Icma.az
close
up
RU
Menu

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

Yenidən məhkəmədə üz üzə gələcəklər

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

QƏLBLƏRDƏ YAŞAYAN ƏBƏDİ LİDER

QƏLBLƏRDƏ YAŞAYAN ƏBƏDİ LİDER

Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Liderlər qlobal arenada xidmətlərinin miqyasına görə fərqli səviyyələrdə tanınırlar. Elə simalar var ki, onlar yalnız öz vətənində, doğma yurdunda tanınır, qəbul və təqdir olunur. Lakin elə siyasi xadimlər, dahilər var ki, onları bütün dünya tanıyır, onlar zaman və məkan anlayışına sığmırlar. Ulu Öndər, dünya şöhrətli siyasətçi, müstəqil Azərbaycan dövlətinin memarı Heydər Əliyev məhz belə dahi şəxsiyyətlərdəndir. Heydər Əliyev bütün fəaliyyəti dönəmində öz xalqının xoşbəxt gələcəyi, milli maraqları  uğrunda mübarizə aparmış, təkrarsız siyasət yürüdərək ölkəmizin müstəqilliyini qoruyaraq dağılmaqda olan bir ölkənin qurtuluşçu lideri kimi fenomen olmağı bacardı.  Ulu öndər Azərbaycanı inkişaf, tərəqqi yoluna çıxararaq müstəqil dövlətimizin gələcək qələbələrinin fundamental  əsaslarını yaratmaqla milliliklə dövlətçiliyin vəhdətini təmin edərək onun sarsılmaz təməlini inşa etdi.

Ulu Öndər Heydər Əliyevin xalqın maraqlarını özündə əks etdirən uzaqgörən siyasəti ölkəmizin həm daxili, həm də xarici siyasətinin dəqiq konturlarını müəyyənləşdirdi. Azərbaycanda qanunsuz silahlı birləşmələrin fəaliyyətinin qarşısı alındı, ilk parlament seçkiləri keçirildi, müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası qəbul edildi. 1994-cü ilin mayında Heydər Əliyevin siyasi müdrikliyi sayəsində Qarabağda döyüş bölgəsində axan qanı dayandırmağa imkan verən atəşkəs rejiminin tətbiqi haqqında saziş imzalandı. Ölkənin hərtərəfli inkişafının konseptual əsaslarını yaradan Heydər Əliyevin yürütdüyü siyasət ilə Azərbaycan dövlətçiliyi möhkəmləndirildi, təhlükəsizliyi təmin edildi, güclü nizami ordu quruldu, ölkə dünya birliyinə inteqrasiya olunmağa başladı və iqtisadi tərəqqi dövrünə qədəm qoydu.

Heydər Əliyevin Azərbaycan xalqı qarşısında müstəsna xidmətlərinə dövlətin ictimai-siyasi həyatının bütün sahələrində əsaslı islahatların aparılması daxildir. Ulu Öndərin uzaqgörənliyi və zəngin siyasi təcrübəsi sayəsində Azərbaycan beynəlxalq aləmdə öz layiqli yerini tutmağı bacardı.
Xalqın uzunmüddətli mənafeyinin qayğısına qalan Ümummilli Lider onların gələcəyə inamını bərpa etdi, ölkənin sürətli inkişafı və dünya miqyasında yüksək nüfuzu üçün möhkəm zəmin yaratdı. Böyük dövlət xadimi Heydər Əliyevin titanik fəaliyyəti nəticəsində dünyanın ən dinamik inkişaf edən ölkələrindən birinə, Şərqlə Qərb arasında etibarlı körpüyə çevrildi.

Ən əsası, Ümummilli Liderin müdrik strategiyası müqəddəs Vətən müharibəsində Böyük Qələbənin, doğma torpaqların azad edilməsinin və Azərbaycanın ərazi bütövlüyünün bərpasının əsasını qoydu.
Təqvimin 12 dekabr Ümumilli Lider Heydər Əliyevin anım günüdür. Məhz təqvimin bu günündə dünya şöhrətli siyasətçi Heydər Əliyevin vəfatı bütün Azərbaycan xalqını matəmə qərq etdi. Azərbaycan xalqı öz qurucusunu, ölkəni xaosdan, fəlakətlərdən xilas edən xilaskarını itirdi. Xalq hər il bu günü ümumxalq hüzn günü kimi qeyd edir.

Çünki  bu gün xalqımızın Heydər Əliyev kimi lideri olmasaydı azad, qüdrətli bir ölkədə deyil, vətəndaş müharibəsi fonunda dağıdılmış, xarabalığa bənzəyən bir məmləkətdə yaşayırdıq və kim bilir, taleyimiz necə olacaqdı!

İftixarla qeyd etmək olar ki, Ulu Öndərin qurduğu müasir Azərbaycan dünya dövlətləri içərisində öz layiqli yerini tutaraq taleyinin ən qüdrətli dövrünü yaşayır və bütün uğurlarımız Heydər Əliyevin adı ilə bağlıdır.
Çünki Heydər Əliyev olmasaydı, müstəqilliyimizə qəsd olunacaqdı. Xalqın təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə gələn Heydər Əliyev xoşbəxt gələcəyimiz uğrunda yorulmaz mübarizə apardı, ölkəni siyasi böhrandan, xarici təhlükələrdən xilas etməyi bacardı. Azərbaycanı parçalanma təhlükəsindən, vətəndaş müharibəsindən qoruyaraq lider kimi ümumxalq sevgisi qazandı.

Bu gün müstəqil Azərbaycan Ulu Öndərin şah əsəridir. Təməli dahi şəxsiyyət Heydər Əliyev tərəfindən qoyulan hüquqi dövlət quruculuğunun Azərbaycan modeli bu gün Ulu Öndərin siyasi kursunun layiqli davamçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən ən yüksək səviyyədə davam etdirilməkdədir. Məhz bu strategiya ilə biz qalib ölkənin qürurlu vətəndaşlarıyıq və bütün qələbələrimizə, uğurlarlarımıza görə biz Heydər Əliyevə borcluyuq!

Atılan bütün addımlar, müxtəlif sahələrdə əldə olunan nailiyyətlər Ulu Öndərin gələcək nəsillərə əmanət qoyub getdiyi ideyaların parlaq təntənəsidir. Əbədiləşən bir ömür yolu keçən Ümumilli Lider Heydər Əliyev bütün həyatını Azərbaycanın inkişafı və tərəqqisinə həsr etməklə milləti, dövləti üçün misilsiz xidmətlər göstərmişdir. Məhz bu fövqəlxidmətlərinə görə Müstəqil Azərbaycan dövlətinin memarı, Ulu Öndər Heydər Əliyev daim Azərbaycan xalqının qəlbində yaşayacaq, hər zaman xalqımızın sonsuz məhəbbətinin qürur mənbəyi olacaqdır!

Xumar Məmmədova,
Naxcıvan MR Ali Məclisinin deputatı,
Naxçıvan Dövlət Universitetinin dosenti

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:165
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 11 Dekabr 2024 15:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see697

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see666

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see664

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see512

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

07 Oktyabr 2026 13:22see476

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see473

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

08 Oktyabr 2026 01:13see457

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see408

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see360

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see353

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

07 Oktyabr 2026 18:20see352

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

07 Oktyabr 2026 16:36see340

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

07 Oktyabr 2026 18:13see338

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

07 Oktyabr 2026 14:39see335

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

07 Oktyabr 2026 14:27see332

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

07 Oktyabr 2026 16:34see328

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

07 Oktyabr 2026 16:40see324

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

07 Oktyabr 2026 18:17see323

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

07 Oktyabr 2026 17:49see315

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

07 Oktyabr 2026 15:33see302
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri