəbul edildi. 1994-cü ilin mayında Heydər Əliyevin siyasi müdrikliyi sayəsində Qarabağda döyüş bölgəsində axan qanı dayandırmağa imkan verən atəşkəs rejiminin tətbiqi haqqında saziş imzalandı. Ölkənin hərtərəfli inkişafının konseptual əsaslarını yaradan Heydər Əliyevin yürütdüyü siyasət ilə Azərbaycan dövlətçiliyi möhkəmləndirildi, təhlükəsizliyi təmin edildi, güclü nizami ordu quruldu, ölkə dünya birliyinə inteqrasiya olunmağa başladı və iqtisadi tərəqqi dövrünə qədəm qoydu.

Bildirib ki, Heydər Əliyevin Azərbaycan xalqı qarşısında müstəsna xidmətlərinə dövlətin ictimai-siyasi həyatının bütün sahələrində əsaslı islahatların aparılması daxildir. Ulu Öndərin uzaqgörənliyi və zəngin siyasi təcrübəsi sayəsində Azərbaycan beynəlxalq aləmdə öz layiqli yerini tutmağı bacardı.

Ümummilli Lider xalqın gələcəyə inamını bərpa etdi, ölkənin sürətli inkişafı və dünya miqyasında yüksək nüfuzu üçün möhkəm zəmin yaratdı. Böyük dövlət xadimi Heydər Əliyevin titanik fəaliyyəti nəticəsində dünyanın ən dinamik inkişaf edən ölkələrindən birinə, Şərqlə Qərb arasında etibarlı körpüyə çevrildi.

Ən əsası, Ümummilli Liderin müdrik strategiyası müqəddəs Vətən müharibəsində Böyük Qələbənin, doğma torpaqların azad edilməsinin və Azərbaycanın ərazi bütövlüyünün bərpasının əsasını qoydu.

“Təqvimin 12 dekabr Ümummilli Lider Heydər Əliyevin anım günüdür. Məhz təqvimin bu günündə dünya şöhrətli siyasətçi Heydər Əliyevin vəfatı bütün Azərbaycan xalqını matəmə qərq etdi. Azərbaycan xalqı öz qurucusunu, ölkəni xaosdan, fəlakətlərdən xilas edən xilaskarını itirdi. Xalq hər il bu günü ümumxalq hüzn günü kimi qeyd edir.

Çünki bu gün xalqımızın Heydər Əliyev kimi lideri olmasaydı azad, qüdrətli bir ölkədə deyil, vətəndaş müharibəsi fonunda dağıdılmış bir məmləkətdə yaşayırdıq və kim bilir, taleyimiz necə olacaqdı! İftixarla qeyd etmək olar ki, Ulu Öndərin qurduğu müasir Azərbaycan dünya dövlətləri içərisində öz layiqli yerini tutaraq taleyinin ən qüdrətli dövrünü yaşayır və bütün uğurlarımız Heydər Əliyevin adı ilə bağlıdır.

Heydər Əliyev olmasaydı, müstəqilliyimizə qəsd olunacaqdı. Xalqın təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə gələn Heydər Əliyev xoşbəxt gələcəyimiz uğrunda yorulmaz mübarizə apardı, ölkəni siyasi böhrandan, xarici təhlükələrdən xilas etməyi bacardı. Azərbaycanı parçalanma təhlükəsindən, vətəndaş müharibəsindən qoruyaraq lider kimi ümumxalq sevgisi qazandı.

Bu gün müstəqil Azərbaycan Ulu Öndərin şah əsəridir. Təməli dahi şəxsiyyət Heydər Əliyev tərəfindən qoyulan hüquqi dövlət quruculuğunun Azərbaycan modeli bu gün Ulu Öndərin siyasi kursunun layiqli davamçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən ən yüksək səviyyədə davam etdirilməkdədir. Məhz bu strategiya ilə biz qalib ölkənin qürurlu vətəndaşlarıyıq və bütün qələbələrimizə, uğurlarımıza görə biz Heydər Əliyevə borcluyuq!

Atılan bütün addımlar, müxtəlif sahələrdə əldə olunan nailiyyətlər Ulu Öndərin gələcək nəsillərə əmanət qoyub getdiyi ideyaların parlaq təntənəsidir. Əbədiləşən bir ömür yolu keçən Ümummilli Lider Heydər Əliyev bütün həyatını Azərbaycanın inkişafı və tərəqqisinə həsr etməklə milləti, dövləti üçün misilsiz xidmətlər göstərmişdir. Məhz bu xidmətlərinə görə Müstəqil Azərbaycan dövlətinin memarı, Ulu Öndər Heydər Əliyev daim Azərbaycan xalqının qəlbində yaşayacaq, hər zaman xalqımızın sonsuz məhəbbətinin qürur mənbəyi olacaqdır!”, - deyə Xumar Məmmədova qeyd edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:176
embedMənbə:https://sia.az
archiveBu xəbər 11 Dekabr 2024 15:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see387

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see259

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see258

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see251

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see250

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see249

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see247

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see244

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see243

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see242

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see232

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see225

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see223

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see222

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see222

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see222

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see222

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see221

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see220

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see218
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri