Icma.az
close
up
RU
Qələbə diplomatiyası və regionda formalaşan yeni reallıqlar

Qələbə diplomatiyası və regionda formalaşan yeni reallıqlar

Ses qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.

Tarixi Zəfər fonunda müstəqilliyinin ən parlaq dövrünü yaşayan Azərbaycan bu gün dünyanın dinamik inkişaf edən, yeniləşən, müasirləşən, demokratikləşən dövlətinə çevrilib. Qazanılan uğurlar, torpaqlarımızın işğaldan azad olunması regionda yeni vəziyyət yaradıb. Ümummilli Lider Heydər Əliyevin qurduğu müstəqil, güclü Azərbaycan dövləti Prezident İlham Əliyevin liderliyi və praqmatik uğurlu siyasəti ilə bu gün regional və qlobal miqyasda aparıcı mövqeyə yüksəlib. Şanlı üçrəngli bayrağımız bütün azad edilmiş torpaqlarımızda olduğu kimi dünyanın ən mötəbər təşkilatlarında və tədbirlərində böyük qürurla dalğalanır.

Bu fikirləri YAP Təftiş Komissiyasının sədri, Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.

O qeyd edib ki, ərazi bütövlüyünü bərpa etmiş müasir Azərbaycan 1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cümhuriyyətinin tam hüquqlu varisidir: “Uzunmüddətli perspektivdə bu amil azərbaycanlıların tarixi torpaqlarına, o cümlədən Zəngəzura dinc yolla qayıdışı üçün əsasları daha da gücləndirir. Bu mənada Xalq Cümhuriyyəti dövründə qəbul olunmuş Dövlət bayrağı, Dövlət gerbi və Dövlət himni müasir Azərbaycan Respublikasının dövlət rəmzləri kimi qəbul olunub. Həm bayraq, həm gerb, həm də himn Azərbaycan Xalq Cümhuriyyətinin mirasıdır və Azərbaycanın dövlət suverenliyini tərənnüm edir. Məhz bu kontekstdə Prezidenti İlham Əliyevin 2009-cu il noyabrın 17-də imzaladığı Sərəncamla hər il noyabrın 9-u ölkəmizdə Dövlət Bayrağı Günü kimi qeyd edilməsi mühüm tarixi reallığı özündə ehtiva edir”.

Millət vəkili bildirib ki, şanlı üçrəngli bayrağımız 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin təşəbbüsü Dövlət Bayrağı olaraq təsdiq edilib: “Eyni zamanda milli dövlətçilik ənənələrinin inkişafına xidmət etmiş Ulu Öndər Heydər Əliyevin önəmli təşəbbüsü ilə daha sonra Azərbaycan Ali Soveti qarşısında üçrəngli bayrağın Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında vəsatət qaldırılıb. Beləliklə də 1991-ci il fevral ayının 5-də həmin vəsatət əsasında Azərbaycan Respublikasının Dövlət Bayrağı haqqında qanun qəbul edilib. Bu ulu öndər Heydər Əliyevin Azərbaycan xalqına, dövlətçiliyimizə, onun milli atributlarına olan yüksək sevgisinin təzahürü idi. Daha sonra 1991-ci il oktyabrın 18-də müstəqillik haqqında Konstitusiya Aktı ilə də dövlət rəmzləri, o cümlədən Dövlət Bayrağı təsdiq edilib”.

Deputat dövlət rəmzlərinə o, cümlədən bayrağımıza hörmətin hər bir məsuliyyətli vətəndaşın borcu olduğunu söyləyib: “Ölkə Konstitusiyasının 75-ci maddəsində də bu məsələ öz əksini tapıb. Hər bir vətəndaşın dövlət rəmzlərinə - bayrağına, gerbinə və himninə hörmət etməsi qanunla müəyyən edilib. Bununla yanaşı 2004-cü ildə Dövlət Bayrağının istifadəsi qaydaları müəyyənləşib. Sözsüz ki, milli həmrəylik və azərbaycançılıq məfkurəsini özündə birləşdirən Dövlət Bayrağı həmrəyliyin, vahid məfkurə ətrafında sıx birləşməyin başlıca prinsiplərini özündə birləşdirir. Bayraq milli identikliyin təzahür formalarından biri olmaqla yanaşı millətin varlığının, mövcudluğunun sübutu, müstəqil dövlətə sahib çıxmaq bacarığının əsas göstəricisidir”.

Sevinc Hüseynovaya görə, hər zaman milli atributlarına sahib çıxan, onu göz bəbəyi kimi qorumağı bacaran Azərbaycan xalqı sözsüz ki, şanlı dövlətçilik rəmzimizi ən yüksək zirvələrdə də dalğalandırmağı bacarır: “44 günlük Vətən müharibəsində azad edilən hər bir kənddə, qəsəbədə, yüksəklikdə, şəhərdə ucaldılan üçrəngli bayrağımız milli qürur hissimizin ən uca zirvəsi hesab edilirdi. Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun Vətən müharibəsində qürurla daşıdığı uca bayrağımız bu gün ölkəmizin bütövləşmiş sərhədləri boyu dalğalanmaqdadır.

Şuşada, Xankəndidə dalğalanan şanlı üçrəngli bayrağımız xalqımızın qələbə əzmini, mübarizliyini, zəfər sevincini ifadə edir. Qalibiyyət rəmzi olan üçrəngli bayrağımızın işğaldan azad edilmiş torpaqlarımızda dalğalanması qürurumuzun, milli kimliyimizin, sabaha doğru inamlı addımlarımızın əsasıdır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:114
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 07 Noyabr 2025 14:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələ bu gün Qarabağ ı sınağa çəkəcək

21 Dekabr 2025 08:54see249

Bundesliqa futbolçusu İngiltərə klublarının HƏDƏFİNDƏ

21 Dekabr 2025 03:47see227

Ermənistan, Serbiya və Mərkəzi Asiya bankaları Rusiyaya dair nəzarəti sərtləşdirir

21 Dekabr 2025 11:08see187

A Seriyası: Yuventus Roma nı əliboş yola saldı

21 Dekabr 2025 02:02see163

Natavan istəmir övladı onun çəkdiyini çəksin

21 Dekabr 2025 07:17see158

Hökumətlərarası Komissiyası Bakıda toplanacaq KONKRET

21 Dekabr 2025 14:11see156

Azərbaycanda qeyri adi toy FOTO

21 Dekabr 2025 03:49see154

Voltemade ilk 20 dəqiqədə “Çelsi”nin qapısına iki qol vuran dördüncü oyunçu olub

21 Dekabr 2025 02:45see150

“Express Bank”dan tələ: “kredit xətti müqaviləsi” nə deməkdir?

21 Dekabr 2025 12:35see148

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see143

Mərkəzi oyunu “Yuventus” qazandı

21 Dekabr 2025 02:25see143

Köhnə ilin son 10 günü: Bizi nə gözləyir? PROQNOZ

21 Dekabr 2025 13:16see138

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see136

İlon Mask buna görə dünyada birinci oldu rekordu yenilədi

21 Dekabr 2025 02:44see134

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see132

Banklarda zaminlərə TƏLƏ

21 Dekabr 2025 12:06see131

Türkiyədə daha üç məşhur barədə həbs qərarı çıxarıldı

21 Dekabr 2025 02:44see129

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see127

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see127

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri